1803 - Wikipedia
1803 - Wikipedia - Haqqında Məlumat
1803 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1803 MDCCCIII |
Yuli təqvimi | 1803 |
Yuli təqvimi bizans erasında |
7311-7312 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2555-2556 (21 aprel) |
Avropa təqvimi |
5563-5564 ה'תקס"ג - ה'תקס"ד |
Hicri təqvim | 1217-1218 |
Erməni təqvimi | 4295-4296 (11 avqust)
ՌՊԳ |
Çin təqvimi | 4499-4500 壬戌 - 癸亥 qara it - qara donuz |
Efiopiya təqvimi | 1795 - 1796 |
Hind təqvimi | |
- Vikram-samvat | 1859-1860 |
- Şaka sambat | 1725—1726 |
- Kali-yuqa | 4904-4905 |
İran təqvimi | 1181-1182 |
Buddist təqvimi | 2346 |
Holosen təqvimi | 11803 |
Yapon xronologiyası | 3 Kyova erası |
Fransız inqilabı təqvimi | 11—12
|
Hadisələr
redaktə- 20 fevral- Rusiyada "azad taxılçılar" haqqında fərman verilməsi.
- 30 aprel - Fransanı Luiziananı 15 milyon dollara ABŞ-yə satmağa məcbur olması.
- 22 may - Böyük Britaniyanın Fransaya müharibə elan etməsi.
- 20 iyun -Rusiyada ilk dəfə Sankt-Peterburqda fransız Jak Qarneren tərəfindən hava şarında uçuşun həyata keçirilməsi.
- 7 avqust - İ.F.Kruzenşteynin və Y.F.Lisyanskinin başçılığı ilə ilk rus ekspedisiyasının dünya səyahətinə başlaması.
- 11 sentyabr - Dehli yaxınlığındakı döyüşdə ingilis ordusu tərəfindən fransız general Lui Buryenin başçılığ etdiyi hind ordusunun darmadağın edilməsi.
- 12 sentyabr - Böyük Moğol imperiyasının hökmdarı II Aləmşahın Hindistanda Böyük Britaniya protektoratlığının yaradılması barədə İngiltərə hökumətinə müraciət etməsi.
- 17 oktyabr - General Leykin komandanlığı ilə infilis ordusu tərəfindən Hindistanın Aqra şəhərinin işğal edilməsi.
- 4 dekabr - Sonuncu fransız ordusunun Haitini tərk etməsi.
- Meqreliya knyazlığının Rusiyaya birləşdirilməsi.
- Fransa ilə İngiltərə arasında hərbi əməliyyatların başlanması.
- mart - rus qoşunlarının 5 minlik gürcü qoşunu ilə birlikdə Car-Balakənə hücumunun başlanması.
- 12 aprel - Tiflisdə Car-Balakənin Rusiya tərkibinə qatılması şərtləri və "Andlı öhdəlik" haqqında sazişin imzalanması.
- 12 sentyabr - Şeyxəli xanın Dərbənd şəhərini yenidən Quba xanlığına birləşdirməsi.
- 22 noyabr - Rus qoşunlarının Gəncə xanlığı üzərinə işğalçı yürüşü.
- 29 noyabr - Rus qoşunlarının Şəmkirə soxulması.