Boliviya Peru Konfederasiyasina Qarsi Muharibe - Wikipedia
Boliviya-Peru Konfederasiyasına qarşı müharibə (isp. Guerra contra la Cofederación Peru-Boliviana).Bu münaqişə 1836–1839 cu illərdə Boliviya-Peru Konfederasiyası ilə Çili və Argentina arasında baş vermişdir. Münaqişənin özəlliyi onda idi ki, Çili və Argentina bu konfederasiya qarşı eyni vaxtda müharibə aparsa da, dövlət başçıları Portales (Çili) və Rosas (Argentina) arasında barışmaz münasibət səbəbindən müştərək mübarizə aparmırdılar.
Boliviya-Peru Konfederasiyasına qarşı müharibə | |||
---|---|---|---|
| |||
Tarix | 1836–1839 | ||
Yeri | Cənubi Amerika | ||
Nəticəsi | Konfederasiyanın ləğvi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Münaqişədən əvvəlki vəziyyət
redaktə1836-cı ildə Andres de Santo Krus başçılığı ilə Boliviya-Peru Konfederasiyası yaradılır. Konfederasiya qonşu dövlətlərdə təşviş yaradır. Çili prezidenti Xose Xoakina Prietonun yaxın silahdaşı Dieqo Portales birliyin bölgədə balansı pozacağını və gələcəkdə hətta Çilinin ərazisinə təcavüz edə biləcəyini bildirirdi. Çili elə ilk günlərdən birliyə qarşı çıxır. Ölkələr arasında iqtisadi mübarizə başlayır. Belə ki, Sakit okeanda ticarət uğrunda Çilinin Varparasio limanı və Konfederasiyanın Kolyao limanları mübarizə aparırdı. 1835-ci ilin yanvar ayında Perunun gələcək prezidenti ölkəni təmsil edərək Çili ilə 'Dostluq,ticarət və dənizçilik haqqında' müqaviləni imzalayır. Bir il sonra Luis Xose de Orbeqaso 14 fevraldə müqaviləni ləğv edir. Konfederasiya yaradıldıqdan sonra Çili taxılına 250% tarif tətbiq edir. Çili buna cavab olaraq Konfederasiya şəkərinin tarifini qaldırır. Tarif müharibəsi Çilidə olan Meksikaın səfiri sayəsində dayandırılır.
Konservanların qalibiyyətindən sonra diktator Roman Freya ölkədən qovulur. O, Limaya gələrək konfederasiyanın köməyi ilə hakimiyyəti ələ keçirməyə cəhd edir. Bu məqsədlə o, "Orbegoso" gəmisi ilə 28 iyul 1836 ci ildə Çiliyə yürüş təşkil etsə də Çili freqatı "Monteagudos" tərəfindən tutulur. Feyra isə Ankudu ələ keçirmək istəyərkən tutulur və Xuan-Fernandes adasına zindana salınır. Gəmi isə Çili donanmasına qatılır. Portales gələcək təhlükəni dəf etmək üçün Kalyaoya yürüş təkil edir. Kiçik Çili donanması ispaniyalı dənizçi Viktorino Qarrido Kalyaoya dostluq məqsədilə gəldiyini bildirir, amma 21 avqust 1836-cı ildə gevə vaxtı Peruya məxsus üç gəmini ələ keçirir. Santa Krus Çili ilə olan bu münaqişəni danışıqlar yoluyla həll edmək istəyirdi. Çili konqresi danışıqlar üçün Mariano Eqanyonu Peruya göndərir. Eqanyo bir sıra şərtlər irəli sürür: Ordunun azaldılması, Freyranın reydinə görə üzr istəmək, Çilidən alınan borcun ödənilməsi və konfederasiyanın ləğvi. Santa Krus bütün şərtləri qəbul etsə də, konfederasiyanın ləğvini qəbul etmədi. Buna cavab olaraq Çili 28 dekabr 1836-cı ildə konfederasiyaya müharibə elan edir.
Argentina ilə müharibə
redaktəİlk vaxtlar Argentina və Ekvador konfederasiya ilə dost münasibətdə idilər. Ancaq Santa Kruz tərəfindən Rosasın əleyhdarlarını dəstəkləməsi münasibətlərin pisləşməsinə səbəb olur. Bu səbəbdən 9 may 1837-ci ildə Rosas konfederasiyaya müharibə elan edir. Konfederasiyanı Fransa dəstəkləyirdi, üstəlik Buenos-Ayresı dənizdən mühasirəyə alır. Rosasın göndərdiyi qoşun Santa Krus tərəfindən darmadağın edilir.
