2019 Xolo Kafedralinda Bomba Partlayisi - Wikipedia
2019 Xolo kafedralında bomba partlayışı — 27 yanvar 2019-cu ilin səhərində Filippinin Sulu əyalətinin Xolo şəhərində[2] yerləşən Roman katolik kafedral olan Karmel dağının Müqəddəs Mariya kafedralında baş vermiş bomba partlayışı.[3][4][5] AFP Qərbi Mindanao Komandirliyi (AFP WestMinCom) törədilən terror aktında 15 nəfər sivil əhali və 5 əsgər olmaqla 18 nəfərin həlak olduğunu, 70 nəfər sivil əhali, 2 polis məmuru, 17 əsgər və 2 sahil mühafizəçisi olmaqla 82 nəfərin isə yaralandığını açıqlamışdır.[6][7] Filippin Milli Polisinin (PNP) əvvəlki açıqlamasında 20 ölünün və 111 yaralının olduğunu bildirmişdir.[8]
2019 Xolo kafedralında bomba partlayışı | |
---|---|
Tarix | 27 yanvar 2019 |
Yeri |
|
Qurbanlar | |
Ölənlərin sayı |
|
Zədəlilər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Zəmin və motivasiya
redaktəPartlayışlar Banqsamoro Muxtar Regionunun yaradılması üçün keçirilən referendumdan bir həftə sonra baş vermişdir. Xolonun ən güclü terror təşkilatı olan Əbu Səyyafın da ərazisində olduğu Sulu əyalətində referendumun əleyhinə qarşı 163,526 nəfər (54.3%), lehinə isə 137,630 (45.7%) səs vermişdir.[9][10] Bu qruplaşma İraq Şam İslam Dövləti terror təşkilatının bir qolu hesab olunur. Nəticələrə baxmayaraq, digər əlayətlər lehinə yetərincə səs verdikləri üçün Sulu əyaləti Banqsamoro regionun ərazisinə daxil edilmişdir.[10]
Hücumların həmçinin bölgədə səlahiyyətlərini itirən yerli cinayətkarların, quldurların, Banqsamoro hökumətinin referendum qərarından sonra uzun müddətdir ki, qarşıdurma zonalarında ASG vasitəsilə narkotik vasitələrin satışını həyata keçirənlərin, odlu silahlarla və ya silahlı qüvvəylə xüsusi təyinatlılara qarşı mübarizə aparanların da həyata keçirə biləcəklərinə inanılır.[11][12] Lakin bir çox mənbə hadisənin Əbu Səyyaf tərəfindən reallaşdırıldığını təsdiqləyir. Onlar son vaxtlarda Xolo şəhərində aktivləşmiş, il ərzində partlayışlar, insan qaçırtma başlıqları ilə gündəm olmuşdular. Burada müsəlmanlar əhalinin 10% -ni təşkil edir. Müxtəlif İslam terror təşkilatları Filippinin bir hissəsini cənubda İslam bölgələri adı altında bölüşdürməyə çalışırlar.[13] Bəzi məlumatlara görə, Filippin Silahlı Qüvvələri (AFP) tərəfindən terrorçulara qarşı keçirilən hərbi əməliyyatlar nəticəsində ASG üzvləri məhv edilmişdir.[14] Filippin Nümayəndələr Palatasının spikeri Qloriya Masapaqal Arroyo bildirib ki, Mindanao regionunda uzun müddətdir ki, yoxsulluğun davam etməsi partlayışların baş verməsində köməkçi faktor rolunu oynamışdır.[15]
Hadisə
