Arktika Iqlimi - Wikipedia
Arktika iqlimi — Yer kürəsinin şimal qütbü ətrafınıda, Arktika ərazisində hakim olan iqlim. Arktik iqlim uzun, soyuq qışı və qısa sərin yayı ilə xarakterizə olunur. Bu ərazidə kəskin iqlim göstəriciləri müşahidə olunsada, ancaq bütün bölgədə həm yay da, həm də qışda ekstremal günəş radiasiyası qeydə alınır.
Radiasiya balansı
redaktəQütb gündüzləri və gecələri il ərzində qeyri-bərabər günəş radiasiyasının düşməsinə şərait yaradır. Bölgənin cənub rayonlarında radiasiya balansı müsbətdir: 10–15 kkal/(sm²·il), yəni mülayim qurşaq ərazisindən 2–3 dəfə az. Mərkəzi hissələrdə isə 2–3 kkal/(sm²·il)-dir.
Temperatur rejimi
redaktəİl ərzində temperaturun alçaq olmasının səbəbi ərazinin yayda az qızması, qışda isə intensiv soyumasıdır. Qışda Arktikanın çox hissəsi intensiv siklon təsirinə məruz qalır; Atlantik okeanının şmimalından və qismən Sakit okeandan gələn siklonlar havanın temperaturunu nisbətən qaldırır (–2-dən –10˚C-yədək), buludluluğu, yağıntıların miqdarını maksimuma çatdırır, havanı kəskin dəyişdirir və tez-tez güclü küləklərin əsməsinə səbəb olur. Antisiklonlar qış da, əsasən, Arktikanın Sibir regyonunda güclənir, Arktika hövzəsinin Sakit okean boyu hissəsində (Kanada və Qrenlandiya) isə nisbətən zəif inkişaf edir. Burada Arktik iqlim, demək olar ki, tamamilə isti Şimali Atlantika axınının təsiri altındadır. Berinq boğazının ensiz və dayaz olması Sakit okeanın isti sularının Arktikaya təsirini nisbətən zəiflədir.
Arktikanın Atlantika okeanı rayonunun cənub hissəsində qışın ən soyuq ayının (yanvar) orta temperaturu –2-dən –4°C-yədək, Barens dənizinin şimalında, Qrenlandiya dənizinin qərbində, Baffin və Çukot dənizlərində –25 °C, Arktikanın Sibir rayonunda, Kanadanın şimalında və Arktika hövzəsinin ona yaxın hissəsində –32-dən –36°C-yə — dək, Qrenlandiyanın mərkəzi hissəsində –45-dən –50°C-yədək, onun buzlaq qalxanında –65,5°C-yədəkdir. Yayda ən isti ayın (iyul) orta tempmeraturu 0°C-dən (Arktikanın mərkəzi hissəsində və Atlantik hövzəsində) 2–3°C-yədək (sahil yaxınlığında) qalxır. Qrenlandiyanın mərkəzi hissəsində iyulda orta tempmperaturu –10, –12°C-dən çox deyil.
Rütubətlənmə və küləklər
redaktəMütləq rütubət az, nisbi rütubət isə çox (80–90%) olur. Avrasiya sahillərində qeyri-sabit və güclü cənub və cınub-qərb küləkləri əsir; tez-tez çovğunlar olur. Dağlarda, adətən, əsən bora küləklərinin sürəti 40 m/san-yə çatır.
Yağıtılar
redaktəArktik iqlimə aid olan Atlantik və Sakit okeanlara yaxın ərazilərində yağıntının illik miqdarı 700 mm, sahil zonalarında 100–250 mm-dir.
Buz qatı
redaktəArktik iqlim hakim olan ərzilərdə böyük buz qatı örtüyü üstünlük təşkil edir. Arktika ərazisində buz qatının sahəsi 2 milyon km²-dir. Qütb ərazilərdə illik buz qatının sahəsi qışda 11 milyon km², yay da isə 8 milyon km²-dir. Bir illik buz örtüyünün qalınlığı 1–2 metr, çoxillik buz qatı isə 3–4 metr qalınlıqda olur.
Arktik iqlimdə dəyişikliklər
redaktəArktik iqlim 20 əsrdə xeyli dəyişikliyə məruz qalmışdır. 1920-ci illərdən havanın temperaturu artmağa başlamış, 1930–40 il-lərdə qış aylarında 5–7°C artmış, nəticədə dənizlərin ümumi buzluluğu azalmış, buzlar nazilmişdir. Daha sonra ilıq Şimali Atlantika axını güclənmiş, dənizlərdə temperatur və duzluluq artmış -dır. 1950–70 illərdə bir qədər soyuqlaşma başlamış, sonrakı onilliklər də isə, əsasən, iqlimin qlobal istiləşməsi nəticəsində temperatur yenidən qalxmağa baş lamışdır.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinad
redaktəArktika // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 50–51. ISBN 978-9952-441-05-5.