Ay Muqavilesi - Wikipedia
Ay Muqavilesi - Wikipedia - Haqqında Məlumat
Dövlətlərin Ay və digər göy cisimləri üzərindəki fəaliyyətlərini tənzimləyən Saziş, yaxud digər adı ilə Ay Sazişi, Ay Müqaviləsi və ya Ay Konvensiyası, bütün səma cisimlərindəki (göy cisimlərinin orbitində olanlar da daxil olmaqla) yurisdiksiyanı beynəlxalq ictimaiyyətin səlahiyyətinə verən beynəlxalq bir konvensiyadır. Bu obyektlər üzərindəki bütün fəaliyyətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüquqa uyğun olmalıdır.
Ay müqaviləsi | |
---|---|
Dövlətlərin Ay və digər göy cisimləri üzərindəki fəaliyyətlərini tənzimləyən Saziş | |
İmzalanma tarixi | 18 dekabr 1979 |
İmzalanma yeri |
Nyu-York ABŞ |
Qüvvəyə minməsi | 11 iyul 1984 |
Dilləri | ingilis dili, fransız dili, rus dili, ispan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Praktik olaraq insanlı kosmik uçuş proqramı olan və ya bununla bağlı planları olan ölkələr tərəfindən təsdiqlənmədiyi üçün uğursuz bir konvensiyadır.