Aysedora Dunkan - Wikipedia
Aysedora Dunkan (ing. Isadora Duncan, doğum adı ing. Dora Angela Duncan Dora Angela Dunkan, 26 may 1877[1][2] və ya 27 may 1878[2][3][…], San-Fransisko, Kaliforniya[5] – 14 sentyabr 1927[3][4][…], Nitsa, Üçüncü Fransa Respublikası[5]) — Qərbdə və Rusiyada Aysedora Dunkan adı ilə tanınmış amerikalı balerina, müasir rəqs sənətinin banislərindən biri. Rusiya şairi Sergey Yeseninin həyat yoldaşı olmuş, 1921–1924-cü illərdə Moskvada yaşamışdır.[8] Veneradakı Duncan krateri onun şərəfinə adlandırılmışdır.
Aysedora Dunkan | |
---|---|
ing. Angela Isadora Duncan | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 may 1877[1][2] və ya 27 may 1878[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1927[3][4][…] |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Partnyorları | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | rəqqasə, xoreoqraf, avtobioqraf[d], ssenarist, balerina, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Aysedora Dunkan rəqslərində Qədim Yunan plastikasından istifadə edirdi, ayaqyalın oynayırdı.
Həyatı
redaktəErkən illər
redaktəAysedora Dunkan[9] 27 may 1877-ci ildə San-Fransiskoda bankir, dağ-mədən mühəndisi, sənət bilicisi Cozef Çarlz Dunkan (1819–1898) və Mariya Aysadora Qrey (1849–1922) ailəsində anadan olumuşdur. Ailənin ən kiçik uşağı idi. Onun böyük qardaşları — Raymond, Avgustine (Augustin), həmçinin bacısı — Elizabet də rəqslə məşqul olurdular. Aysedora Dunkan anadan olandan qısa müddət sonra atası bank fırıldaqlığı nəticəsində müflis oldu və valideynləri boşandı[10]. Ailə həddindən artıq yoxsulluğa düşdü. Anası dörd uşağı ilə yaxınlıqdakı Oklendə köçməli oldu, burada dərzi kimi çalışmağa və fortepiano dərsləri verməyə başladı. Aysedora böyük qardaşları və bacısı ilə birlikdə yerli uşaqlara rəqs öyrədərək anasına çörəkpulu qazanmağa kömək edirdi. Yaşı gizlədilərək Aysedora 5 yaşında məktəbə göndərilmişdi. 10 yaşında Duncan faydasız hesab etdiyi məktəbi tərk etdi və musiqi və rəqslə ciddi məşğul olaraq, öz təhsilini davam etdirdi. 1902-ci ilə qədər o ifa tərzinin formalaşmasına təsir edən Loi Fuller ilə birlikdə çıxış etdi.
Karyera
redaktə18 yaşında Duncan Çikaqoya köçdü və burada gecə klublarında yunan xitonunda ayaqyalın rəqs nömrələri ifa etməyə başladı. 1901-ci ildə Parisdə L. Fullerin qrupuna qoşuldu. 1902-ci ilin aprelində Duncanın Budapeştdəki çıxışından sonra o, ilk böyük ictimai uğurunu qazandı[9]
1903-cü ildə Duncan və ailəsi Yunanıstana bədii ziyarətə getdilər. Burada Duncan rəqs dərsləri üçün Kopanos təpəsində bir məbədin tikintisinə təşəbbüs göstərdi (indiki Isadora və Raymond Duncan Rəqs Tədqiqatı Mərkəzi). Duncanın məbəddəki çıxışlarını özünün seçdiyi on oğlan müğənnidən ibarət xor müşayiət edirdi, 1904-cü ildən onlarla birlikdə Vyana, Münhen və Berlində konsertlər veririrdi. 1904-cü ildə Qrunevaldda (Berlin yaxınlığında) qızlar üçün rəqs məktəbinə rəhbərlik etmişdir[9].
1904-cü ilin sonu — 1905-ci ilin əvvəllərində Sankt-Peterburqda və Moskvada bir neçə konsert vermişdi. 1909-cu ildə Fransada rəqs məktəbi açdı[9]. 1913-cü ilin yanvarında Dunkan yenidən Rusiyaya qastrol səfərinə çıxdı[11]. Burada o, öz sərbəst və ya plastik rəqs studiyalarını quran bir çox pərəstişkarları və davamçıları tapmışdı[12]. 1914-cü ildə Sankt-Peterburqda "Dunkanizm"ə olan həvəs dalğasında 1930-cu illərin əvvəllərinə qədər mövcud olmuş "Geptahor" musiqi-plastik hərəkatının studiyası təşkil olundu[9].
