Avtomobilin Tarixi - Wikipedia
Avtomobilin tarixi
19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Hal-hazırda alternativ enerji mənbələri ilə işləyən avtomobillər istehsal edilməyə başlayıb.
İlk avtomobillər buxar maşınları olmuşdur. Bu zamanlar sürücü "Şofer", yəni fransız dilində "ocaqçı" adlanırdı. Çünki, sürücü onun ocağını qızdırmalı və bunun sayəsində maşını işə salmalı idi.
Avtomobil yaranmasından etibarən inkişaf etmiş ölkələrdə insan və yük daşınması sahəsində əsas nəqliyyat vasitəsi olaraq qəbul edilmişdir. Avtomobil sənayesi İkinci Dünya Müharibəsindən sonra ən böyük sənaye qollarından biri olmuşdur. 1907-ci ildə 250.000 avtomobil var idi, 1914-cü ildə Ford Model T-nin istehsal olunması ilə 500.000-ə çatmış, İkinci Dünya Müharibəsindən bir az əvvəl bu say 50 milyonun üzərinə çıxmışdır. Müharibədən sonra keçən otuz il ərzində avtomobil sayı altı qatına çıxmış və 1975-ci ildə 300 milyona çatmışdır. İllik avtomobil istehsalı 2007-ci ildə 70 milyonu keçmişdir.
Avtomobil tək bir şəxs tərəfindən ixtira edilməmişdir, təqribən yüzillik boyunca dünyanın hər tərəfində ortaya çıxan ixtiraların bir yerə toplanması ilə ortaya çıxmışdır. Müasir avtomobilin yaranmasının təqribən 100.000 patent alınışından sonra reallaşdığı təxmin edilir.
Avtomobil nəqliyyatda bir inqilab yaratdı və fərdlərin məkan ilə olan əlaqələri başda olmaq üzrə dərin sosial dəyişikliklərə səbəb oldu. İqtisadi və mədəni əlaqələrin inkişaf etməsini asanlaşdırdı və yollar, avtomagistrallar və park yerləri kimi nəhəng yeni infrastrukturların yaradılmasına yol açdı. İstehlak obyekti olaraq görülməsi ilə birlikdə yeni bir universal mədəniyyətə təməl oldu və sənayeləşmiş ölkələrdə ailələr üçün həyati əhəmiyyət daşıyan bir əşya kimi yerini aldı. Avtomobil gündəlik həyatda çox önəmli bir yer tutur.
Avtomobilin sosial həyata təsirləri hər zaman müzakirə mövzusu olmuşdur. Yayılmağa başladığı 1920-ci illərdən bəri ətraf-mühitə (bərpa olunmayan enerji mənbələrinin istifadə edilməsi, qəza nəticəsində ölüm faizinin artması, kirlənməyə səbəb olması) və sosial həyata (fərdiliyin artması, köklük, ətraf-mühit nizamının dəyişməsi) olan təsirləri səbəbi ilə haqqında müxtəlif müzakirələr aparılmışdır. İstifadəsinin artması ilə birlikdə şəhər içində tramvay və şəhərlərarası qatar istifadəsinə qarşı önəmli bir rəqib oldu.
20-ci əsrin sonları və 21-ci əsrin əvvəllərində önəmli neft böhranları ilə qarşılaşan avtomobilin qarşısında neftin qaçınılmaz azalması, qlobal istiləşmə və ümumi sənayedə tətbiq edilən çirklilik yaradan qazların emissiyalarındakı məhdudiyyətlər kimi problemlər var idi. Bunların üstünə 2007–2009 illəri arasında yaşanan və avtomobil sənayesinə dərindən təsir edən qlobal maliyyə böhranı əlavə edilmişdir. Bu böhran önəmli qlobal avtomobil qruplarına ciddi çətinliklər yaşatmışdır.
Avtomobilin ilk addımları
redaktəilk nümunələr
redaktəAvtomobil sözü azərbaycancaya yunanca αὐτός autós ("özü") və latınca mobilis ("hərəkət edən") sözlərinin birləşməsi ilə yaranan və heyvan ya da başqa bir vasitə tərəfindən itələnmək ya da çəkilmək yerinə özü-özünə hərəkət edən nəqliyyat mənasını verən fransızca automobile sözündən gəlmişdir.
