Boyuk Toqqusma Ferziyyesi - Wikipedia
Böyük toqquşma fərziyyəsi və ya Teyanın toqquşması — Günəş sisteminin formalaşmasından 20–100 milyon il sonra, təqribən bundan 4,5 milyard il əvvəl baş verdiyi ehtimal olunan Teya planetinin Yerlə toqquşması hadisəsi. Təqribən Mars böyüklüyündə olduğu düşünülən Teyanın Yerlə toqquşması nəticəsində, Yer ətrafı boşluğa yayılan qalıqların orbitdə toplanması nəticəsində Ayın formalaşdığı ehtimal olunur.[1]
Alternativ fərziyyələr
redaktəAyın formalaşması ilə bağlı bir sıra alternativ fərziyyələr də vardır. Bölünmə fərziyyəsinə görə Ay mərkəzəqaçma təcili nəticəsində Yer qabığından qoparaq ayrılmışdır.[2] Belə olduğu halda Yerin başlanğıc sürətinin çox böyük göstəriciyə sahib olması lazımdır. Əgər bölünmə fərziyyəsi düzgün olarsa, Yerin ekvator müstəvisi ekliptikin müstəvisinə uyğun olmalı idi, ancaq bu belə deyil.[3] Ayın Yerin cazibə qüvvəsi tərəfindən sonradan tutulması fərziyyəsinə görə Ay fərqli yerdə meydana gəlmişdir və Yerin yaxınlığından keçərkən onun cazibə qüvvəsi tərəfindən tutulmuşdur.[4] Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində bu fərziyyənin doğru olması üçün tələb olunan şərtlərin ödənmədiyi məlum olmuşdur.[3] Birlikdə formalaşma fərziyyəsinə görə isə Yer və Ay Günəş sistemi formalaşarkən molekulyar buluddan eyni vaxtda və yerdə formalaşmışdır. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində Ayda metal maddələrinin həddən artıq az olması səbəbindən Yer və Ayın birlikdə formalaşması fərziyyəsinin doğru olması ehtimalı azdır.[3] Bu fərziyyələrin əsas çatışmazlığı Yer və Aydakı çox yüksək impuls momentini asanlıqla izah edə bilməmələridir.[5]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Planetary Science Institute: Giant Impact Hypothesis
- Origin of the Moon Arxivləşdirilib 2016-09-15 at the Wayback Machine by Prof. AGW Cameron
- Klemperer Rosette simulations using Java applets
- SwRI giant impact hypothesis simulation (.wmv and .mov)
- Moon Archive — Including articles about the giant impact hypothesis
- Planet Smash-Up Sends Vaporized Rock, Hot Lava Flying Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine
- How common are Earth-Moon planetary systems?
- The Surprising State of the Earth after the Moon-Forming Giant Impact — Sarah Stewart (SETI Talks).
İstinadlar
redaktə- ↑ "Revisiting the Moon" The New York Times.
- ↑ Binder, A. B. (1974). "On the origin of the Moon by rotational fission". The Moon. 11 (2): 53–76. Bibcode:1974Moon…11…53B. doi:10.1007/BF01877794.
- ↑ 1 2 3 Stroud, Rick (2009). The Book of the Moon. Walken and Company. pp. 24–27. ISBN 978-0-8027-1734-4.
- ↑ Mitler, H. E. (1975). "Formation of an iron-poor moon by partial capture, or: Yet another exotic theory of lunar origin". Icarus. 24 (2): 256–268. Bibcode:1975Icar…24..256M. doi:10.1016/0019–1035(75)90102–5.
- ↑ Stevenson, D. J. (1987). "Origin of the moon–The collision hypothesis". Annual Review of Earth and Planetary Sciences. 15 (1): 271–315. Bibcode:1987AREPS..15..271S. doi:10.1146/annurev.ea.15.050187.001415.