1921-ci ildə RSFSR Xalq Maarif Komissarı Lunaçarski maliyyə dəstəyi vəd edərək Dunkanı Moskvada rəqs məktəbi açmağı təklif etdi. Dunkan yeni bolşevik ölkəsində qərəzdən uzaq, köhnə hər şeyi inkar edən həyat və iş üçün parlaq planlar qururdu: "Gəmi şimala doğru yola düşərkən mən geriyə boylanaraq ayrıldığım burjua Avropasının köhnə institut və adətlərinə nifrət hissi ilə baxdım. Bundan sonra mən yalnız yoldaşlar arasında yoldaş olaraq, bəşəriyyətin bu nəsli üçün geniş bir iş planı hazırlayacağam. Məktəbimi həyata keçirilməsinə maneələr yaradan köhnə dünyanın bərabərsizliyinə, ədalətsizliyinə, heyvani kobudluğuna əlvida!" Hökumətin dəstəyinə baxmayaraq, Duncan inqilabdan sonrakı Rusiyada aclıq və istilik çatışmazlığı kimi ciddi məişət problemləri ilə üzləşdi. Məktəb üçün pulun böyük hissəsini tək başına toplamalı oldu. Rəqqasəyə özü o vaxt xaricdə olan və A. Dunkanın keçmiş mənzilində məskunlaşan balerina Aleksandra Balaşovanın rekvizisiya edilmiş mənzilində qalmaq təklif olunmuşdur.
Sergey Yesenin ilə münasibətləri
redaktə1921-ci ilin oktyabrında Dunkan şair Sergey Yeseninlə tanış oldu. 18 il yaş fərqinə baxmayaraq, 2 may 1922-ci ildə nikahlarını rəsmiləşdirdilər və Dunkan Sovet vətəndaşlığını qəbul etdi. [9]Ancaq Yesenin ingilis dilini bilmirdi, o isə rusca çətinliklə başa düşürdü. Nikahdan sonra Yesenin Avropa və ABŞ-da qastrol səfərlərində İsadoranı müşayiət edirdi.
Adətən, müəlliflər bu birliyi təsvir edərkən onun eşq-qalmaqallı tərəfini qeyd edirlər, lakin bu iki sənətkarı, şübhəsiz ki, yaradıcılıq əlaqələri birləşdirirdi.[13]
Buna baxmayaraq, Yesenin 1923-cü ilin avqustunda Moskvaya getdi, Dunkan isə 1924-cü ildə Rusiyanı həmişəlik tərk etdi. Onların evliliyi iki ildən də az mövcud olaraq dağıldı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ДУНКАН // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ 1 2 3 4 Stokes S. Isadora Duncan // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Lundy D. R. Angela Isadora Duncan // The Peerage (ing.).
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- ↑ Beauvis C., Langlade V. d. Le columbarium du Père-Lachaise. 1992. S. 61. ISBN 978-2-86514-022-0
- ↑ Bauer P. Deux siècles d'histoire au Père Lachaise (fr.). Versailles: 2006. P. 301. ISBN 978-2-914611-48-0
- ↑ Craine, Debra; Mackrell, Judith. The Oxford Dictionary of Dance (First). Oxford [England]: Oxford University Press. 2000. 152. ISBN 9780198601067. OCLC 45663394.
- ↑ 1 2 3 4 5 6 Суриц, Тейдер, 2007.
- ↑ Deborah Jowitt. Time and the Dancing Image. University of California Press. 1989. 75. ISBN 978-0-520-06627-4. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-25.
- ↑ Сироткина Ирина. [oteatre.info Айседора Дункан и сто десять лет свободного танца] (#bad_url). . 20 (rus). 2015. 38—48. 2016-01-19 tarixində arxivləşdirilib.
- ↑ Сироткина И. Свободное движение и пластический танец в России. — М.: Новое литературное обозрение, 2011. — 319 с.
- ↑ Аристов В., Сироткина И. Танцеслово: анализ истории творческих взаимоотношений Есенина и Дункан Arxivləşdirilib 2012-08-11 at the Wayback Machine // Культурно-историческая психология. — 2011. — № 3.
Xarici keçidlər
redaktə- Jun Morita website (ing.)
- Duncan Tanz-International (ing.)