Arif Melikov - Wikipedia
Arif Cahangir oğlu Məlikov (13 sentyabr 1933[1][2], Bakı – 9 may 2019[3][1][…], Bakı) — Azərbaycan bəstəkarı və rəssamı[4], SSRİ xalq artisti (1986), Azərbaycan SSR xalq artisti (1978), professor (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001),[5] həqiqi üzvü (akademik) (2014)[6]. Avrasiya Akademiyasının qurucu üzvlərinin biri
Arif Məlikov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 13 sentyabr 1933[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 9 may 2019[3][1][…] (85 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, rəssam, film bəstəkarı, musiqi pedaqoqu |
Fəaliyyət illəri | 1958–2019 |
Janrlar | opera, simfoniya, balet |
Musiqi alətləri | piano, tar |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəArif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır.
Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir.
Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D. Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş. Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədiliyinin, qüdrətinin rəmzinə çevrilmişdir.
Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfonistdir. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirmişdir.
Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində — Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.
2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.[7]
Arif Məlikov 1979-cu ildə professor adına layiq görülmüşdür. 1982-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyib. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2012-ci ildən Xəzər universitetinin fəxri doktoru olub.
Bəstəkar Arif Məlikov 9 may 2019-cu ildə 86 yaşında vəfat etmişdir.[8] Məlikov ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunmuş və I Fəxri Xiyabanda dəfn olunmuşdur.[9]
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 28 may 1965
- "Şərəf nişanı" ordeni — 1971
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 iyun 1978
- Azərbaycan SSR Dövlət mükafatı — 1986
- "SSRİ xalq artisti" fəxri adı — 17 oktyabr 1986
- "İstiqlal" ordeni — 12 sentyabr 1998
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[10]
- Heydər Əliyev Mükafatı — 5 may 2009
- "Heydər Əliyev" ordeni — 13 sentyabr 2013[11]
- Nizami Gəncəvi adına Qızıl medal — 2015
- "Şöhrət" ordeni — 13 sentyabr 2018[12]
Musiqi əsərləri
redaktə- Baletlər — "Məhəbbət əfsanəsi" istisna olmaqla, heç biri Azərbaycan səhnəsində qoyulmayıb[13]
- "Məhəbbət əfsanəsi" (1961)
- "Ölümdən güclü (balet)" (1966)
- "Yer üzündə iki nəfər (balet)" (1969)
- "Əlibaba və qırx quldur (balet, A. Məlikov)" (1973)
- "İki ürək dastanı (balet)" (1981)
- "Yusif və Züleyxa" (1999)
- Simfonik əsərlər
- Səkkiz simfoniya (1958–2000) — BSO üçün
- Simfonik poemalar: "Nağıl", "Füzuli", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" — BSO üçün
- Xalq Çalğı alətləri Orkestri üçün əsərlər
- "Azərbaycan" balladası (1995) — Almas İldırımın söz. səs və simfonik orkestr üçün
- Kamera instrumental əsərlər (prelüdlər, süitalar)
- Nazim Hikmətin sözlərinə 3 vokal silsilə;
- Operetta
- "Dalğalar" (1967)
- Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990–2001).
Filmoqrafiya
redaktə- Sehrli xalat (film, 1964)
- İyirmialtılar (film, 1966)
- Məhəbbət əfsanəsi (film, 1969)
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — bəstəkar, dirijor
- Ulduzlar sönmür (film, 1971)
- Rüstəm və Söhrab (film, 1971)
- Ürək məsələləri (film, 1971)
- Qərib cinlər diyarında (film, 1977)
- Qız qalası əfsanəsi (film, 1978)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)
- Doğma sahillər (film, 1989)
- Gecə qatarında qətl (film, 1990)
- Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
- Kamil (film, 1997)
- Tənha ruh (film, 1998)
- Tanrıya tapınan Kiş (film, 2001)
- Hacı Qara (film, 2002)
- Maestro (film, 2002)
- Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
- Nəfəs alətləri (film, 2004)
- Oqtay Ağayev. Ötən günlər (film, 2004)
- Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə (film, 2006)
- Dağlı çörəyi (film, 2007)
- Hədiyyələr, həyəcanlar… (film, 2007)
- Maestro Niyazi (film, 2007)
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Arif Melikov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Arif, Ари́ф Cahangir oğlu Məlikov // Musicalics (fr.).
- ↑ 1 2 Умер народный артист СССР Ариф Меликов (rus.).
- ↑ "Arif Məlikovun rəsmlərinin musiqi ilə vəhdəti". 2014-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
- ↑ "MƏLİKOV ARİF CAHANGİR OĞLU" (az.). composers.musigi-dunya.az. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Arxivlənmiş surət". 2014-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
- ↑ Lider TV. "Arif Məlikovun "Not əsərlərinin tam külliyyatı" təqdim olunub" (az.). Youtube.com. 17.12.2016. İstifadə tarixi: 2016-12-19.
- ↑ "Xalq artisti Arif Məlikov vəfat etdi" (az.). oxu.az. 9 may 2019. 20 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Arif Məlikov dəfn olunub" (az.). oxu.az. 9 may 2019. 20 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
- ↑ "A.C. Məlikovun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 13 sentyabr 2013. 2015-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ President.Az. "A.C.Məlikovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 13.09.2018. 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-15.
- ↑ "Arif Məlikov: "Yazdığım baletlərin birinin də iyi yoxdur o teatrda"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-31.
Xarici keçidlər
redaktəVideo
- Brilliant Dadaşova — Güllərim — sözləri: Nəbi Xəzri
- Akif İslamzadə — Gəl bizim dağlara — sözləri: Həmid Abbas
- Məmməd Salmanov — Çıx yaşıl düzə — sözləri: İslam Səfərli
- Türk qızlarının rəqsi
- Nəbi Quliyev və Yusif Bayramov — tarda "Təlxəklərin rəqsi"
- Rəşidə Behbudova — Arif Məlikovun VIII simfoniyası: I hissə, II hissə, III hissə — sözlər: Nazim Hikmət və Almas İldırım
Audio
Mənbə
redaktə- Журнал "Баку". Номер: Март — Апрель 2011