Azerbaycanda Tekrar Elave Ve Yeni Belediyye Seckileri 2006 - Wikipedia
Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri (2006) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilərdə nəticəsi ləğv olunmuş bələdiyyələrə, birləşdirilmə və yenidən təsis yolu ilə qurulmuş yeni bələdiyyələrə, həmçinin, digər bələdiyyələrdə müxtəlif səbəblərdən boşalmış üzv yerləri üçün keçirilmiş seçkilər. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.
Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri | ||||
---|---|---|---|---|
6 oktyabr 2006 | ||||
Seçici fəallığı | 33.01%[1] | |||
Rəhbər | İlham Əliyev | Xanhüseyn Kazımlı | Ayaz Rüstəmov | |
Partiya | Yeni Azərbaycan Partiyası | Azərbaycan Sosial Rifah Partiyası | Azərbaycan Milli İstiqlal Partiyası | |
Tutulan yerlər | 1137 | 9 | 8 | |
Səslər | (59.8%) |
|||
Rəhbər | İsa Qəmbər | Sabir Rüstəmxanlı | Qüdrət Həsənquliyev | |
Partiya | Müsavat Partiyası | Vətəndaş Həmrəyliyi Partiyası | Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | |
Tutulan yerlər | 8 | 7 | 6 |
Zəmin
redaktəAzərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilərdə nəticəsi ləğv olunmuş 141 bələdiyyəyə,[2] birləşdirilmə və yenidən təsis yolu ilə qurulmuş yeni bələdiyyələrə, həmçinin, digər bələdiyyələrdə müxtəlif səbəblərdən boşalmış üzv yerləri üçün seçkilərin tarixi Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli qərarı ilə 6 oktyabr 2006-cı il olaraq qərarlaşdırılmışdır.[3]
Bələdiyyə sistemi təsis olunduğu gündən bəri seçkilər keçirilməyən Nardaran bələdiyyəsinə bu dəfə də namizəd alternativliyi olmadığı üçün seçkilər keçirilməmişdir.[4]
Seçki sistemi
redaktəAzərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.[5]
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır. Bir şəxs birdən çox namizəd üçün imza verə bilər.[5]
Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, seçki nəticələri ləğv edilmiş bələdiyyələrdə, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. Əgər ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmışsa həmin bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır.[5]
Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkilərini baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə və həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə seçki nəticələri etibarsız sayılır.[5]
Bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrae seçkilər təyin olunur. Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda isə Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir. Bələdiyyə üzvü vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir.[5]
Partiyalardakı vəziyyət
redaktəAzərbaycan Xalq Cəbhəsi Partiyasının islahatçılar qanadının daxil olduğu Azadlıq Bloku 2005-ci il parlament seçkilərində 5 mandat qazansa da, partiya seçki nəticələrini boykot etmişdir. Ardınca keçirilən təkrar parlament seçkilərini və təkrar bələdiyyə seçkilərini də boykot edən qərar almışdır. Klassiklər qanadı AXCP adından imtina edərək 26 mart 2006-cı il tarixində Klassik Xalq Cəbhəsi Partiyasının I Təsis Qurultayını keçirmişdir.[6]