redaktəƏrazinin sözçüsü Gerri Besananın dediyinə görə, ilk bomba 8:28[16] radələrində insanların kafedrala topluluq şəklində gəldiyi zaman partlamışdır.[17] 8:26-da əhali bazar günü dualarını etmək üçün kafedrala gəlmişdir. 8:30-da fərqli bir açıdan insanların kafedrala doğru getdiyi görünür. 8:28-də kafedralın içərisinə atılan ilk əldəqayırma partlayıcı qurğu partlamışdır.[16] 8:30-da isə 35-ci Piyada Batalyonundan gələn qoşunlara cavab olaraq kafedralın park sahəsində ikinci partlayış gerçəkləşmişdir.[18][19][20] Qərbi Mindanao Komandiri partlayışa səbəb olan cihazın bir motosiklet qutusunun içərisinə yerləşdirildiyini söyləmişdir.[21] Bir müddət heç bir qrup partlayışlar üçün məsuliyyəti öz üzərinə götürməmişdir.[22] Filippinin Daxili İşlər Nazirliyi və Yerli Hökumət İdarəsinin (DILG) məlumatına görə, cinayətkarlar birinci partlayışa nisbətdə ikinci partlayışla öz hədəflərinə daha çox ziyan vurmaq üçün 2002 Bali partlayışı zamanı istifadə olunan analoji plandan istifadə etmişlər.[23] Partladıcı qurğular ən azı iki kiloqram ağırlığında olmuşdur. Partlayış sahəsinin yaxınlığında start verici qurğu kimi istifadə olunan şübhəli mobil telefon aşkar edilmişdir. DILG tərəfindən təsdiqlənmiş post-partlayış istintaqına əsasən, bombaların hazırlanmasında tərkibində ammonium-nitrat olan borulu bombalardan istifadə olunub.[23]
Cinayətkarlar
redaktəİraq Şam İslam Dövləti partlayışlara görə məsuliyyəti öz üzərinə götürmüşdür. Onlar hücumun "şəhidliyin iki cəngavəri" üçün "səlibçilərin məbədgahı"na qarşı törətdiklərini açıqlamışlar.[24] Filippin hərbçiləri Acanq Acanq qrupunun fraksiyasına daxil olan ASG-in məsuliyyət daşıdığını bildirmişlər. Bu da hərbi kəşfiyyat əməliyyatçıları tərəfindən faktlarla sübut olunmuşdur. Onlar əvvəlcə Xolo şəhərinin digər hissələrini bombalamaq fikirləri olan ASG-in sənədlərini ələ keçirmişlər.[3][5][25] Bölgədə yerləşən gizli çəkiliş kameralarının məlumatlarına görə, keçmiş ASG lideri Surakah İnqoqun qardaşı Alias Kamah digər şübhəlilər ilə birlikdə kafedralın ətrafında dolaşarkən kameralara yaxalanmışdır.[26] ASG-in ən məşhur bomba istehsalçılarından olan Kamah istintaqdan sonra, PNP rəhbəri Oskar Albayalde tərəfindən sərbəst buraxılmışdır.[27] Filippin ordusu CCTV vasitəsilə hücumlarla əlaqədar olaraq dörd şübhəlinin kameralara düşən fotoşəkillərini paylaşmışdır.[28] Ölkə prezidenti də daxil olmaqla hakimiyyət orqanları kamikadzelər tərəfindən bombaların partladılmasını da istisna etmir.[29][30] Buna baxmayaraq, hücumlar nəticəsində sağ qalan iki yaralının hərbçilərə verdiklərə ifadələrinə əsasən, onlar bir qadının torbasının içərisində bir bomba gizlətdiyini görmüşlər. Kilsənin daxilindəki oturacaqlardan birinə bombanı buraxdıqdan sonra partlayış baş vermişdir. Lakin hər iki şahid qadının fiziki xüsusiyyətlərini tam olaraq təsvir edə bilməmişdir.[31] CCTV kanalı Kamahın mavi-yaşl jaketdə olduğu və əlində telefon tutduğu görüntüləri yayımlamışdır.[32][33]
İstintaq və hökumətin reaksiyası
