Arimasplar - Wikipedia
Arimaspi xalqı (q.yun. Ἀριμασποί q.yun. Ἀριμασποί, lat. Arimaspi) — qədim dünyanın şimal-şərqində yaşamış mifik bir xalq.
Onlar haqqında Herodotun və bir neçə qədim yunan tarixçilərinin əsərlərində rast gəlmək olar.[1] Heredota görə onlar təkgözlü (Arimasp sözü skif dilindən bu cür tərcümə olunur) insanlar idilər və qrifonlar ilə döyüşürlər. Bir sıra tədqiqatçılar, Arimaspiyalıların tunc dövründə mövcud olmuş Cənubi Sibirdə yaşamış köçəri Skif xalqı olduğunu bildirirlər.[2]
Tarixi yazılar
redaktəArimaspilər haqqında məlumat mənbəyi, Prokonsdan olan Kaistrobiusun oğlu Aristeyin tam bitməmiş "Arimaspilər haqqında dastan" (və ya "Arimaspia") epik şeiridir.
Aristeyə görə, Arimaspilər İssedonlardan şimalda yaşayırlar. Onlardan şimalda isə qızıl mühafizə edən qriffonlar yaşayır və Arimaspilər onlar ilə döyüşürlər.
Üstəlik, Arimasplar İssedonları ölkələrindən qovmuşdurlar, onlar da öz növbəsində Skifləri və Kimmerləri öz yaşadıqları ərazilərdən qovmuşdurlar. Herodot isə Skif dilində "tək gözlü" ("arima" — bir, "spu" — göz) mənasını verən "arimasp" sözünün izahını da verir[3](görünür, Arteyisun şeirindən götürülüb).