Rocer Bekon 13-cü əsrdə Qiyom Yumberə yazdığı bir məktubda at ilə çəkilmədən, xəyal belə edə bilməyəcəyi sürətdə hərəkət edən bir vasitənin düzəldilə biləcəyindən bəhs edir.[1] Hərfi mənasına uyğun olaraq öz-özünə hərəkət edən ilk vasitə böyük ehtimalla 1679–1681-ci illər arasında Pekində Yezuit missioner Ferdinand Verbist tərəfindən Çin imperatoru üçün bir oyuncaq olaraq düzəldilən kiçik buxarlı vasitədir.[2][3] (fr.)[4] Bir oyuncaq olaraq dizayn edilən bu vasitə kiçik bir ocağın üzərində yerləşən buxar qazanı, buxarın hərəkət etdirdiyi bir çarx və dişlər ilə hərəkət etdirilən kiçik təkərciklərdən ibarət idi. Verbist bu vasitənin necə işlədiyini 1668-ci ildə yazdığı Astronomia Europa adlı əsərində anladır.[5][6]
Bəzilərinə görə Leonardo da Vinçinin 15-ci əsrə aid Codex Atlanticus adlı əsərində atsız hərəkət edən bir vasitənin ilk cizgiləri vardır.[7]"huit">Il y a un siècle, L'automobile, T. Coulibaly (2007) s 8 (fr.)</ref> Da Vinçidən əvvəl isə renesans dövrü mühəndisi Françesko di Corco Martini işlərində kobud formada dörd təkərli bir vasitəyə bənzəyən və "avtombil" adı verilən bir şəkilə yer vermişdi.[8].
Avtomobilin inkişafı 1672-ci ildə ilk buxarla işləyən avtomobilin ixtirası ilə başladı və bu, 1769-cu ildə Nikola-Jozef Künyo tərəfindən inşa edilən insan daşıya bilən ilk buxarla işləyən avtomobilin yaradılmasına səbəb oldu. İxtiraçılar 19-cu əsrin əvvəllərində ilk daxili yanma mühərriklərindən biri olan və erkən elektrik mühərriki olan de Rivas mühərrikini yaratmağa başladılar.
Buxar dövrü
redaktə1769-cu ildə fransız ixtiraçısı Nikola Jozef Künyo Ferdinand Verbistin düşüncəsini həyata keçirmiş və 23 oktyabrda buxar qazanı ilə işləyən və "fardier à vapeur" (buxarlı yük maşını) adını verdiyi vasitəni işə salmışdır.[9] Öz-özünə hərəkət edən bu vasitə ağır topların daşınması məqsədilə Fransa ordusu üçün yaradılmışdır. Təqribən saatda 4 km. sürətə çatan fardye 15 dəqiqəlik bir avtonomiyaya sahib idi. Sükanı və əyləci olmayan ilk nəqliyyat sınağı vaxtı qəza baş verdi və bir divarı dağıtdı. Bu qəza 7 metr uzunluğunda olan vasitənin gücünü göstərirdi.[10][11][12]
İstinadlar
redaktə- ↑ "Letter on secret works of art and of nature and on the invalidity of magic" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine, ingiliscəyə tərcümə edən Maykl S. Mahoni (ing.)
- ↑ Ainsi naquit l'automobile, J. Ickx (1961) (fr.)
- ↑ "1679-1681. Chariot à vapeur du R. P. Verbiest". L'histoire de l'Automobile des origines à 1900. Hergé. 2016-03-03 tarixində arxivləşdirilib. (fr.)
- ↑ Drive On!: A Social History of the Motor Car. Granta Books. 2004. ISBN 1-86207-698-7. (ing.)
- ↑ "Ferdinand Verbiest". La Belgique insolite. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17. (fr.)
- ↑ Biographie des hommes remarquables de la Flandre-Occidentale…, Van de Putte et Delepierre (1884) s 269 (fr.)
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;en
adlı istinad üçün mətn göstərilməyib - ↑ Les Ingénieurs de la Renaissance, B. Gilles (1960) (fr.)
- ↑ Les pionniers de la locomotion terrestre, S. Bellu (1998), s 10 (fr.)
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;huit
adlı istinad üçün mətn göstərilməyib - ↑ Fulton, Georges et Robert Stephenson, ou, Les bateaux à vapeur et les chemins de fer, A. Janin (1861), s 237 (fr.)
- ↑ "Fardier de Cugnot". Histomobile. 2009-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-19. (fr.)
Xarici keçidlər
redaktə- Vikianbarda Avtomobilin tarixi ilə əlaqəli mediafayllar var.