Namizədlərin qeydiyyat prossesində Azərbaycan Xalq Cəbhəsi Partiyasının 23 üzvü namizəd kimi qeydə alınsa da, partiyanın sədr müavini Fuad Mustafayev partiyanın seçkiləri boykot etdiyini, namizədlərin isə partiya üzvü olmadıqlarını açıqlamışdır. 23 namizəddən 5-i namizədliyini geri götürmüşdür.[7] Yerdə qalanlardan bəzilərinin Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmaması təsdiqlənmiş və bitərəf namizəd olaraq qeydə alınmışdır.[8] Azərbaycan Xalq Cəbhəsi Partiyası Appelyasiya Məhkəməsinə müraciət etmiş, Appelyasiya Məhkəməsi isə 23 nəfərdən 19-nun sənədlərinin olmadığını, 4-nün isə sənədlərinin yerində olduğunu açıqlamışdır. Partiyanın vəkili Tofiq Quliyev isə bu sənədlərin 1998-ci ildə "klassiklər" qanadı tərəfindən onlara verildiyini açıqlamışdır.[9]
Azadlıq Blokunun digər bir üzvü Azərbaycan Demokrat Partiyası isə seçkiləri boykot etmiş, partiya üzvlərindən namizədliyini irəli sürənlərin üzvlüyünə son vermə barədə qərar almışdır. Digər üzvlər Azərbaycan Liberal Partiyası və Vətəndaş və İnkişaf Partiyası da seçkiləri boykot etmişdir.[10]
Ümumilikdə isə Azadlıq Bloku Sədrlər Şurası 14 iyul 2006-cı il tarixində seçkiləri boykot qərarı almışdır.[11]
2006-cı ildə Azərbaycan Milli İstiqlal Partiyasının müvəqqəti sədri Ayaz Rüstəmov rəhbərliyində 25 may 2006-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının IX Qurultayı keçirilmişdir. Qurultaya seçilmiş 313 nümayəndə Ayaz Rüstəmov və Əli Ələkbərov arasında səs vermişdir. Səsvermə nəticəsində səs çoxluğu ilə Ayaz Rüstəmov sədr seçilmişdir.[12] Həmçinin qurultayda Azərbaycan Milli İstiqlal Partiyası seçkilərdə iştirak qərarı almışdır.[13][14]
Azadlıq Partiyası seçkilərdə iştirak etməmə qərarı almış, lakin üzvlərinə fərdi qaydada seçkiyə qatılma şansı tanımışdır.[15]
Rəsmi dövlət qeydiyyatlı Birlik Partiyası, Vəhdət Partiyası və rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası, Azərbaycan Xalq Dirçəliş Partiyasından ibarət Azərbaycançı Qüvvələr Birliyi bələdiyyə seçkilərinə qatılmama qərarı almışdır.[16]
Parlament təmsilçiliyi olan Azərbaycan Ümid Partiyası, Müsavat Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası seçkilərdə iştirak qərarı almışdır.[17][18][19]
Namizədlər
redaktə6 oktyabr 2006-cı il tarixli bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədliyin müraciət müddəti 27 iyul 2006-cı il tarixində yekunlaşmışdır.[20] Ümumilikdə üzvlük uğrunda 4524 namizəd mübarizə aparmışdır. Onlardan 239-u qadın olmuşdur. Namizədlərin 2096 nəfəri bitərəf, 2171-i Yeni Azərbaycan Partiyasının, 234-ü isə digər partiyaların üzvləri olmuşdur. 23 nəfər namizəd siyasi mənsubiyyətini göstərməmişdir.[1]
13 sentyabr 2006-cı il tarixinə olan məlumata əsasən Naxçıvan Muxtar Respublikası üzrə 2-si təkrar, 53-ündə yeni olmaq üzrə 55 bələdiyyə üzrə 86 bələdiyyə üzvlüyü üçün seçkilər keçirilmişdir. 86 bələdiyyə üzvlüyünə 27-si Yeni Azərbaycan Partiyası, 210-u fərdi təşəbbüs olmaq üzrə 237 nəfərin namizədliyi irəli sürülmüşdür. Namizədlərdən 122-si Yeni Azərbaycan Partiyası, 5-i Azərbaycan Xalq Cəbhəsi Partiyası, 1-i Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuş, 109-u isə bitərəf olmuşdur.[21]
Azərbaycan Milli İstiqlal Partiyası seçkilərdə 41,[22] Ana Vətən Partiyası 40,[23] Azərbaycan Ümid Partiyası 30-a yaxın,[24] Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası 25,[25] Müsavat Partiyası 23,[26] Vətəndaş Həmrəyliyi Partiyası 23,[27] Böyük Quruluş Partiyası isə 17[28] namizədlə iştirak etmişdir.
