Adi Sincab - Wikipedia
Adi sincab (lat. Sciurus vulgaris) — Gəmiricilər dəstəsinin sincab cinsinə aid heyvan növü.
Adi sincab | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Adi sincab |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm. olur. Bədənlərinin arxasında, az qala öz boyları qədər uzun, yuxarıya doğru dayanan, geniş və gur tüklərdən ibarət quyruqları olur. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan ağaca atlayır.
Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab budağın üstündə qaça, baş aşağı yellənə və o şəkildə irəliləyə bilər. Xüsusilə, boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı bir başqa ağacın budağına rahatlıqla atlaya bilirlər. Havada uçarkən qollarını və qıçlarını açaraq sanki bir paraşut kimi hərəkət edirlər. Bu zaman yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edir, həm də istiqamətlərini nizamlayan bir sükan funksiyası yerinə yetirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa atıb dörd ayaq üzərində yerə yumşaq eniş edə bilirlər.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Richard W. Thorington Jr., Koprowski J. L., Steele M. A. Squirrels of the World. Baltimor: Johns Hopkins University Press, 2012. S. 73–76. ISBN 978-1-4214-0469-1
Məməlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |