Konvensiya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Konvensiya (lat. conventio — müqavilə, saziş)— hər hansı bir məsələ barəsində dövlətlər arasında bağlanan müqavilə, saziş. Beynəlxalq hüquqi sənəddir.
Bəyannamə və ya müraciətnamədən fərqli olaraq, konvensiya qanun statusuna malikdir və onu imzalayan və ratifikasiya edən dövlətlər tərəfindən (müvafıq beynəlxalq strukturların üzvləri) icrası məcburidir.
Gender bərabərliyi sahəsində müəyyən edilmiş bu qəbildən olan mühüm beynəlxalq sənədlərə aid olanlar bunlardır:
- "Eyni dəyərə malik əməyə görə kişi və qadınların bərabər mükafatlandırılması haqqında" (1951) N100 BƏT (Beynəlxalq Əmək Təşkilatı) Konvensiyası
- "Qadınların siyasi hüquqları haqqında" Konvensiya (1952)
- "Ərli qadınların vətəndaşlığı haqqında" Konvensiya (1957)
- "Minimal nikah yaşında nikaha daxil olmaq razılaşması və nikahların qeydə alınması haqqında" Konvensiya (1962)
- "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında" Konvensiya (1979)
- "Zəhmətkeş qadın və kişilər üçün bərabər imkanlar və eyni davranma: ailə mükəlləfiyyətli zəhmətkeşlər haqqında" BƏT 156№ Konvensiya (1983)
Əgər, milli qanunvericilikdə gender bərabərliyi, qadınların hüquqları zəif işlənilmişdirsə və ya ümumiyyətlə nəzərə alınmayıbsa, onda qadın təşkilatları və qadınlar müstəqil olaraq öz hüquqlarını qorumaq üçün dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş və onların ölkələrində ratifikasiya olunmuş konvensiyalardan və digər sənədlərdən istifadə edə bilərlər. Onlar konvensiyalara istinad edərək, bütün səviyyələrdə məhkəmə instansiyalarına müraciət etmək hüququna malikdirlər. Təsadüfi deyil ki, BMT-nin hüquqi aktlarını "qadınlara münasibətdə diskriminasiyanın qarşısının alınmasının hüquqi silahı" adlandırırlar.