Azerbaycan Musiqi Medeniyyeti Dovlet Muzeyi - Wikipedia
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi — 1967-ci ildə yaradılmış muzey. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi | |
---|---|
Əsası qoyulub | 1967 |
Açılış tarixi | 1967 |
Mövzu | Azərbaycan musiqisi |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, AZ-1000, Neftçilər pr. 49 |
Kolleksiyası | 57 min.[1] |
Muzeyə yetişmək | direktoru Alla bayramova M 1 Sahil metrostansiyası [2] |
Telefon | (+994 12) 498-69-72, 598-44-79, 498-81-84 |
İş rejimi | 09.00 – 18.00 Çərşənbə axşamı – bazar günləri |
40°22′10″ şm. e. 49°50′33″ ş. u.HGYO | |
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey eksponatları
redaktəMuzeyin fondunda 60 minə yaxın eksponat toplanmışdır. Muzeydə cəmi 297 ədəd musiqi aləti qorunub saxlanılır. Bunlardan 211-i Azərbaycan, 86-i isə qeyri-Azərbaycan alətidir. Bundan əlavə, 12 ədəd nadir musiqi qutusu mühafizə olunur. Bununla yanaşı muzeydə Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin qavalları, Şirin Axundovun, Qurban Pirimovun, Məmmədağa Muradovun, Bəhram Mansurovun, Həbib Bayramovun, Səid Rüstəmovun, Qasım Qasımovun, Kamil Əhmədovun, Ramiz Quliyevin,Valid Fərzəliyevin tarları, Aşıq Hüseyn Saraclının, Aşıq Xanların, Pənah Qurbanovun, Rəhilə Həsənovanın sazlarını, Qılman Salahovun kamançası və s. saxlanılır.Bunlardan Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri — əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun, milli peşəkar vokal sənətinin banisi Bülbülün, gorkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muəllif not əlyazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və s. materialları göstərmək olar. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli numunələridir.[3]
Muzeyin filialları
redaktəMuzeyin asağıdakı filialları vardır:
- Xalq çalğı alətləri daimi sərgisi;
- Niyazinin ev muzeyi;
- Vaqif Mustafazadənin ev-muzeyi;
- Qara Qarayevin ev muzeyi.
Qədim milli musiqi alətləri ansamblı
redaktəMuzeyin nəzdində 14 nəfər musiqiçini özundə birləşdirən Qədim milli musiqi alətləri ansamblı fəaliyyət göstərir. Bu ansamblın bənzərsiz cəhəti ondadır ki, musiqiçilər orta əsrlərdə istifadə olunmuş, tədricən unudulmuş və muzeyin əməkdaşı, ansamblın bədii rəhbəri M.Kərimov tərəfindən bərpa olunmuş musiqi alətlərində XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq mahnılarını ifa edirlər. Boyuk səy və ustalıqla yaradılmış çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu, rubab kimi musiqi alətlərini yalnız Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında görmək olar.[4]
Muzey binası
redaktəAzərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildən 1996-cı ilə qədər İçərişəhərdə, Karvansarayda, Həqiqət Rzayeva küç., 9, 1996-cı ildən 2015-ci ilə qədər Rəşid Behbudov küç., 7 ünvanında fəaliyyət göstərmişdir.2015-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzey Mərkəzinə, Neftçilər prospekti, 49 ünvanına köçmüşdür.[5]
Muzey arxivi
redaktəMuzeydə 800-dən çox şəxsi arxiv var. Bunlar Azərbaycan bəstəkarlarından Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Zakır Bağırovun, Əşrəf Abbasovun, Hacı Xanməmmədovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Xəyyam Mirzəzadənin və başqa mədəniyyət xadimlərinin arxiv materiallarıdır.Muzeydə toplanan bu zəngin arxiv materialları Azərbaycanın musiqi tarixini daha da dərindən öyrənilməsinə və araşdırılmasına imkan yaradır.[6]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Muzeyin rəsmi saytı Arxivləşdirilib 2018-02-08 at the Wayback Machine
- "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü ərəfəsində". www.mct.gov.az. İstifadə tarixi: 28.01.2021.
- "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi". citylife.az. İstifadə tarixi: 28.01.2021.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi - Kolleksiya". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-29.
- ↑ "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi". kataloq.gomap.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
- ↑ "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi". iticket.az. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
- ↑ "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində muzey həftəsinin açılışı olub". mct.gov.az. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
- ↑ "Muzeyin tarixi". www.musicmuseum.az. 2018-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
- ↑ "Azərbaycan muzeyləri". museum.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.