Bedavi Huseynov - Wikipedia
Bədavi Hüseynov (11 iyul 1991[1][2][…], Kaspiysk, Dağıstan) —Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi olan Bədavi Hüseynov, 2012-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" komandasında mübarizə aparır. Milliyyətcə ləzgidir.[3]
Bədavi Hüseynov | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
Tam adı | Bədavi Ruslan oğlu Hüseynov | |||||||||||||||||||||||||||
Doğum tarixi | 11 iyul 1991[1][2][…] (33 yaş) | |||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||
Boyu | 183 sm | |||||||||||||||||||||||||||
Mövqeyi | müdafiəçi | |||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||
Klub | Qarabağ | |||||||||||||||||||||||||||
Nömrəsi | 55 | |||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Bədavi Hüseynov həmçinin 2012-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 2024-cü ilin iyun ayına kimi 71 oyunda meydana daxil olan Bədavi Hüseynov, karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə Azərbaycan Kubokunun çempionu olub.
Həyatı
redaktəBədavi Hüseynov 11 iyul 1991-ci ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. Bədavi Hüseynov 2007-ci ildə futbol karyerasına yerli "Dağdizel" komandasının heyətində başladı. 2010-cu ilin avqust ayında Bədavi Hüseynov "Anji" komandasının əvəzedici heyətinə transfer olundu. O burada mövsüm ərzində 11 oyunda meydana daxil oldu. 2011-ci il mövsümündə isə Bədavi Hüseynov bir oyun istisna olmaqla "Anji"-nin heyətində bütün çempionat oyunlarında meydana daxil oldu. Növbəti mövsüm o "Anji"-nin əvəzedici heyətinin kapitanı olmasına baxmayaraq Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" komandasına 2011/2012 mövsümünün sonuna qədər icarəyə verildi. Mövsümün sonunda Bədavi Hüseynov 160 000 ($) dollar müqavilində Ağdam təmsilçisi olan "Qarabağ" komandasına transfer olundu.
Karyerası
redaktəDağdizel FK
redaktəBədavi Hüseynov 2008-ci ildə Dağdizel komandasının heyətində Rusiya II Divizonunun cəbub zonasında 12 oyunda meydana daxil oldu. 2009-cu ildə Bədavi Hüseynov əsas heyətdə daha möhkəmləndi və artıq 7-si əsas heyətdə olmaqla 17 oyunda meydana daxil oldu. 2010-cu ildə o "Dağdizel"in heyətində sonuncu mövsümünə keçirdi. Bədavi Hüseynov 20 oyunda meydana daxil oldu. "Dağdizel"dən ayrılan Bədavi Hüseynov Mahaçqalanın "Anji" komandası ilə müqavilə bağladı.
Anji FK
redaktəBədavi Hüseynov "Anji"nin heyətində 2011-ci il mövsümündə əvəzedici komandada əsas heyət futbolçusu kimi mübarizə apardı. O, Mahaçqala təmsilçisində bütün çempionat görüşlərində meydana daxil oldu. 2011-ci ildə Bədavi Hüseynov əvəzedici heyətin kapitanı olmasına baxmayarq, 2011/2012 mövsümünün sonuna qədər Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt"a icarəyə verildi.
Sumqayıt FK
redaktə11 sentyabr tarixində Bədavi Hüseynov "Sumqayıt"ın heyətində Azərbaycan Premyer Liqasında debüt etdi. Ağdamın "Qarabağ" komandasına qarşı keçirilən oyunda Bədavi Hüseynov start heyətində meydana daxil oldu və 90 dəqiqə mübarizə apardı. Həmin oyun 0–0 hesablı heç-heçə ilə başa çatdı.
2011/2012 mövsümünün sonuna qədər Bədavi Hüseynov "Sumqayıt"ın heyətində 28 oyunda meydana daxil oldu. Mövsümün sonunda Bədavi Hüseynov Ağdamın "Qarabağ" komandasına transfer olundu.
Qarabağ FK
redaktə2012/2013 mövsümü
Bədavi Hüseynov Qarabağın heyətində 2012/2013 mövsümündə birinci oyununa
2013/2014 mövsüm
2014/2015 mövsüm
2015/2016 mövsüm
2016/2017 mövsüm
Bədavi Hüseynov "Qarabağ"ın heyətində 2016/2017 mövsümünə 12 iyul tarixində başladı. Lüksemburqun "Düdelanj" komandasına qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən oyunda Bədavi Hüseynov meydana start heyətində daxil oldu. Həmin oyun "Qarabağ"ın 2–0 hesablı qələbə isə başa çatdı.
