Akira Yosino - Wikipedia
Akira Yosino (吉野 彰, Yosino Akira?, 30 yanvar 1948[1][2], Suita, Yaponiya[4][5][…]) — yapon kimyaçısı,[6][7] litium-ion batareyalarının yaradıcılarından biri, Con Qudenaf və Stenli Uittingem ilə birlikdə 2019-cu il Kimya üzrə Nobel mükafatı laureatı, Yaponiya Elmlər Akademiyasının üzvü (2020 il).
Akira Yosino | |
---|---|
yap. 吉野彰 | |
Doğum tarixi | 30 yanvar 1948[1][2] (76 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcələri | |
İş yerləri | |
Təhsili |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyat və təhsili
redaktəA.Yosino 30 yanvar 1948-ci ildə Yaponiyanın Suyta şəhərində anadan olub.[8] 1966-cı ildə Osaka şəhərindəki Kitano Liseyini bitirmişdir.[9] O, 1970-ci ildə Kioto Universitetində mühəndislik üzrə bakalavr, 1972-ci ildə isə magistr dərəcəsi, 2005-ci ildə Osaka Universitetində mühəndislik üzrə doktorluq dərəcəsi almışdır.[10][11]
İbtidai məktəbdə oxuyarkən müəllimlərindən biri ona Maykl Faradeyin “Şamın kimyəvi tarixi” əsərini oxumağı məsləhət gördü. Bu, Yosinoda kitabı oxumazdan əvvəl heç həvəsi olmadığı kimya fənninə maraq doğurdu.[12]
A.Yosino kollecdə oxuyarkən, ilk dəfə kimya üzrə Nobel mükafatına layiq görülən Şərqi Asiya mənşəli yapon kimyaçısı Keniti Fukuinin tədris etdiyi kursa getdi.[13]
Karyerası
redaktəA.Yosino bütün qeyri-akademik karyerasını Asahi Kasei Korporasiyasında keçirib.[14] 1972-ci ildə magistr dərəcəsini aldıqdan dərhal sonra Yosino Asahi Kasei Korporasiyasında işləməyə başladı.[15]
O, 1970-ci illərin əvvəllərində yeni ümumi təyinatlı materialları öyrənmək üçün Asahi Kasei Corporation tədqiqat qrupuna qoşuldu. Əvvəlcə poliasetilenin praktik tətbiqini öyrənir, sonra anod materialı kimi poliasetilendən istifadə edərək təcrübələrə başladı. Bu arada Yapon elektronika sənayesi mobil cihazlarını gücləndirmək məqsədilə yeni yüngül və yığcam təkrar doldurulan batareya yaratmağa çalışırdı.[16]
1982-ci ildə Kavasaki laboratoriyasında işləməyə başladı və 1992-ci ildə ion batareyaları üzrə məhsul inkişaf meneceri vəzifəsinə təyin olundu. 1994-cü ildə Asahi Kasei və Toshiba arasında birgə müəssisə olan LIB istehsalçısı A&T Battery Şirkətində texniki inkişaf meneceri oldu. Asahi Kasei onu 2003-cü ildə elmi işçi, 2005-ci ildə isə öz laboratoriyasının baş meneceri təyin edib. 2017-ci ildən Meidjo Universitetində professordur və Asahi Kaseidəki statusu fəxri tədqiqatçıya dəyişdirildi.[17]
Mükafatları
redaktə- 1998-ci il- Yaponiya Kimya Cəmiyyətindən Kimya Mühəndisliyi Mükafatı [18]
- 1999-cu il- Elektrokimya Cəmiyyətindən Batareyanın İnkişafı Mükafatı
- 2001-ci il- Sənaye üçün Ichimura Mükafatı - Mükəmməllik Mükafatı
- 2003-cü il- Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirinin Elm və Texnologiyaya görə tərifi - Elm və Texnologiya Mükafatı, İnkişaf kateqoriyası
- 2004-cü il-Yaponiya hökumətinin bənövşəyi lentlə medalı
- 2011-ci il- Yaponiyanın Material Elmləri və Texnologiyalarının Təşviqi Fondundan Yamadzaki-Teyiti Mükafatı [19]
- 2011-ci il- NEC C&C Fondundan C&C Mükafatı [20]
- 2012-ci il- IEEE-dən Ətraf Mühit və Təhlükəsizlik Texnologiyaları üçün IEEE Medalı [21]
- 2013-cü il- Qlobal Enerji Mükafatı [22]
- 2014-cü il- Çarlz Stark Dreyper Mükafatı [23]
- 2018-ci il- Yaponiya Mükafatı [24]
- 2019-cu il- Avropa İxtiraçı Mükafatı [25]
- 2019-cu il- Kimya üzrə Nobel Mükafatı [26]
- 2019-cu il- Mədəniyyət Ordeni [27]
- 2023-cü il- VinFuture Mükafatı [28]
İstinadlar
redaktə- ↑ 1 2 http://www.japanprize.jp/data/foundation/2018jpnews59_e.pdf.