redaktə- Hadisələrdən az bir müddət sonra, Malaçananq sarayı rəsmiləri terroru həyata keçirən cinayətkarlara heç bir mərhəmət göstərilməyəcəyini bəyan etmişdir. Prezidentin Mətbuat Xidmətinin rəhbəri Salvador Panelo vurğulayıb ki, "Biz yerin dibindən də olsa, amansız cinayətkarları tapıb, ədalət məhkəməsi qarşısına çıxaracağıq. Hər bir cinayətkar barmaqlıqlar arxasına düşməyənə qədər biz rahat olmayacağıq. Qanun onlara rəhm etməyəcək".[34] Saray rəsmiləri partlayışın cənubdakı hərbi vəziyyəti saxlamaq üçün "daha çox əsas" verdiyini açıqlamışdır.[35] Prezident Rodriqo Duterte hadisələrə qarşı qəzəbini ifadə etmiş və ertəsi gün partlayış yerinin araşdırılmasını əmr etmişdir.[4][36][37] AFP WestMinCom təsdiqləyib ki, Prezident Duterte terror qruplarına qarşı "hərtərəfli müharibə təlimatı" adlı sərəncamı imzalamışdır.[38][39] Xolo şəhəri də ciddi nəzarət altına alınmışdır.[40] İmmiqrasiya Bürosu yeni xarici terror təşkilatlarının ölkəyə girişinin qarşısını almaq üçün yüksək həssaslıq nümayiş etdirmişdir.[41] Dövlət Seçki Komissiyası partlayışlara baxmayaraq, Xolo şəhərini nəzarətə alacaqlarını və ərazidə 6 fevral referendumunun (Comelec) təxirə salınmayacağını açıqlamışdır.[42] Torpaq Nəqliyyat Daşınması və Tənzimləmə Şurası bütün ictimai nəqliyyat vasitələrinin təhlükəsizliyinin daha ciddi qorunacağını açıqlamışdır. Həmçinin, qurum əhaliyə nəqliyyat vasitələrində hər hansı bir şübhəli fəaliyyət gördükdə onlara məlumat verməyi tövsiyə edir.[43] Polis və hərbi qüvvələrin Patikulun Baranqay Latih ərazisində keçirilən axtarış əməliyyatları nəticəsində Kamah qaçmağa nail olmuş, ortaqlarında biri isə qaçmağa cəhd edərkən öldürülmüşdür. Əməliyyat zamanı ələ keçirilən əşyalar arasında bir ədəd 45 çaplı tapanca, bir snayper nişangahı, iki mobil telefon və bir motosiklet olmuşdur.[44] Hərbi qüvvələr hücum vertolyotları vasitəsilə ərazidə şübhəli bilinən yerlərdə axtarışlara davam edir.[45] Yanvarın 30-da səhər saatlarında CCTV iki şübhəlinin polisə təslim olduğunu açıqlamışdır. Onlardan biri keçmiş ASG liderinin qardaşı və terrorda əli olan Kamah idi.[46] Bundan əlavə bir neçə şəxsin də terrorda əli olduğu güman olunur. Onların izinə hələki düşmək mümkün olmayıb. Həmçinin WestMinCom tərəfindən göstərilən videoda da onlar kameralara yaxalanmayıb.[47]
- Filippinin Katolik Yepiskoplar Konfransı yaralananlara və terror qurbanlarının ailələrinə baş sağlığı məktubu ünvanlamış, baş vermiş terror hadisəsini isə qətiyyətlə qınamışlar.[48] Yepiskoplar zorakı ekstremizmə qarşı sülhü bərqərar etmək üçün xristanları müsəlmanlarla və yerli əhali ilə birləşməyə çağırmışlar.[48][49][50] Papa Fransisk partlayışı pisləyərək demişdir: "Bu bir daha xristian icmasına vurulan zərbədir. Mən qəti surətdə bu hadisəni pisləyirəm. Mən ölənlər və yaralananlar üçün dua edirəm. Qoy Sülh padşahı olan Tanrım bölgənin əhalisinə sülh nəsib etsin".[51] Dünya Kilsələr Şurası (WCC) dərin kədərini ifadə edərək demişdir: "Bu qəddarlıq qarşısında bütün insan ailələri, bütün imanlar və yaxşı niyyət insanlar bir-birinə hörmət və qayğı göstərməli, belə zorakılıqların isə qarşısı alınmalıdır".[52] Davao Roma Katolik Arxieparxiyası Mindanao regionunda baş verən hücumdan sonra xalqa hər hansı bir kilsəyə gedərkən qutu aparmamağı məsləhət görmüşdür.[53]