Statistika
redaktəSon yenilənmə tarixi: 12 iyul 2016
Komanda | Mövsüm | Liqa | Kubok | UEFA | Cəmi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||||
Dağdizel FK | 2008
|
12
|
0
|
—
|
—
|
12
|
0
| |||||
2009
|
17
|
0
|
—
|
—
|
17
|
0
| ||||||
2010
|
20
|
0
|
—
|
—
|
20
|
0
| ||||||
Cəmi | 49 | 0 | —
|
—
|
49 | 0 | ||||||
Sumqayıt FK | 2011/2012 | 26
|
0
|
2
|
0
|
—
|
28
|
0
| ||||
Cəmi | 26 | 0 | 2 | 0 | —
|
28 | 0 | |||||
Qarabağ FK | 2012/2013 | 17
|
0
|
4
|
0
|
—
|
21
|
0
| ||||
2013/2014 | 32
|
1
|
3
|
0
|
1
|
0
|
36
|
1
| ||||
2014/2015 | 28
|
0
|
3
|
0
|
12
|
0
|
43
|
0
| ||||
2015/2016 | 30
|
0
|
4
|
0
|
12
|
0
|
46
|
0
| ||||
2016/2017 | 0
|
0
|
0
|
0
|
1
|
0
|
1
|
0
| ||||
Cəmi | 107 | 1 | 14 | 0 | 16 | 0 | 137 | 1 | ||||
Ümumi | 182 | 1 | 16 | 0 | 16 | 0 | 214 | 1 |
Azərbaycan yığması karyerası
redaktəBədavi Hüseynov 2011-ci ildə hələ "Sumqayıt"ın futbolçusu olan zaman Azərbaycanın 21 yaşlılardan ibarət yığmasına dəvət olundu. Bədavi Hüseynov həmin ilin 1 sentyabr tarixində 21 yaşlıların UEFA Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İngiltərəyə qarşı keçirilən oyunda start heyətində meydana daxil olaraq debüt etdi. Həmin görüşdə Azərbaycan yığması 0–6 hesabı ilə məğlub oldu. 2012-ci ilin avqust ayına qədər Bədavi Hüseynov Azərbaycan yığmasında 7 oyun keçirdi. Onun sonuncu oyunu 2012-ci ilin 6 avqust tarixinə təsadüf etdi. Mərdəkanda baş tutan oyunda rəqib yenə İngiltərə yığması oldu. 90 dəqiqə ərzində meydanda mübarizə aparan Bədavi Hüseynov həmin görüşdə Azərbaycanın 21 yaşlılardan ibarət yığmasına vida etdi.
Bədavi Hüseynov 2012-ci ilin fevral ayında Berti Foqts tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan Azərbaycan yığmasının təlim-məşq toplanışına dəvət etdi. Bədavi Hüseynov Azərbaycan yığmasında debüt oyununa 27 fevral tarixində yoldaşlıq oyunu çərçivəsində Hindistan yığmasına qarşı çıxdı. Azərbaycan yığmasının 3–0 hesabı ilə qalib gəldiyi oyunda Bədavi Hüseynov yalnızca 7 dəqiqə meydanda mübarizə apardı. O 83-cü dəqiqədə Ruslan Abışovun əvəzinə meydana daxil oldu. Bədavi Hüseynov Azərbaycan yığmasında birinci beynəlxalq oyununa 14 noyabr tarixində Belfast şəhərində çıxdı. Bədavi Hüseynov Şimali İrlandiya yığmasına qarşı keçirilən oyunun 63-cü dəqiqəsində Əli Gökdəmirin əvəzinə meydana daxil oldu. "Qarabağ"ın əsas komandasında daim start heyətində meydana çıxan Bədavi Hüseynov, həmçinin Azərbaycan yığmasında da daim əsas medafiəçi hesab olundu. 2015-ci ildə İtaliya yığmasına qarşı baş tutan oyunun 88-ci dəqiqəsində qırmızı vərəqə alan, Bədavi Hüseynov 2024-cü ilin iyun ayına qədər Azərbaycan yığmasında 71 oyunda meydana daxil olub.