- ↑ 1 2 Akira Yoshino // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 https://hdl.handle.net/11094/46077.
- ↑ 1 2 (unspecified title). doi:10.1002/ANIE.201105006
- ↑ 1 2 https://www.asahi-kasei.co.jp/asahi/jp/news/2013/pdf/ze140108.pdf.
- ↑ [1]
- ↑ Akira Yoshino // Brockhaus Enzyklopädie (нем.)
- ↑ "経歴書" (PDF) . Проверено 23 октября 2019 г.
- ↑ "ニュース | 78期吉野彰氏 ノーベル化学賞受賞 -六稜WEB" (на японском языке) . Проверено 11 октября 2019 г.
- ↑ «Акира Ёсино: изобретение литий-ионной батареи» . 1 июня 2018 г.
- ↑ Профиль Акиры Ёсино и обзор его изобретения литий-ионной батареи
- ↑ Савай, Томоки (сентябрь 2020 г.).«Изобретение перезаряжаемых батарей: интервью с доктором Акирой Ёсино, лауреатом Нобелевской премии 2019 г.».Журнал WIPO.
- ↑ 芦原千晶(30 сентября 2018 г.). «<あの頃> リチウムイオン電池開発の研究者・吉野彰さん» .中日新聞. Архивировано из оригинала 9 октября 2019 года . Проверено 9 октября 2019 г.
- ↑ «Профиль доктора Акиры Ёсино»(PDF).Асахи Касей. Проверено 10 октября 2019г.
- ↑ "Профиль Акиры Ёсино, доктора технических наук, и обзор его изобретения литий-ионной батареи"(PDF).Asahi Kasei. Получено 10 октября 2019 г
- ↑ Савай, Томоки (сентябрь 2020 г.).«Изобретение перезаряжаемых батарей: интервью с доктором Акирой Ёсино, лауреатом Нобелевской премии 2019 г.».Журнал WIPO.
- ↑ "Профиль Акиры Ёсино, доктора технических наук, и обзор его изобретения литий-ионной батареи"(PDF).Asahi Kasei. Получено 10 октября 2019 г
- ↑ «Профиль доктора Акиры Ёсино»(PDF).Асахи Касей. Проверено 10 октября 2019г.
- ↑ "MST 山崎貞一賞 – トップページ" . www.mst.or.jp.
- ↑ "Фонд NEC C&C" . www.candc.or.jp .
- ↑ Причина награждения медалью IEEE и лауреаты премии Джон Б. Гуденаф и Рашид Язами были награждены совместно.
- ↑ "Россия чествует учёного, работающего в области литий-ионных технологий" . 23 июня 2013 г. – через Japan Times Online.
- ↑ "Джон Б. Гуденаф из Техасского университета в Остине удостоен высшей награды инженерного сообщества за создание литий-ионных аккумуляторов" . 6 января 2014 г. Архивировано из оригинала 14 мая 2016 г. Получено 10 июля 2018 г.
- ↑ Ли, Брюс Ю. «10 уроков инноваций от победителей премии Японии этого года» . Forbes .
- ↑ Ведомство Европейского патента. "Акира Ёсино (JP)" . www.epo.org .
- ↑ Specia, Меган (9 октября 2019 г.).«Нобелевская премия по химии присуждена за работу над литий-ионными батареями — Джон Б. Гуденаф, М. Стэнли Уиттингем и Акира Ёсино были отмечены за исследования, которые «заложили основу беспроводного общества, свободного от ископаемого топлива»." . The New York Times . Получено 9 октября 2019 г.
- ↑ Ким, Аллен (29 октября 2019 г.) .Создатель «Братьев Марио» Сигэру Миямото будет удостоен одной из самых высоких наград Японии» . CNN . Получено 30 октября 2019 г.
- ↑ Нху, Куинь (21 декабря 2023 г.). «Исследователи аккумуляторов выиграли вьетнамские награды на сумму 3 млн долларов» . VnExpress .