- Mindanao İnkişaf Təşkilatı (MinDA) sədri Əbül Xayr Alonto bildirib ki, "Bu yol verilməz bir hərəkətdir. Sülhsevər xalqımıza qorxu salmaq üçün belə hadisələrin baş verməsinə icazə verilməməlidir".[54]
- MNLF rəhbəri olan Emmanuel Fontanilla hökumətə hətta terrorçu olsalar belə, ASG və Banqsamoro İslam Azadlıq Döyüşçüləri ilə sülh danışıqları aparması üçün müraciət etmişdir.[55]
- Filippin Müdafiə naziri Delfin Lorenzana baş vermiş terror hadisəsini tənqid etmişdir. O, kilsələrin və digər ictimai yerlərin qorunması təklifini irəli sürmüşdür.[56]
- Filippin Yerli insan haqları qoruyucusu olan Karapatan hücumu qınamışdır. Təşkilat bu hadisələrin xüsusilə hökumət tənqidçilərinə qarşı insan hüquqlarını pozmaq üçün bir bəhanə kimi istifadə edilməməsinin vacib olduğunu xatırlatmışdır.[57]
- Makabayan bloku hadisənin bütün ölkədə hərbi vəziyyət elan edilməsinin üstünlüyü kimi istifadə edilə biləcəyindən qorxduğunu bildirmişdir.[58]
Digər reaksiyalar
redaktəDigər yerli qruplar
redaktə- Moro İslam Qurtuluş Cəbhəsinin (MILF) sülh konfransı başçısı Mohaqer İqbal günahsız vətəndaşlara qarşı edilən hücumları tənqid etmiş, onları "mənasız bir şiddət" adlandırmışdır.[59]
- Moro Milli Qurtuluş Cəbhəsinin sədri Yusop Cikiri bildirib ki, bu terror hadisəsi yalnız "terrorist, qeyri-insani, qeyri-məsuliyyətli insanlar"ın əməli ola bilər.[60]
Beynəlxalq reaksiya
redaktə- Macarıstan[61], Avstraliya[62], Bəhreyn[63], Braziliya[64], Kanada[65], Böyük Britaniya[66], Çin[67], Misir[68], Fransa[69], İndoneziya[70], İran[71], Yaponiya[72], Norveç[73], Qətər[74], Rusiya[75], Səudiyyə Ərəbistanı[76], Cənubi Afrika[77], İspaniya[78], Türkiyə[79], Vyetnam[80] və ABŞ[81] kimi müxtəlif ölkələr hücumu qınamış və hücuma məruz qalmış qurbanların ailələrinə başsağlığı məktubu ünvanlamışdır. Bu siyahıya Asiya İnkişaf Bankı[82], Avropa İttifaqı[83], İslam Əməkdaşlıq Təşkilatı[76], Birləşmiş Millətlər Təşkilatı[37] və Dünya Bankı da daxildir.[37][84][85][86][87] Böyük Britaniya Xarici və Birləşmiş Ştatlar Bürosu əhaliyə qərbi və mərkəzi Mindanao ilə yanaşı Sulu arxipelaqına da hadisədən sonra səyahət etməyin təhlükəli olacağını bildirmişdir.[88] Partlayışlar Malayziya ilə Filippin arasındakı barter ticarətinə öz mənfi təsirini göstərmişdir. Malayziya rəsmiləri təhlükəsizlik ilə bağlı olan narahatlıqlarını ifadə etmişdir.[89][90]
- 30 yanvar 2019-cu ildə Macarıstan ölkənin yardım proqramı vasitəsilə partlayış qurbanlarına Ft 30 milyon (₱1.89 milyon)[91] dəyərində kömək edəcəklərini açıqlamışdır.[61]
- Qonşu Malayziya Kral Polisi (RMP) xarici terror təşkilatlarının Cənubi Filippin adalarına keçməzdən əvvəl Sandakan və Tavau kimi şərq sahillərinə daxil olan böyük şəhərlərə keçməsinin qarşısını almaq üçün Sabah ştatında təhlükəsizliyi artırmışdır.[92]
İstinadlar
redaktə- ↑ 1 2 https://news.mb.com.ph/2019/01/29/afp-releases-names-of-casualties-of-jolo-blast/.