Sıra
|
Tarix
|
Stadion
|
Rəqib
|
Hesab
|
Qol
|
Yarış
|
1 | 27 fevral 2012 | The Sevens Stadionu, Dubay | Hindistan | 3–0 | 0 | Yoldaşlıq oyunu |
2 | 14 noyabr 2012 | Windsor Park, Belfast | Şimali İrlandiya | 1–1 | 0 | Dünya Çempionatı 2014, s/m |
3 | 1 fevral 2013 | The Sevens Stadionu, Dubay | Özbəkistan | 0–0 | 0 | Yoldaşlıq oyunu |
4 | 6 fevral 2013 | Zabeel Stadionu, Dubay | Lixtenşteyn | 1–0 | 0 | Yoldaşlıq oyunu |
5 | 29 may 2013 | Jassim Bin Hamad Stadionu, Doha | Qətər | 1–1 | 0 | Yoldaşlıq oyunu |
6 | 14 avqust 2013 | Bakcell Arena, Bakı | Malta | 3–0 | 0 | Yoldaşlıq oyunu |
7 | 11 oktyabr 2013 | Bakcell Arena, Bakı | Şimali İrlandiya | 2–0 | 0 | Dünya Çempionatı 2014, s/m |
8 | 15 noyabr 2013 | A. Le Coq Arena, Tallin | Estoniya | 2–1 | 0 | Yoldaşlıq oyunu |
9 | 19 noyabr 2013 | Dolen Omurzakov Stadionu, Bişkek | Qırğızıstan | 0–0 | 0 | Yoldaşlıq oyunu |
10 | 25 mart 2014 | Maktoum bin Rəşid Stadionu, Dubay | Filippin | 1–0 | 0 | Yoldaşlıq oyunu |
11 | 27 may 2014 | Candlestick Park, San-Fransisko | ABŞ | 0–2 | 0 | Yoldaşlıq oyunu |
12 | 3 sentyabr 2014 | Arena Ximki, Ximki | Rusiya | 0–4 | 0 | Yoldaşlıq oyunu |
13 | 9 sentyabr 2014 | Bakcell Arena, Bakı | Bolqarıstan | 1–2 | 0 | UEFA Avro 2016, s/m |
14 | 10 oktyabr 2014 | Renzo Barbera Stadionu, Palermo | İtaliya | 1–2 | 0 | UEFA Avro 2016, s/m |
15 | 13 oktyabr 2014 | Qradski, Osiyek | Xorvatiya | 0–6 | 0 | UEFA Avro 2016, s/m |
16 | 28 mart 2015 | Tofiq Bəhramov Stadionu, Bakı | Malta | 2–0 | 0 | UEFA Avro 2016, s/m |
17 | 7 iyun 2015 | NV Arena, St. Pöllen | Serbiya | 1–4 | 0 | Yoldaşlıq oyunu |
18 | 12 iyun 2015 | Ullevaal Stadionu, Oslo | Norveç | 0–0 | 0 | UEFA Avro 2016, s/m |
19 | 3 sentyabr 2015 | Bakcell Arena, Bakı | Xorvatiya | 0–0 | 0 | UEFA Avro 2016, s/m |
20 | 6 sentyabr 2015 | Ta'Qali Satdionu, Ta'Qali | Malta | 2–2 | 0 | UEFA Avro 2016, s/m |
21 | 10 oktyabr 2015 | Bakı Olimpiya Stadionu, Bakı | İtaliya | 1–3 | 0 | UEFA Avro 2016, s/m |
22 | 17 noyabr 2015 | Bakı Olimpiya Stadionu, Bakı | Moldova | 2–1 | 0 | Yoldaşlıq oyunu |
23 | 26 mart 2016 | Gloria Stadionu, Antalya | Qazaxıstan | 0–1 | 0 | Yoldaşlıq oyunu |
24 | 29 may 2016 | Bad Erlaç Stadionu, Bad Erlaç | KYR Makedoniya | 1–3 | 0 | Yoldaşlıq oyunu |
Uğurları
redaktə- Qızıl medal (3) — 2013/2014, 2014/2015, 2015/2016
- Gümüş medal (1) — 2012/2013
- Qızıl medal (2) — 2014/2015, 2015/2016
Antirekordu
redaktə2018–2019 mövsümü Premyer Liqanın XVIII turunda keçirilmiş "Sabah" — "Qarabağ" matçında Bədavi Hüseynov avtoqol müəllifi olub. 28 yaşlı oyunçu Premyer Liqada tarixində üçüncü dəfə topu öz qapısına vurub. Hüseynov 2011/12 mövsümündə "Sumqayıt"da çıxış edərkən "Kəpəz"lə, 2013/14 mövsümündə isə "Qarabağ"ın heyətində "Simurq"la səfər oyunlarında da uğursuzluqla üzləşib. Müdafiəçi Azərbaycan çempionatları tarixində hamıdan çox – 3 avtoqola üzülən 7-ci oyunçudur. Ona qədər Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodriges də eyni sayda avtoqol müəllifi olub.[4]
Mənbələr
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Badavi Guseynov // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Badavi Huseynov // FBref (çd.).
- ↑ "Bədavi niyə kapitan oldu? - AFFA-dan açıqlama". İdmanXəbər (az.). 2016-03-27. 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-26.
- ↑ "Futbol üzrə Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb". 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.