Anaksaqor - Wikipedia
Anaksaqor ya da Anaksaqoras (yun. Ἀναξαγόρας, təxminən e.ə 500 – 428) — qədim yunan filosofu. O, Klazomenai şəhərindən idi. Afina hökmdarı Periklesin yaxın adamı olub. Ancaq, sonra onun düşmənləri Anaksaqorası tanrılara inanmamağda günahlandırmışdılar. Səbəbsə bu idi ki, o Günəşi tanrı deyil, adi planet hesab edirdi[2]. Hətta o bundan sonra sürgün edildi. Ümumiyyətlə Anaksaqorasın fikrinə görə yunan əsatirlərini hərfi deyil, məcazi mənada başa düşmək lazımdır. Bu məsələdə onun mövqeyi Ksenofaneslə üst-üstə düşmüşdür.
Anaksaqoras | |
---|---|
Ἀναξαγόρας | |
Doğum tarixi | təq. e.ə. 500[1] |
Vəfat tarixi | təq. e.ə. 428[1] |
Vəfat yeri | |
Dövr | Qədim Dünya |
İstiqaməti | Sokrataqədərki fəlsəfə |
Əsas maraqları | astronomiya, riyaziyyat, fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Anaksaqorasa görə yer yastı olaraq hava üzərində durmuşdur. Ulduzlar efirin fırlanması nəticəsində yaranan daşlardır. Günəş Peloponnesus yarımadası həcmində böyük bir daşdır[3]. Dünyanı idarə edən qüvvə isə taledir. O həm də demişdir ki, ağda qaranın, qarada ağın olduğu kimi hər şeydə başqa şeyin əlaməti vardır.
Anaksaqorasın məqsədi yunan fəlsəfəsində hallandırılan dünyanın əbədilik ideyasını gerçək duyğulara uyğunlaşdırmaq idi. Onun fikrincə dünya sonsuz sayda "toxumlardan" ibarətdir[3]. Onlar sonsuzluğa qədər bölünürlər. Ancaq, bundan başqa o hər hansı bir fövqəl gücün olmasını da zəruri hesab edirdi. Çünki, bu dünyanı hərəkətə gətirən bir güc olmalıdır. Bu gücü isə o, "Əql" (yun. Νούς) adlandırmışdır[4].
Anaksaqorasın kosmoqoniası ondan ibarətdir ki, öncə Əql olmuşdur. Sonra o başqa şeylərlə əlaqəyə girmiş, nəticədə dairəvi hərəkət yaranmışdır. Öncə bir olan varlıq parçalanmışdır. Quru nəmdən, işıq qaranlıqdan, isti isə soyuqdan ayrılmışdır. Beləliklə, iki aləm: odlu efir və hava yaranmışdır. Sonra qatlaşma prosesi başlamış və bunun nəticəsində buludlar yaranmışdır. Sonra buludlardan su, sudan yer, yerdən daşlar əmələ gəlmişdir[5]. Bununla da Anaksaqorasın (eləcə də Empedoklesin) materializmi sonralar Leukippus və Demokritin maddəçi fəlsəfəsi üçün zəmin yaratmışdır.
Mənbə
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 27-28. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
redaktə- Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
- Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
- Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801.
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 27-28. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
- Gunnar Skirbekk, Nils Gilye. Fəlsəfə tarixi. Azərbaycan dilinə tərcümə edən — fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2007.
- Uill Dürant. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Azərbaycan dilinə tərcümə edən — fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2006.
- Краткий очерк истории философии / под редакцией М. Т. Иовчука, Т.Н. Ойземана, И. Я. Щипанова. М.: Мысль, 1975.
İstinadlar
redaktə- ↑ 1 2 3 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 86. ISBN 978-2-221-06888-5
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 61.
- ↑ 1 2 Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 59.
- ↑ Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 386.
- ↑ Краткий очерк истории философии Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine / под редакцией М. Т. Иовчука, Т.Н. Ойземана, И. Я. Щипанова. М.: Мысль, 1975, c. 51.