- ↑ Wakefield, Francis. "AFP releases names of casualties of Jolo blast". Manila Bulletin. 29 January 2019. 30 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2019. (#apostrophe_markup)
- ↑ 1 2 "Military eyes Abu Sayyaf behind twin blasts in Jolo". ABS-CBN News. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ 1 2 Jim Gomez. "Duterte to see site of fatal bombings, Abu Sayyaf suspected". Associated Press. Reading Eagle. 28 January 2019. 28 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ 1 2 Frances Mangosing. "Abu Sayyaf's Ajang-Ajang faction eyed as suspects behind Jolo blasts". Philippine Daily Inquirer. 28 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "Death toll in Jolo blasts lowered to 18". CNN Philippines. 27 January 2019. 27 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2019.
- ↑ "Deadly twin bomb attacks on Philippine church". Agence France-Presse. The ASEAN Post. 28 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ Shi Yinglun. "20 dead, 111 wounded in church twin blasts in southern Philippines". Xinhua News Agency. 27 January 2019. 21 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 January 2019.
- ↑ "Jolo, stronghold of Islamist group Abu Sayyaf". France24. 8 May 2009. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ 1 2 Sofia Tomacruz. "Sulu rejects Bangsamoro law". Rappler. 24 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
Despite already being a part of the Autonomous Region in Muslim Mindanao (ARMM), Sulu has voted not to ratify the Bangsamoro Organic Law (BOL). But the province will still be part of the new Bangsamoro region.
- ↑ Adam Garrie. "The Jolo Bombing is a Classic Terror Tactic Designed to Dishearten Those Embracing Peaceful Politics". Eurasia Future. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ Pia Ranada. "Crackdown on firearms, private armies a priority for Bangsamoro gov't – Murad". Rappler. 28 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "Philippinen: Tote bei Anschlag auf Kirche". tagesschau.de. 27 January 2019. 9 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2019.
- ↑ "Explainer: Who is behind the Philippine church bombings?". Channel NewsAsia. January 28, 2019. January 29, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Llanesca T. Panti. "Terror acts in Mindanao brought about by poverty — Arroyo". GMA News. January 30, 2019. September 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ 1 2 Rambo Talabong. "WATCH: Outside Jolo Cathedral during the bombing". Rappler. January 29, 2019. July 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ "Philippinen: Bombenanschlag in philippinischer Kirche â€" Viele Tote". handelsblatt.com. 27 January 2019. İstifadə tarixi: 27 January 2019.
- ↑ Jan 26, The Associated Press · Posted:; January 27, 2019 11:31 PM ET | Last Updated:. "At least 20 dead as bombs target Sunday Mass in Philippine cathedral | CBC News". CBC (ingilis). 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-27.
- ↑ Ramos, Christia Marie. "Jolo twin blasts death toll reaches 25, with 111 others injured". newsinfo.inquirer.net (ingilis). 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-27.
- ↑ "Philippines: bombs at cathedral during mass kill 20 people – video". Associated Press/Reuters. The Guardian. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2019.
