Azerbaycan Azerbaycan Film 1970 - Wikipedia
Azərbaycan, Azərbaycan qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur.
Azərbaycan, Azərbaycan | |
---|---|
Fayl:Azərbaycan, Azərbaycan (film, 1970).jpg | |
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Yalçın Əfəndiyev |
Ssenari müəllifləri |
Cəmil Əlibəyov Əhmədağa Qurbanov |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Əziz Əzizov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1970 |
Texniki məlumatlar |
5 hissə 1295 metr genişekranlı |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Məzmun
redaktəKinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Lirik formada çəkilmiş filmin əsas hissəsi Azərbaycan xalqının qədim tarixindən və zəngin mədəniyyətindən bəhs edir. Tamaşaçı bugünkü Azərbaycana, onun şəhərlərinə, kəndlərinə, təkrarolunmaz Mingəçevir SES-nə, Sumqayıt Kimya Zavodlarına, möcüzələr adası sayılan Neft Daşlarına səyahət edir.[1]
İlk kadrlar dünyanın 150-165 yaşlı sakinlərindən, bizim Azərbaycan ağsaqqallarından danışır. Sonra ekranda qaya daşları-ibtidai insan izləri tapılmış Azıx mağarasının çöküntüləri, layları canlanır.[1]
Filmdə Şərqin qapısı sayılan 3500 yaşlı Naxçıvandan, şeir, sənət ocağı qədim Gəncədən, Təbrizdən, yadlara baş əyməyən Bərdə, Ərdəbil, Şuşa qalası, elm mərkəzi Marağa və Şamaxıdan, oradakı nadir abidələrdən bəhs olunur. Ekranda igid Babəkin, Koroğlunun, sərkərdə və şair Şah İsmayıl Xətainin yadellilərə qarşı apardıqları qəhrəmanlıq mübarizəsindən söhbət gedir.[1]
Kinolentdə böyük ustad Füzulinin Kərbəladakı türbəsi və Azərbaycan şairi İmadəddin Nəsiminin İraqın Hələb şəhərindəki qəbri göstərilmişdir.[1]
Filmin üzərində işləyənlər
redaktəSsenari müəllifi: Cəmil Əlibəyov, Əhmədağa Qurbanov
Rejissor: Yalçın Əfəndiyev
Operator: Zaur Məhərrəmov
Bəstəkar: Əziz Əzizov
İstinadlar
redaktəMənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 268.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1970-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı