Artur Cefri - Wikipedia
Artur Cefri (ing. Arthur Jeffery; 18 oktyabr 1892, Avstraliya, Melburn – 2 avqust 1959, Kanada, Yeni Şotlandiya) — avstraliyalı şərqşünas.[2]
Artur Cefri | |
---|---|
ing. Arthur Jeffery | |
Doğum tarixi | |
Doğum yeri | Avstraliya, Melburn |
Vəfat tarixi | 2 avqust 1959[1] (66 yaşında) |
Vəfat yeri | Kanada, Yeni Şotlandiya |
Fəaliyyəti | şərqşünas |
Həyatı
redaktəMelburn Universitetində təhsil almış, Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1921-ci ildə Qahirədəki Amerika Universiteti nəzdində Şərq Araşdırmaları Mərkəzinə (School of Oriental Studies) müəllim kimi dəvət edilmişdir.[2]
Fəaliyyəti
redaktə1929-cu ildə Edinburq Universitetində doktorluq dərəcəsi almış, 1938-ci ildən ABŞ-nin Kolumbiya Universitetinin Yaxın və Orta Şərq dilləri fakültəsinin dekanı olmuşdur. Metodist kilsəsinə mənsub idi.[2]
Kitabları
redaktəArtur Cefrinin araşdırmaları Quranın müxtəlif qiraət qaydalarına, Məhəmməd peyğəmbərin həyatına, İslam və xristianlığın əlaqələrinə həsr olunmuşdur. İbn Ərəbinin "Şəcərət əl-kövn" əsərini ingilis dilinə tərcümə etmişdir. "İslam Ensiklopediyası" nın 2-ci nəşrində ("Encyclopaedia of Islam", Vol. 1, Leiden: E.J.Brill, 1960) bəzi məqalələrin müəllifidir.[2]
İstinadlar
redaktə- ↑ Arthur Jeffery // AlKindi.
- ↑ 1 2 3 4 Artur Cefri// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 211. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.