Çili ilə müharibə
redaktə1837-ci il əməliyyatları
redaktəÇilinin vətəndaş cəmiyyəti müharibənin əleyhinə idi. Bu ərəfədə hökumət hərbi vəziyyət elan edir. Qəzetlərdə Portalesın diktator olmasına və əhəmiyyətsiz müharibəyə qarşı yazılar dərc edilir. Orduda isə hələ də 1829-cu ildə baş vermiş vətəndaş müharibəsinin nəticəsində həyata keçirilən "təmizləmə" hərəkatını hələ də unutmamışdılar. Bu səbəbdən 1837-ci ildə Xose Antoniyo Vidaurre Portalesi həbs edir. Xose Vidaurre Valparaiso şəhərinə hücum edir. Ancaq şəhərin müdafiəçisi Manuel Blanko bu üsyanı geri yatıra bilir. Üsyanın yatırılmasından xəbər tutan üsyançı Santyaqo Florin 6 oktyabrda diktator Portalesi güllələyir. Üsyançıların hamısı tutulur və güllələnir. 1837-ci noyabrında konfederasiya donanması "Socabayo", "Confederacion" və "Congreso" gəmiləri ilə Xuan-Fernandes adasında olan Freyranı azad edərək, sonradan Talkauano,San-Antonio,Uasko və Kalderaya hücum edir. 1837-ci ilin dentyabrında admiral Enkalada və Simpson 2800 əsgərlə dənizə çıxır. Oktyabrda isə Perunun Arekipa limani böyük itkilər hesabına ələ keçirilir.Yerli əhalini ələ almaq cəhdi bir nəticə vermir. Santa Krus ordunu toplayaraq şəhəri mühasirəyə alır. Çili ordusu başda Enkalad 'Paukarpat' anlaşmasını imzalamalı olur. Anlaşmaya əsasən müharibə bitir, dövlətlər arasında ticarət bərpa edilir və əvəzində Çili ordusu sərbəst buraxılır.
1838-ci il əməliyyatları
redaktəEnkaladın bu rüsvayçı məğlubiyyəti səs-küyə səbəb olur. Hökumət anlaşmanı tanımadığını elan edir. Çili donanması Simpsonla 5 gəmi ilə dənizə çıxır. 12 yanvar 1838-ci ildə Perunun İsloy limanı yaxınlığında döyüş baş verir. Nəticəsiz olsa da, hər iki tərəf özünü qalib elan edir. 1838-ci ilin ortalarında Çili donanması dənizdə hakim mövqeyə malik olur. Manuel Bulnes Prieto Limaya hücum edir. 1838-ci ilin 21 avqustunda Çili ordusu Limanı tutur. Noyabr ayında Boliviyadan Santa Krusun başçılığı ilə güclü ordu şəhəri azad edir. Çili ordusu Uaçaya çəkilir. Peru əhalisi konqres çağıraraq general Qamarranı azad Perunun prezidenti elan edirlər.
1839-ci il əməliyyatları
redaktə1839-cı ilin 12 yanvarında Kamsa döyüşündə Peru ordusu məğlub olaraq Cənubi Sakit okean bölgəsində dominantlığı Çiliyə verməli olur. Quruda isə 6 yanvarda Buine döyüşündə Sante Krus qalıb gəlir. Yunqay şəhərini mühasirəyə alır. Konfederasiyada yaranan çətinliklər səbəbindən Krus şəhəri tutmaq üçün hücum edir. Döyüş konfederasiyanın məğlubiyyəti ilə başa çatır. Krus 2400 ölü və 1600 əsir verərək məğlub olur. Bu qalibiyyətdən sonra Çili ordusu Limanı yenidən işğal edir. Santa Krus Ekvadora qaçmalı olur. Bununla da Konfederasiya dağılır, müharibə isə bitir.
Nəticə
redaktəÖz məqsədinə çatan Çili ordusu geri qayıdır, Qamarra prezident kimi təsdiqlənir. Qamarra konfederasiya əleyhinə olmur, sadəcə Boliviyanın dominantlığına qarşı çıxır. Bununla da konfederasiyaya qarşı başlanan müharibə Peru və Boliviya müharibəsinə çevrilir və 1842-ci ilə qədər davam edir.