Columbia Pictures - Wikipedia
Columbia Pictures— Hollivudun 6 böyük film studiyasından biri.
Columbia Pictures | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | kino istehsalı[d] |
Məhsulu | film |
Təsis tarixi | 1918 |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət | Sony Pictures |
Tərəfdaşlar | TriStar Pictures |
sonypictures.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkət haqqında
redaktə“Columbia Pictures” Hollivudun 6 böyük film studiyasından biridir. Studiyanın əsası 1919-cu ildə “Cohn-Brandt-Cohn Film Sales” adı ilə Cek Koyn, Harri Koyn və Cob Bren tərəfindən qoyulmuşdur. Studiyanın ilk filmi 1922-ci ildə ekranlara çıxdı. “Columbia Pictures” adını isə 1924-cü ildə qəbul etdi. Yarandığı ilk illərdə kiçik işlər görən studiya 1920-ci illərin sonlarında böyüməyə başladı. Məşhur rejissor Frenk Kapra ilə əməkdaşlıq da buna təkan verdi. Studiya komediya filmləri istehsal edən ən uğurlu şirkətlərdən birinə çevrildi. 30-cu illərin sonunda studiyanın müqavilə imzaladığı iki əsas ulduz Cin Artur və Keri Qrant idi. 50-ci illərə doğru Rita Heyvors, Rozalin Rassel, Qlenn Ford, Uilliam Holden və başqaları studiya ilə əməkdaşlığa başladı. 1982-ci ildə şirkət “Coca Cola” kompaniyasının, 1989-cu ildə isə “Sony” şirkətinin tərkibinə daxil oldu.
Studiyanın “Ən Yaxşı Film” Kateqoriyasında Oskar alan filmləri
redaktə- “It Happened One Night” (O Bir Gecə Baş Verdi) – 1934
- “You Can't Take It with You” (Onu Özünlə Götürə Bilməzsən) – 1938
- “From Here to Eternity” (Buradan Əbədiyyətədək) – 1954
- “The Bridge on the River Kwai” (Kvay Çayı Üzərində Körpü) – 1957
- “Lawrence of Arabia” (Ərəbistanlı Lourens) – 1962
- “A Man for All Seasons” (Bütün Fəsillərin İnsanı) – 1966
- “Oliver!” (Oliver) – 1968
- “Kramer vs. Kramer” (Kramer Kramerə Qarşı) – 1979
- “Gandhi” (Qandi) – 1982
- “The Last Emperor” (Sonuncu İmperator) – 1987
Filmoqrafiya
redaktə- Kolleksiyaçı (film, 1965)
- İnadkarın ram edilməsi (film, 1967)
- Məzəli qız (film, 1968)
- Makkennanın qızılı (film, 1969)
- Emmanuel (film, 1974)
- Leon (film, 1994)
- Şouşenkdən qaçış (film, 1994)
- Hörümçək-adam (film, 2002)
- Terminator 3: Maşınların üsyanı (film, 2003)
- Geyşanın memuarları (film, 2005)
- Da Vinçi şifrəsi (film, 2006)
- Boleyn qızı (film, 2008)
- Güzgülər (film, 2008)
- Mərhəmət kvantı (film, 2008)
- 2012 (film, 2009)
- Haçiko, bir itin taleyi (film, 2009)
- Karateçi uşaq (film, 2010)
Maraqlı faktlar
redaktə- “Columbia Pictures” loqotipində çəkilmiş əlində məşəl tutan xanım sadə amerikalı evdar qadın Cenni Cozef olmuşdur.
- ↑ Columbia Pictures // Stuart Little.