Avtomobil Senayesi - Wikipedia
Avtomobil sənayesi — avtomobil, qoşqu, avtomobil mühərrikləri və ehtiyat hissələri istehsal edən maşınqayırma sahəsi.
Tarixi
redaktəAvtomobil sənayesi ümumiyyətlə, XIX əsrin axırlarında, SSRİ-də isə İkinci Dünya müharibəsindən əvvəlki beşilliklərdə yaranmışdır. SSRİ-də AMO-F-15 markalı ilk 1,5 tonluq yük avtomobili 1924-cü ildə Moskva Avtomobil Cəmiyyəti zavodunda buraxılmışdır. 1925-ci ildə Yaroslavl, 1931-ci ildə yenidən qurulmuş Moskva Avtomobil Cəmiyyəti və 1932-ci ildə Qorki avtomobil zavodları işə düşmüşdür. İkinci Dünya müharibəsi illərində Çelyabinsk vilayətinin Miass şəhərində işə salınan Ural Avtomobil Zavodu 1944-cü ildə 3 tonluq yük avtomobilləri istehsalına başlamışdır. Müharibədən sonra mövcud zavodların yenidən qurulması və genişləndirilməsi ilə yanaşı Minsk, Kutaisi, Ulyanovsk yük avtomobilləri, Lvov və Pavlovo avtobus zavodları tikilmişdir. 1959–1971-ci illərdə avtomobil sənayesi daha çox inkişaf etmişdir. Kremençukda 10-12 tonluq yükünü özüboşaldan və 12–14 tonluq kuzovlu avtomobil, Belorusiyada nəhəng (25–40, 74v80, 120 tonluq) yükünü özüboşaldan avtomobil, Zaporejyada mikrolitrajlı, İjevskdə və Tolyattidə azlitrajlı minik avtomobili, Likino-Dulyovo (Moskva vilayəti) və Kurqanda avtobus, Riqada mikroavtobus və s. istehsalı təşkil olunmuşdur. 1970-ci ildə Tatarıstan MSSR-də Kama Avtomobil Zavodunun tikintisinə başlanmış, 16 fevral 1976-cı ildə ilk KamAZ-5320 markalı 16 tonluq yük avtomobilləri buraxılmışdır. 1970-ci illərdə Moskva zavodları ZİL-130, ZİL-131, ZİL-133, ZİL-114, ZİL-117, ZİL-177B və "Moskviç" 2138, "Moskviç" 2140, Qorki Avtomobil Zavodu QAZ-53A, QAZ-66, QAZ-24, Ural Avtomobil Zavodu URAL-375, URAL-377,Ulyanovsk Avtomobil Zavodu UAZ-452D, UAZ-469, Minsk Avtomobil Zavodu MAZ-500A, MAZ-503A, MAZ-5549, Volqa Avtomobil Zavodu VAZ-2101, VAZ-2103, VAZ-2106, VAZ-2121 və s. markalı avtomobillər istehsal edirdi. Eyni zamanda, Azərbaycan SSR-də avtomobil ehtiyat hissələr istehsal edən, habelə avtomobil təmir edən zavodlar var idi.[1]
XX əsrin 70–80-ci illərində Bakı Xüsusitəyinatlı Avtomobillər Zavodunda hansıki sonradan Bakı Avtomobil Zavodu olaraq (BakAZ) adlandırılan zavodda əfsanəvi PAZ-672 modelinin əsasında xalq arasında "Pinqvin" adlandırılan soyuducuya sahib ərzaq məhsulları daşıyan BZSA-3742 modeli buraxılmışdır.
1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodu istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.
İstinadlar
redaktə- ↑ Автомобил сәнајеси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 79.
Əlavə ədəbiyyat
redaktə- Šuman-Hreblay, Marián. Automobile Manufacturers Worldwide Registry (ing.). — Jefferson, N.C.: McFarland, 2000. — 327 p. — ISBN 978-0-7864-0972-3. (наиболее полный справочник автомобилестроительных компаний мира)
Xarici keçidlər
redaktə- «Автомобильные войны» auto-hist.ru saytında — «История автомобильной промышленности» (rus.)
- «Лидеры автомобильной промышленности» — mwcom.ru saytında araşdırma (rus.)
- Самые большие автомобильные заводы Arxivləşdirilib 2020-11-28 at the Wayback Machine (Hyundai Motor, Volkswagen Wolfsburg Plant, Tesla Motors и др.) // 26 may 2016 (rus.)
- Почему во всем мире закрываются автозаводы // РИА Новости, aprel 2019 (rus.)
- OICA.net — International Organization of Motor Vehicle Manufacturers; 1919-cu ildə Parisdə yaradılmış təşkilat. (ing.)
- "Автомобильная промышленность" jurnalının 1960-cı ildən 2011-ci ilə qədər arxivi.