Andezit - Wikipedia
Andezit — porfir, bəzən afir, qabarcıqlı və ya flyuidal teksturlu, əsas kütləsi hialopilit, mikrolit, pilotaksit və ya vitrofir quruluşlu vulkanik süxur. Başlıca mineralları: plagioklaz (püruzlərdə əsasi andezindən bitovnitə, əsas kütlədə isə labradora kimi dəyişir), bir və ya bir neçə rəngli mineral (biotit, bazaltik hornblend), rombik (bronzit, hipersten, enstatit) və monoklinik (diopsid, avgit, pijonit) piroksenlər. Andezit əsasi tərkibli növlərində bəzən olivin, turş növlərində isə kvars qeyd edilir. Andezit adətən vulkan şüşəsi, filiz (maqnetit) və aksessor (apatit, sfen) minerallar olur. Andezitlər ailəsinə mənsubdur. Kimyəvi tərkibinə görə normal sıralı kvarslı dioritlərin effuziv analoqu sayılır. Alüminiumluq əmsalı: al’=0,75–3,5. SiO2-nin miqdarı 57–64%. Postvulkanik dəyişilmələri: propilitləşmə və törəmə kvarsitləşmə. Sinonim: Labrodorofir, Oliqoklazlı porfir, Pyui-andezit və b.
Andezit | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Andezit formasiyası
redaktəAndezit formasiyası andezibazaltların və andezitlərin üstünlüyü və ya geniş inkişafı ilə səciyyələnən vulkanogen süxurların təbii assossiasiyasıdır. Ekstruziv süxurlar, piroklastolit və pemza şəklində olan datsit və liporitlər az yayılmışdır. Andezit formasiyasi çoxlu diorit və diorit-porfirit subvulkanik intruzivlərinin olması səciyyələnir. Andezit formasiyası geosinklinal inkişafın orta mərhələsinə və orogen mərhələlərinə uyğun gəlir.
Andezit xətti
redaktəAndezit xətti Marşalla görə (1910, 1912), Sakit okean həlqəsinin andezit vulkanları ilə okeandaxili adaların bazalt vulkanları arasındakı sərhəd. Andezit xətti qərbdə qırışıq dağlardan və qitə tipli intruzivlərdən ibarət adalar qövsü strukturları, şərqdə isə qırışıqlıq hərəkətləri baş verməmiş enli xətti qurşaqlar şəklində pərakəndə adalar yerləşir. Bir çox tədqiqatçılar andezit xətti qitə ilə okean arasında sərhəd hesab edirlər.
Andezit maqması
redaktəAndezit maqması qırışıqlıq zonaları ilə əlaqədar əmələ gələn orta tərkibli maqma. Belə maqma nisbətən qatı və həll olmuş qazlarla zənginləşir. Qrin və Rinqvuda (1968) görə, təzyiq 3 QPa, temperatur isə 1300–1350° C-yə çatdıqda müxtəlif süxurlardan andezit tərkibli maqmanın əriyib ayrılması baş verir.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.