Amundsen Skott Antarktika Stansiyasi - Wikipedia
Amundsen-Skott stansiyası (ing. Amundsen–Scott South Pole Station) — Amerikaya məxsus olan, 1956-cı ildən fəaliyyət göstərən qütb stansiyası. Stansiya cənub qütbündə yerləşir. Dəniz səviyyəsindən 2835 metr hündürlüyə malikdir. Materik daxilində inşa edilən ilk stansiyadır.
Stansiya 1956-cı ilin noyabrında elmi məqsədlər üçün inşa edilmişdir.
Xronologiya
redaktəAçılış zamanı stansiya cənub qütbü üzərində yerləşirdi. Ancaq 2006-cı ilə olan məlumata görə isə buzların hərəkəti ilə əlaqədar olaraq stansiya cənub qetbündən 100 metr aralıda yerləşir. Stansiya cənub qütbünü ilk fəth efən Raul Amundsen və Robert Skottun şərəfinə adlandırılmışdır.
Stansiya 2835 metr dəniz səviyyəsində yuxarıda yerləşir. Burada buzlağın qalınlığı 2850 m (2005) təşkil edir. Orta illik temperatur -49 °C təşkil edir. Maksimal temperatur -28 °C (dekabr), minimal temperatur isə −60 °C (iyul) təşkil edir. Küləyin orta illik güçü 5,5 m/s-dir.
Stansiyanın formalaşdırılması(1957—1975)
redaktəİlk əvvəl hazırda «Köhnə qütb» (ing. Old Pole) adlandırılan düşərgə qurulmuşdur. 1956-1957-ci illər ABŞ Hərbi-Dəniz qüvvələrinin təşkil etdiyi ekspedisiya zamanı cənub qütbünə cəmi 18 nəfər göndərilir. Onlar 1957-ci ilin qışını burada keçirirlər. Burada baza buzun altında quraşdırılır. Bazada istənilən hava şəraitində yaşamağa imkan verən şərait qurulur. Elə həmin ildə ən soyuq temperatur −74 °C (−102 °F) qeydə alınır. Bu cür şəraitdə yalnız xüsusi mühafizə şəraitində yaşamaq mümkündür 1957-ci ildən tərk edilmiş taxtadan ibarət tikili il ərzində 60–80 mm qarla örtülür. Hazırda isə bütünlüklə qarın altında qalmışdır. Bu tikili taxtadan ibarət olduğundan tamamən dağılmışdır.
4 yanvar 1958 ildə stansiyaya Transantarktik ekspedisiyası məşhur alpinist Edmund Hillaridə daxil olmaqla ilk dəfə avtomobillə cənub qütbünə hərəkət etmişlər.
(1975—2003)
redaktəAlminyumdan ibarət olan «çadır» qütbün görməli yerlərindən idi. Burada poçt və mağaza belə olmuşdur.
Qütbdə olan istənilən obyekt bir müddətdən sonra qarın altına gömülür. Stansiyanın qardan təmizləmək məqsədilə tonlarda yanacağ sərf edilir. Burada bir l yanacaq 7 $ başa gəlir.
1975-ci ildə quraşdırılan avadanlıqlar tədricən köhnəlmişdir.
Yeni Elmi kompleks (2003 -)
redaktəUnikal yeni konstruksiya qarın stansiyanın üzərini örtməsinə imkan vermir. Xüsusi quruluş qarın stansiyadan yan keçməsimi təmin edir. Bununla belə qarla örtülmə hacana baş verəcəkdir. Ancaq bununda qaşsını almaq məqsədilə xüsusi qaldırıcılar quraşdırılmışdır. Bu isə stansiyanın xidmət müddətini 30-45 il olmasına imkan verir.
Tikinti materilları «Lockheed C-130 Hercules» təyyarələri ilə «Msr-Merdo» stansiyasından daşınmışdır. Materilalların daşınması üçün 1000 uçuş həyata keçirilmişdir. Kompleksdə tikilən obyektlər:
- 11-kilometrlik aşağı güçlü anten kosmik fırtınalar haqqında məlumat toplamaq məqsədi güdür.
- Cənub qütbündə ən güçlü 10-metrlik teleskop.
2006-cı ildə stansiyaya ilk dəfə Mak-Merdo — Cənub qütbü şossesi[1] ilə yük daşınmışdır.
15 yanvar 2008 ildə ABŞ bayrağı yeni kompleksdə qaldırılır. Stansiya yayda 150, qışda isə 50 nəfəri qəbul edə bilər.
