Aktinium - Wikipedia
Aktinium - Wikipedia - Haqqında Məlumat
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | aktinium, Ac, 89 | |||||
Qrup, Dövr, Blok | , 7, f | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | (227) q/mol | |||||
Elektron formulu | [Rn] 6d1 7s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 1050 °C (1323 K, 1922 °F) | |||||
Qaynama temperaturu | 3198 °C (3471 K, 5788 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Aktinium (Ac) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 89-cu element.
Haqqında
redaktəAktinium dövri sistemin III qrupunun radioaktiv kimyəvi elementi, sıra sayı 89, ən çox yaşayan izotopun kütlə ədədi 227. Yer qabığında miqdarı 6×10−10 çəki %. As227 radioaktiv aktinouran (U235) sırasının üzvüdür və uran filizlərində tapılır; b - hissəciklər (98,8%) və a - hissəciklər (1,2%) ayırmaqla parçalanır. As228 (MsTh2) -b şüalandırıcısı olub yarımparçalanma dövrü 6,13 saat. Aktinium - gümüşü-ağ metal, ərimə temperaturu 1050±50 °C. Kimyəvi cəhətdən lantanın ali homoloqudur və tədqiq olunmuş birləşmələri (Ac2O3, AcF3, AcCl3, AcBr3 və b.) lantanın müvafiq birləşmələri ilə izomorfdur.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Xarici keçidlər
redaktəVikianbarda Aktinium ilə əlaqəli mediafayllar var.