- ↑ "Death toll in Jolo cathedral twin bombing rises to 27". The Philippine Star. The Philippine Star. January 27, 2019. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-27.
- ↑ Jan 26, Thomson Reuters · Posted:; January 27, 2019 11:31 PM ET | Last Updated:. "Bomb attacks at church kill many in southern Philippines | CBC News". CBC (ingilis). 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-27.
- ↑ 1 2 Dona Magsino. "Suspects in Jolo cathedral used Bali-style bombing — DILG". GMA News. January 29, 2019. September 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "Jolo church attack: Many killed in Philippines". BBC News. 27 January 2019. 13 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2019.
- ↑ Bong Sarmiento; Edwin Fernandez; Julie Alipala. "Abu Sayyaf bomb plot uncovered 'months ago' – peace advocate". Philippine Daily Inquirer. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ Rambo Talabong. "6 persons of interest in Jolo Cathedral bombing". Rappler. January 28, 2019. July 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ Raffy Santos. "Abu leader's brother among suspects in Jolo church blast". ABS-CBN News. 28 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "Army releases pictures of teen suspects in Jolo bombing". Philippine Daily Inquirer. January 29, 2019. November 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Vann Marlo M. Villegas; Arjay L. Balinbin; Vince Angelo C. Ferreras. "Suicide bombing angle seen in Jolo blast". Reuters. Business World Online. January 29, 2019. September 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "'Suicide bomber' among Philippines blast suspects, says Duterte". Agence France-Presse. The Malay Mail. January 29, 2019. September 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Ron Gagalac. "'No suicide bomber': Woman left bomb inside Jolo church- military". ABS-CBN News. January 29, 2019. June 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Maan Macapagal. "CAUGHT ON CCTV: Abu leader's brother may have triggered Jolo church bombs". ABS-CBN News. January 29, 2019. June 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ Rambo Talabong. "WATCH: Outside Jolo Cathedral during the bombing". Rappler. January 29, 2019. July 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Argyll Cyrus Geducos; Genalyn Kabiling. "Palace vows to hunt down perpetrators behind Jolo twin explosions". Manila Bulletin. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ Pia Ranada. "Jolo bombing 'more reason' to retain martial law – Malacañang". Rappler. January 28, 2019. July 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Nestor Corrales. "Duterte 'outraged' by Jolo twin blasts". Philippine Daily Inquirer. 28 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ 1 2 3 Jim Gomez. "Duterte visits site of fatal bombings". Reuters. news.com.au. 28 January 2019. 27 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ Julie Alipala. "Duterte wants 'all-out war' vs Jolo mass murderers, terror groups". Philippine Daily Inquirer. 28 January 2019. 13 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "President Duterte orders AFP to destroy Abu Sayyaf Group after deadly bombings In Sulu". Presidential Communications Operations Office, Philippines. January 29, 2019. June 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Roel Pareño. "Jolo, Sulu on total lockdown". The Philippine Star. January 29, 2019. February 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "Immigration on heightened alert following Jolo cathedral blast". ABS-CBN News. January 29, 2019. October 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Helen Flores; Rey Galupo; Lawrence Agcaoili. "Jolo bombings won't stop 2nd Bangsamoro Organic Law plebiscite". The Philippine Star. January 29, 2019. February 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Aerol John Pateña. "LTFRB orders tight security measures in transport terminals". Philippine News Agency. January 29, 2019. September 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ "'Jolo bombing suspect evades arrest; aide killed in raid". ABS-CBN News. January 29, 2019. March 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ "Airstrikes in Sulu as troops mount 'all-out war' vs Abu Sayyaf". ABS-CBN News. January 30, 2019. September 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ Maan Macapagal. "2 suspects in Jolo blast surrender, want to clear name". ABS-CBN News. January 30, 2019. September 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ Rambo Talabong. "Jolo bombing: Grade 11 student tagged as Abu Sayyaf leader's brother". Rappler. January 30, 2019. July 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ 1 2 Romulo G. Valles. "CBCP statement on the Jolo cathedral bombings". Catholic Bishops' Conference of the Philippines. CBCP News. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2019.