Seçkilər
redaktəBələdiyyə seçkiləri ölkə üzrə 82 seçki dairəsinin 940 məntəqəsində təşkil olunmuşdur. Seçkilər 5 rayonda şəhər bələdiyyəsini, habelə kənd və qəsəbə bələdiyyələrini əhatə etmişdir. Seçkilər 603 bələdiyyə üzrə keçirilmiş, onlardan 164-ü tam tərkibdə seçilmişdir. Həmçinin, onlardan 141-inə təkrar, 37-sinə əlavə, 305-inə yeni, 22-sinə isə ilk dəfə seçkilər keçirilmişdir.[1]
Nəticələr
redaktə2006-cı il oktyabrın 6-sında keçirilmiş bələdiyyə seçkiləri baş tutmuşdur.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının aldığı qərarla 6 seçki dairəsi üzrə 21 seçki məntəqəsində keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini etibarsız sayılmışdır. Həmçinin, 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsində dairə, 11 saylı Əzizbəyov dairəsində isə 15 saylı məntəqə komissiyalarının tərkibi buraxılmışdır.[29] Komissiyanın 25 oktyabr tarixli iclasında alınan qərarla 13 saylı Əzizbəyov seçki dairəsinin Buzovna kənd bələdiyyəsi, 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinin Məliklər və Uzunboyat kənd bələdiyyələri üzrə seçkilərin nəticələri etibarsız hesab olunmuşdur. Bu bələdiyyələr üzrə 3 ay ərzində seçkilərin təyin olunması planlaşdırılmışdır. Yekun olaraq, 603 bələdiyyə üzrə keçirilmiş seçkilər zamanı 22 bələdiyyəyə ilk dəfə, 141 bələdiyyəyə təkrar, 440-da yeni və əlavə seçkilər keçirilmişdir. Yalnız bir bələdiyyədə 11-ci və 12-ci namizədlər bərbər sayda səs topladıqları üçün hər ikisi seçilməmiş sayılmışdır. Ümumilikdə isə 600 bələdiyyə üzrə seçkinin nəticələri etibarlı hesab edilmiş, 3-nün nəticələri isə etibarsız hesab edilmişdir.[30]
Seçilmiş 1901 bələdiyyə üzvündən 65-i qadın, 1836-sı isə kişi olmuşdur.[31]
Saat | Ümumi |
---|---|
10:00 | 5.29%[32] |
12:00 | 13.58%[33] |
15:00 | 20.42%[34] |
17:00 | 26.84%[35] |
Yekun | 33.01%[1] |
Ümumi nəticələr
redaktəEtibarlı | Etibarsız | Ümumi | |
Bələdiyyə sayı | 603 | 3 | 600 |
Bələdiyyə üzvü sayı | 1901 | 29 | 1930[a] |
Dairə sayı | 82 | 0 | 82 |
Seçici sayı | - | - | 809 643[36] |
Seçici fəallığı | - | - | 33.01% |
Partiyalara görə
redaktəMərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə ilkin nəticələrdə 1153 nəfər Yeni Azərbaycan Partiyası üzvü, 10 nəfər isə Azərbaycan Sosial Rifah Partiyası, 704 nəfər isə bitərəf namizəd bələdiyyə üzvü seçilmişdir.[37] Daha sonra 3 bələdiyyəyə keçirilən seçki nəticələrinin ləğvi və 1 bələdiyyə üzvünün seçilməmiş sayılması ilə yekun seçilmiş üzvlərin siyasi partiyalara görə bölgüsü aşağıdakı kimi olmuşdur:[38][39][40]
Qanun pozuntuları və etirazlar
redaktəSeçki nəticələrinin elanından sonra Azərbaycan Milli İstiqlal Partiyası bələdiyyə seçkilərinin qeyri-demokratik, qeyri-şəffaf keçdiyini və buna görə də seçkinin nəticələrini tanımadığını, Azərbaycan Ümid Partiyası seçkidə qanun pozuntuları baş verdiyini, seçki komissiyalarının nəzarət altında olduğunu, Seçki Məcəlləsinin bir sıra maddələrinin pozulduğunu, Müsavat Partiyası isə seçkinin azad, şəffaf olmadığını və buna görə də nəticələrin legitim sayıla bilməyəcəyini bəyan etmişdir.[42]
Qeydlər
redaktə- ↑ Nardaran bələdiyyəsində namizəd alternativliyi olmadığı üçün 12 nəfərlik bələdiyyəyə seçki keçirilməmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "AZƏRBAYCANDA BƏLƏDİYYƏ SEÇKİLƏRİ BAŞA ÇATMIŞDIR". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Təkrar bələdiyyə seçkilərinin oktyabrda keçiriləcəyi deyilir". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərin 2006-cı il oktyabrın 6-na təyin edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Bakının Nardaran qəsəbəsinin bələdiyyəsinə seçki keçirilməyəcək". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ 1 2 3 4 5 "AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ". 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