İqlim
redaktəCənub qütbündə orta illik temperatur −57,8 °C-dir. Bu isə dünyada orta illik temperaturlar arasında ən aşağı rəqəmdir. İkici nəticə isə Vostok stansiyasıdır. Burada orta illik temperatur -55,6 °C təşkil edir. Cənub qütbündə ən soyuq temperatur −82,8 °C olaraq qeydə alınmışdır. Ən soyuq temperatur isə Vostok stansiyasında qeydə alınmışdır (−89,6 °C). Şimal yarımkürrəsibdə isə ən soyuq ərazı Oymyakondur (-71 °C). XXI əsrdə Antarktida ərazisində ən soyuq temperatur 1 avqust 2005 ildə -79,3 °C olaraq qeydə alınmışdır.
Nəqliyyat
redaktəStansiyada eniş zolağı istənilən təyyarələri qəbul edə bilir. Eniş zolağının uzunluğu 3658 metrdir.
Herkules təyyarələri əsasən stansiyaya laxım olan iri avadanlıqların daşınmasında istifadə edilir. Mak-Merdo - Cənub qütbü şossesi isə yüklərin daşınmasını asanlaşdırmışdır.
Rabitə
redaktəStansiya ilə əlaqə NASA peyk stansiysları olan TDRS-F1, Marisat, LES 9, GOES və İridiumla yaradılır[2][3].
Olaylar
redaktə1991 ildə Maykl Peylin bazanı ziyarət etmişdir.
1996-cı ildə dünyada ilk dəfə olaraq qatın qütb komandası «Metelisa» elmi-araşdırma ekspedisiyası çərçivəsində «Vostok — Amundsen-Skott».maşrutunu həyata keçirmişdir.
1999-cu ildə qışlama zamanı həkim Cerri Nilsen özündə döş xərçəngi aşksrlayır. O, dərmanlsrdan istifadə etməklə kimyaterapiya keçməli olur. Sonradan isə ilk təyyarənin gəlməsi ilə o köçürülmüşdür. 1 yanvar 2000 ildə NASA cənub qütbündən bir başa canlı yayım həyata keçirilmişdir [4]. Bu canlı yayım zamanı ABŞ məktəbliləri hətta burada işləyən alimlərə suallar vermişlər[5].
2007-ci ildə stansiyanı Rusiyanın dövlət işçiləri ziyarət etmişdir. Onlar Çilidən bir-başa Mi-8 helikopteri ilə cənub qütbünə gəlmişlər[6][7].
6 sentyabr 2007 ildə National Geographic Channel şirkəti Man Made ТВ-şousunda buradakı yeni tikilidən reportaj təqdim etmişdir[8].
9 noyabrda isə Today kompaniyası NBC Enn Kerrinin müəliffliyi ilə cənub qütbündən bir başa canlı bağlantı yaratmışdır[9].
Mövlud günü (2007) stansiyanın iki əməkdaşı içkili olması ilə əlaqədar dava salmış və qısa müddət ərzində isə ekakuasiya edilmişlər[10].
Qalereya
redaktəYeni stansiya
redaktə-
Yeni stansiya (quş baxışı), yanvar 2005
-
Yeni stansiya, yanvar 2007
-
Cənub qütbü, 1996 il
Köhnə stansiya
redaktə-
Köhnə stansiya, fevral 2007
-
Keçmiş tikilinin qalıqları, yanvar 2007
-
Anbar, yanvar 2007
-
2009 il
İstinadlar
redaktə- ↑ "Icy Overland Trip May Add Ground Vehicles to South Pole Supply Missions". 2012-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.
- ↑ "South Pole-News". Southpolestation.com. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-08.
- ↑ "South Pole TDRSS Relay (SPTR)". Msp.gsfc.nasa.gov. 2000-09-01. 2012-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-08.
- ↑ "Expedition Technology News". Human Edge Tech. 2012-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-08.
- ↑ Greg Falxa. "Tech Crew at the South Pole Interactive TV Broadcast". Falxa.net. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-08.
- ↑ "Patrushev lands at South Pole during Antarctic expedition". 2012-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.
- ↑ "Two Russian helicopters land at the South Pole". Timesrussia.com. 2007-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-08.
- ↑ "National Geographic Channel's South Pole Project". 2007-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.
- ↑ 10:36 a.m. ET. "Ann Curry's live broadcast from the South Pole". MSNBC. 2007-11-09. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-08.
- ↑ "Antarctic base staff evacuated after Christmas brawl". Guardian. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-08.