- ↑ "Pope, Muslim leaders denounce deadly bombings at Catholic church in Philippines". Associated Press. CBC. 26 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2019.
- ↑ "Muslims, Christians urged to join hands against terrorism after Jolo blasts". ABS-CBN News. 28 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ Junno Arocho Esteves. "Pope calls for peace in Venezuela, denounces Philippine church bombing". Catholic News Service. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "WCC condemns terror attack on Roman Catholic Church in Philippines, calls for end to violence". World Council of Churches. January 27, 2019. September 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Ferdinand Patinio. "Faithful urged not to bring backpacks in churches". Philippine News Agency. January 30, 2019. September 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ Lilian Mellejor. "Mindanao execs condemn Jolo church bombing". Philippine News Agency. January 27, 2019. September 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2019.
- ↑ "MNLF urges govt: Talk with rebels in Jolo church blast probe". ABS-CBN News. 28 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ Philippinen: Mehr als 20 Tote bei Bombenexplosionen in Kirche. Die Zeit. ISBN 0044-2070. 2019-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-27.
- ↑ Chito Chavez. "Jolo church bombings violate international humanitarian law – Human rights group". Manila Bulletin. 28 January 2019. 21 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "Nangangamba ang mga kongresistang miyembro ng Makabayan Bloc na baka gawing dahilan ng pamahalaan ang insidente ng pagpapasabog sa Jolo, Sulu upang magdeklara ng batas militar sa buong bansa" [The congressional members of the Makabayan Bloc fear that following the incident in Jolo, Sulu, the government will declare martial law nationwide] (Tagalog). UNTV News and Rescue. January 28, 2019. May 28, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019 – Facebook vasitəsilə.
- ↑ "MILF condemns twin bombings in Jolo". ABS-CBN News. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "STATEMENT: Moro National Liberation Front on Jolo Cathedral bombing". Minda News. 28 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ 1 2 "Hungary has offered the victims of the Philippines terrorist attack emergency assistance within the framework of the Hungary Helps Program". Prime Minister’s Office, Hungary. Government of Hungary. January 29, 2019. January 30, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ Joyce Ann L. Rocamora. "Australia, EU condole with PH amid Jolo bombings". Philippine News Agency. 27 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "Ministry of Foreign Affairs of Kingdom of Bahrain condemns double terrorist bombings targeting a church in Republic of Philippines". Ministry of Foreign Affairs, Bahrain. January 27, 2019. September 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "Terrorist attack in the Philippines". Ministry of Foreign Affairs, Brazil. January 28, 2019. January 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Michaela del Callar. "Canada PM Trudeau, EU condemn Jolo church attack". Philippine News Agency. 28 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "Statement on BOL ratification issued by British Embassy Manila". Government of the United Kingdom. January 28, 2019. September 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2019.
The UK condemns Sunday’s bomb attack in Jolo. The Minister for Asia and the Pacific and the British Ambassador have both offered their condolences.