- ↑ "AXCP-nin "klassiklər" qanadı Klassik Xalq Cəbhəsi Partiyasına çevrildi". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Mxalifətin boykot etdiyi bələdiyyə seçkilərində hələ pozuntu qeydə alınmayıb". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Bələdiyyə seçkisində AXCP üzvü kimi iştirak edən bəzi namizədlərin partiya mənsubiyyəti MSK-nın rəsmi məlumatlarından çıxarılıb". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Apellyasiya Məhkəməsində AXCP-nin MSK-dan şikayətinə baxılıb". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Sərdar Cəlaloğu: "Bələdiyyə seçkilərində iştirak edən üzvlərimiz partiya sıralarından xaric ediliblər"". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ ""Azadlıq" Bloku bələdiyyə seçkilərini boykot etmək haqqında qərar verdi". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Ayaz Rüstəmov AMİP-in sədri seçilib". Trend İnformasiya Agentliyi. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- ↑ "66 saylı Biləsuvar dairəsi üzrə seçkidə iştirak edən AMİP üzvləri namizədliklərini geri götürüblər". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "AMİP-in sədri bəlli oldu". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Azadlıq Partiyası bələdiyyə seçkilərində iştirak etmir". 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "AQB bələdiyyə seçkilərini boykot qərarı verib". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "İqbal Ağazadə: "Ümid Partiyası bələdiyyə seçkilərində iştirak edəcək"". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edəcək". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Vətəndaş Həmrəyliyi Partiyası bələdiyyə seçkilərində iştirak edəcək". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi mərhələsi başa çatdı". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Naxçıvanda 2006-cı il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq başa çatıb". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Ayaz Rüstəmov: "Seçicilərin fəallığı çox aşağıdır"". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Fəzail Ağamalı: "Azərbaycanda keçirilən bütün seçkilər demokratik və şəffaf olub"". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "İqbal Ağazadə: "Bir neçə dairədə bələdiyyə seçkilərinin müşahidəsini aparacağam"". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Asim Mollazadə: "Partiyamızın yerli nümayəndələri seçki prosesini izləyirlər"". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Arif Hacılı: "Ciddi rəqabət olmadığından hələlik qanun pozuntusu aşkar olunmayıb"". 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "VHP seçkilərdə 23 namizədlə iştirak edir". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "Fazil Qəzənfəroğlu: "Yerli təşkilatlarımızın güclü olduğu dairələrdə namizədlərimiz uğur qazana bilər"". 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "MSK katibi: "Tərkibi buraxılmış dairə seçki komissiyasının formalaşdırılması üçün yeni üzvlər müəyyənləşdirilir"". 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "MSK sədri: "Nəticələri etibarsız sayılan üç bələdiyyəyə üç ay müddətində təkrar seçki keçiriləcək"". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Azərbaycan qadını siyasət meydanında". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
- ↑ "Seçicilərin 5,29%-i artıq səsvermədə iştirak edib". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Saat 13.00-dək seçicilərin 13,58 faizi səsvermədə iştirak edib". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Saat 15:00-a gədər seçicilərin 20,42 faizi səsvermədə iştirak edib". 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Saat 17.00-dək seçicilərin 26,84 faizi səsvermədə iştirak edib". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı 809 643 nəfərdir". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ Azərbaycan Respublikasında bəzi bələdiyyələrə 2006-cı il oktyabrın 6-na təyin edilmiş təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərdə qalib gəlmiş namizədlər haqqında statistik məlumatlar (ilkin nəticələr)
- ↑ "Partiyalar üzrə seçki nəticələri". 2007-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Bələdiyyə seçkilərinin nəticələri açıqlandı". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "YAP İdarə Heyətinin iclası keçirilib". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Siyasi partiyalar bələdiyyə seçkilərinin nəticələri ilə bağlı mövqelərini açıqlayıblar". 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.