Atet - Wikipedia
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı.[1]
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT OSCE | |
---|---|
Organization for Security and Co-operation in Europe | |
Növü | Regional təşkilat |
Yaranma tarixi | 4 aprel 1975 |
Rəsmi dili | |
Mərkəzi | Avstriya, Vyana |
Sədr | Sebastian Kurc |
Üzvləri | 57 üzv, 11 tərəfdaş dövlət |
OSCE.Org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.[2]
ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.[3]
ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib.[4] Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər[5].
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.[6]
İştirakçı olan dövlətlər
redaktəATƏT-in iştirakçıları
redaktəƏməkdaşlıq üzrə tərəfdaşlar
redaktəAralıq dənizi | İl | Asiya | İl | Okeaniya |
---|---|---|---|---|
Əlcəzair | Əfqanıstan | 2003 | ||
Misir | 1995 | 2009 | ||
İsrail | 2002 | Cənubi Koreya | 2001 | |
İordaniya | 00000 | Tailand | 2000 | |
Mərakeş | 1988 | Yaponiya | 1992 | |
Tunis | 777 | Avstraliya |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "OSCE - Organization for Security and Co-operation in Europe 2022". Countryeconomy.com. 2017-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
- ↑ Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
- ↑ "United Nations". www.osce.org (ingilis). 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.
On 26 May 1993, a Framework for Co-operation and Co-ordination between the United Nations Secretariat and the CSCE was agreed upon, and in October of the same year, the UN granted the CSCE observer status.
- ↑ Galbreath, David J. The Organization for Security and Co-operation in Europe (OSCE). Routledge global institutions (Volume 14). New York, NY: Routledge. 2007. ISBN 9780203960943. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
- ↑ "Ermənistan küncə sıxışdırılıb: "2+5" ssenarisindən necə qaçmalı?". 2010-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-24.
- ↑ "Mandate for the Co-Chairmen of the Minsk Process - OSCE". www.osce.org. 1 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2018.
Xarici keçidlər
redaktə- http://www.osce.org/ru/ Rəsmi saytı (ing.)
- OSCE The U.S. Mission to the OSCE
- OSCE The OSCE Mission to Bosnia and Herzegovina
- OSCE POLIS Arxivləşdirilib 25 dekabr 2021 at the Wayback Machine Policing OnLine Information System
- DMOZ-da OSCE
- United States Institute of Peace online training course for OSCE required for U.S. citizens hired by the Organization. Provides a detailed outline of the OSCE, with additional modules on each major area that it is involved in. Website freely available, but tests only given to those who have submitted applications.
- Official OSCE account on ru:Twitter
- Summer Academy on OSCE Arxivləşdirilib 12 aprel 2010 at the Wayback Machine
- Postage stamps of Moldova celebrating her admission to the OSCE