- ↑ Ria Fernandez. "Chinese ambassador to PH expresses sympathies after Jolo cathedral bombing". Manila Bulletin. 28 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "Egypt condemns the terrorist attack near Church in southern Philippines". Ministry of Foreign Affairs, Egypt. January 27, 2019. January 30, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "Philippines – Attack against the cathedral on Jolo Island (27 January 2019)". Ministry of Europe and Foreign Affairs, France. January 27, 2019. April 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "Indonesia expresses condolences following church bombing in Philippines". The Jakarta Post. LINE. 28 January 2019. İstifadə tarixi: 28 January 2019.[ölü keçid]
- ↑ "Iran's Foreign Ministry Condemns Philippines Bombing". Ministry of Foreign Affairs, Iran. January 27, 2019. İstifadə tarixi: January 29, 2019.[ölü keçid]
- ↑ "Messages of condolences and sympathies from Ambassador Haneda to the victims of two bombing incidents on Sunday morning in Jolo, Sulu". Embassy of Japan in the Philippines. January 28, 2019. August 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ Christia Marie Ramos. "Norway condoles with kin of Jolo blast victims". Philippine Daily Inquirer. January 29, 2019. September 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "Qatar condemns Philippines church bombings". Qatar News Agency. Qatar Tribune. January 28, 2019. September 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "Condolences to President of the Republic of the Philippines Rodrigo Duterte". President of Russia. January 27, 2019. September 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ 1 2 Ellie Aben. "Saudi Arabia, OIC condemn bomb attack on church in S. Philippines". Arab News. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "Security Council Press Statement on Terrorist Attack in Sulu Province, the Philippines". Department of Foreign Affairs, South Africa. January 28, 2019. August 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "Terrorist Attack at a Cathedral in the Philippines". Ministry of Foreign Affairs, European Union and Cooperation, Spain. January 27, 2019. January 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "No:16, 27 January 2019, Press Release Regarding The Explosions At A Cathedral In Southern Philippines". Embassy of Turkey in Malaysia. January 27, 2019. March 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "Vietnam strongly condemns bomb attacks in Philippines". Nhân Dân. 28 January 2019. 17 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ Joyce Ann L. Rocamora. "Int'l community condemns twin bombings in Jolo, Sulu". Philippine News Agency. 28 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
US Ambassador to the Philippine Sung Kim committed America's support to the Armed Forces of the Philippines. In a statement, he said "We condemn this senseless violence and we will do everything possible to support the Armed Forces of the Philippines".
- ↑ "ADB Offers Sympathies, Support After Terror Attacks in Mindanao". Asian Development Bank. January 29, 2019. September 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
- ↑ "Statement by the Spokesperson on today's bomb attacks in the Cathedral of Jolo in the Philippines". European External Action Service. 27 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ Patricia Lourdes Viray. "Philippines welcomes global condemnation of Jolo bombings". The Philippine Star. January 30, 2019. April 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ "Statement by the Spokesperson on today's bomb attacks in the Cathedral of Jolo in the Philippines". European External Action Service. 27 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
• Ellie Aben. "Saudi Arabia, OIC condemn bomb attack on church in S. Philippines". Arab News. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
• "Statement of the World Bank on the Recent Bombing Incidents in Jolo, Sulu". World Bank. 28 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
• Joyce Ann L. Rocamora. "Int'l community condemns twin bombings in Jolo, Sulu". Philippine News Agency. 28 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
• Darryl John Esguerra. "Jolo bombing: Gov't thanks world leaders for messages of support". Philippine Daily Inquirer. 28 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019. - ↑ "Statement of the World Bank on the Recent Bombing Incidents in Jolo, Sulu". World Bank. 28 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ Darryl John Esguerra. "Jolo bombing: Gov't thanks world leaders for messages of support". Philippine Daily Inquirer. 28 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "UK issues travel warning after Jolo bomb attacks". CNN Philippines. 27 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019.
- ↑ "Barter traders worry over safety after twin Jolo bombings". The Borneo Post. January 29, 2019. September 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019 – PressReader vasitəsilə.
- ↑ "Filipino traders concerned with Mindanao unrest". New Sabah Times. January 29, 2019. January 30, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ Joyce Ann L. Rocamora. "Hungary extends PHP1.89-M to victims of Jolo explosions". Philippine News Agency. January 30, 2019. September 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
- ↑ Aizat Sharif. "Jolo church blast: Police step up security in Sabah following latest intel on IS terrorists". New Straits Times. January 30, 2019. September 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2019.
Xarici keçidlər
redaktə- Vikianbarda 2019 Xolo kafedralında bomba partlayışı ilə əlaqəli mediafayllar var.