Arsin Mal Alan Film 1965 - Wikipedia
Arşın mal alan filmi rejissor Tofiq Tağızadə[1] tərəfindən 1965-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Leyla Şıxlinskaya, Ağadadaş Qurbanov, Nəcibə Məlikova, Hacımurad Yegizarov, Xuraman Hacıyeva, Tələt Rəhmanov və Səfurə İbrahimova ifa edirlər.
Arşın mal alan | |
---|---|
Janr |
komediya musiqili məhəbbət |
Rejissor | Tofiq Tağızadə |
Əsərin müəllifi | Üzeyir Hacıbəyov |
Ssenari müəllifləri |
Tofiq Tağızadə Muxtar Dadaşov |
Baş rollarda |
Həsən Məmmədov Leyla Şıxlinskaya Ağadadaş Qurbanov Nəcibə Məlikova Hacımurad Yegizarov Xuraman Hacıyeva Tələt Rəhmanov Səfurə İbrahimova |
Operator | İlya Minkovetski |
Bəstəkar | Üzeyir Hacıbəyov |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1 fevral 1966 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 85 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1965 |
Texniki məlumatlar |
9 hissə 2532 metr genişformatlı |
Rəng | rəngli |
IMDb | ID1573789 |
Məzmun
redaktəBakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər (Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (Hacımurad Yegizarov) onun köməyinə gəlir...
Film haqqında
redaktə- Film bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında ekranlaşdırılmışdır.[2]
- Bu film eyniadlı əsərin milli kino tariximizdə 3-cü ekranlaşdırmasıdır.[2]
Festival və mükafat
redaktəFilm 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalında Ən yaxşı musiqili filmə görə Gürcüstan SSR Bəstəkarlar İttifaqının prizinə layiq görülmüşdür.[2]
Filmin üzərində işləyənlər
redaktə- Əsərin Müəllifi : Üzeyir Hacıbəyov
- Ssenari müəllifi : Tofiq Tağızadə, Muxtar Dadaşov
- Quruluşçu rejissor : Tofiq Tağızadə
- Quruluşçu operator : İlya Minkovetski
- Quruluşçu rəssam : Elbəy Rzaquliyev
- Bəstəkar : Üzeyir Hacıbəyov
- Geyim rəssamı : N. Əbdürrəhmanov
- Musiqi redaktoru : Fikrət Əmirov
- Səs operatoru : Ağahüseyn Kərimov
- Rejissor : Məmməd Əlili
- Operator : A. Şatunovski
- Redaktor : Ədhəm Qulubəyov, İshaq İbrahimov
- Rəqslərin Quruluşçu : Əminə Dilbazi, Böyükağa Məmmədov, T. İzrailov
- Mahnıları İfa edir : Rauf Atakişiyev, Z. Quliyeva, Sona Aslanova(S. Aslanova kimi), K. Əzimov, Firudin Mehdiyev, Şəfiqə Qasımova(Ş. Qasımova kimi), R. Mahmudov, S. Həsənova
- Qrim rəssamı : Y. Belyanskaya
- Qrim edən : V. Arapov
- Montaj edən : Tamara Nərimanbəyova
- Rejissor assistenti : Elmira Əliyeva, A. Vəkilov, Murad Məlikov
- Operator assistenti : V. Həsənov, Robert Silonyan, Fikrət Əsgərov
- Dekorator : T. Abdullazadə, Fikrət Bağırov
- Assistent : T. Məlikzadə
- Filmin direktoru : S. Bayazov, Daniil Yevdayev
- Çalır : Kinematoqrafiya İdarəsinin Simfonik Orkestri və Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
- Musiqi Hissəsinin Rəhbəri və Dirijor : Nazim Rzayev (II)
- Fotoqraf-rəssam : Pərviz Quliyev
Rollarda
redaktəHəsən Məmmədov — Əsgər
Leyla Şıxlinskaya — Gülçöhrə
Ağadadaş Qurbanov — Soltan bəy
Nəcibə Məlikova — Cahan xala
Hacımurad Yagizarov — Süleyman
Xuraman Hacıyeva — Asya
Tələt Rəhmanov — Vəli
Səfurə İbrahimova — Telli
Möhsün Sənani - Qoçu
Filmi səsləndirənlər
redaktəƏliağa Ağayev — Soltan bəy (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur)
Firudin Mehdiyev — Vəli (Tələt Rəhmanov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Gülçöhrə (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
Ətayə Əliyeva — Cahan xala (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
Həsənağa Turabov — Süleyman (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
Hacı Murad Yagizarov — Tutuquşu (titrlərdə yoxdur)
Ağasadıq Gəraybəyli — Qoçu (titrlərdə yoxdur)
Əzizağa Qasımov - Qoçu (Möhsün Sənani)(titrlərdə yoxdur)
Epizod rollarda
redaktə- Qorxmaz Əlilicanzadə — toy iştirakçısı və bəy-gəlinin önündə rəqs edən uşaq[mənbə göstərin]
İstinadlar
redaktəMənbə
redaktə- Tofiq Tağızadə. "İllər və arzular" //Ədəbiyyat və incəsənət.- 1964.- 25 yanvar.
- Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Qurbanov, Ş. "Arşın mal alan" //Bakı.- 1966.- 24 fevral.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 414.
- Nailə Rəhimova. ""Arşın mal alan" filminin uğurlu həyatı". //"Təhsil, mədəniyyət, incəsənət" jurnalı.- 2000.- № 4.- səh. 89-92.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 151-152.
- Həsənova, T. “Üzeyir Hacıbəyov və Azərbaycan kinosu”. //Kino.- 2006.- 29 sentyabr.- səh. 7.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1965-ci ilin Azərbaycan filmləri
1960-cı illər Azərbaycan filmlərinin siyahısı