Fransisk - Wikipedia
Fransisk (əsl adı: Xorxe Mario Bergolyo; isp.: Jorge Mario Bergoglio; 17 dekabr 1936[2][3][…], Buenos-Ayres[4]) — 266-cı Roma Papası, indiki Vatikan hökmdarı. Cənubi Amerikalı və Yezuitlər ordenindən ilk papa.
Fransisk | |
---|---|
lat. Franciscus PP. | |
Vəzifədədir | |
13 mart 2013-cü ildən | |
Əvvəlki | XVI Benedikt |
Şəxsi məlumatlar | |
Doğum adı | Jorge Mario Bergoglio |
Doğum tarixi | 17 dekabr 1936[2][3][…] (87 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kimyaçı, yazıçı, ilahiyyatçı, vaiz[d], siyasətçi |
Dini | katolisizm[5] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəXorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub. Kimya üzrə texnik diplomu alıb. Buenos-Ayresdə Villa Devoto seminariyasında təhsil alıb. Yezuitlər ordeninə 11 mart 1958-ci ildə daxil olub. Çilidə noviziat mərhələsi (Monax ordeninə daxil olmaq üçün sınaq müddəti) keçib. Sonra da Buenos-Ayresdə müqəddəs İosif kollecində təhsilini davam etdirib. Buenos-Ayresin üç kollecində ədəbiyyat, fəlsəfə və dinşünaslıq dərsləri keçib. İtalyan dilində sərbəst danışır.[6]
1969-cu ildə Berqolyo Argentina paytaxtındakı San-Migel kollecinin dinşünaslıq fakültəsinin professoru təyin olunub. 1970-ci illərdə Argentinanın yezuitlər ordenində müxtəlif vəzifələr tutub. 1973–1979-cu illərdə Argentinanın provensialı olub. 1986-cı ildə Almaniyada doktorluq dissertasiyasını müdafiə edib, vətəninə ruhani və Kordova arxiyepiskopluğunun mənəvi direktoru olaraq dönüb.[6]
1992-ci ildə Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. 1997-ci ildə Buenos-Ayres arxiyepiskopunun koadyuttoru (yepiskopluğun varislik hüququna sahib olan yepiskopu) təyin olunub. 1998-ci ildə kardinal Kvarrasino öldükdən sonra onun vəzifələrini icra etməyə başlayıb. Papa II İohan Pavel 2001-ci ildə ona kardinal rütbəsi verib.[6]
Xorxe Mario Berqalio 14 mart 2013-cü ildə Roma papası seçilib[7]. Roma papası seçildikdən sonra Fransisk adını qəbul etmişdir.
İstinadlar
redaktə- ↑ 13 mart 2013-cü ildə seçilib, 19 mart 2013-cü ildə isə tacqoyması baş verib
- ↑ 1 2 Franciskus // Nationalencyklopedin (швед.). 1999.
- ↑ 1 2 Stefon M. Francis I pope // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Catholic-Hierarchy.org (ing.). USA: 1990.
- ↑ 1 2 3 "2013-cü ilin adamı seçildi: O, kimdir?". 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-11.
- ↑ "Yeni Roma papası Fransisk adını qəbul edib — YENİLƏNİB". 2013-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-13.