Cefer Kavian - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Cəfər Kavian və ya Cəfər Məmmədzadə (1895, Təbriz – 1975, Bakı) — Azərbaycan Milli Hökumətinin müdafiə naziri, general-mayor
Cəfər Kavian | |
---|---|
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 1975 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər |
Məşrutə hərəkatı Məhəmməd Xiyabani üsyanı Lahuti hərəkatı 21 Azər hərəkatı |
Rütbəsi | general-mayor |
|
|
Təltifləri |
"Səttarxan" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCəfər Məhəmmədəli oğlu Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi[1][2]. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Sağalan (Səhlan) kəndindən idi. Səttarxan hərəkatı başlananda Sağalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu. O, oxumaq, yazmaq öyrəndi. Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə – ön cərgədə Sağalanlı Məhəmmədəli kişi də vardı. Səttarxanın azadlıq hərəkatı İran hakimləri tərəfindən yatırıldıqda, Sağalanlı Məhəmmədəli də həbsə atıldı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi.
Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin "Səttarxan" romanında öz əksini tapmışdır. General Cəfər Məmmədzadənin böyük qardaşı İsrafil də inqilabi işdə fəal çalışan fədailərdən idi.
İnqilab məğlubiyyətə uğrayanda, o, qardaşı İsrafillə şah təzyiqindən qaçıb Bakıya pənah gətirir. İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə qayıdır. Qulamhüseyn xan Rzazadənin evində təşkil olunmuş İran sosial-demokrat firqəsinin beşinci hövzə iclasında iştirak edir. Şeyx Məhəmməd Xiyabani hərəkatında fədai başçılarından biri olur.
O, Mərənddən Təbrizə köçdü.
1922-ci ilin fevral ayının doqquzunda Məşədinin gizli şəraitdə yaşadığı evinə bir neçə adam toplaşmışdı. Onların arasında Məşədi, İslam, şair Lahuti, doktor Rəhim xan, Tağı Şərqi, Bürhani və başqaları var idi. Onlar kiçik müşavirə keçirdilər. Bu hadisədən bir – iki saat sonra Təbrizin müxtəlif məhəllələrində atışma başlandı, bütün gecəni davam etdi. Səhər isə hökumət artıq xalq fədailərinin əlində idi".
1922-ci ildə məşhur şair Əbülqasım Lahutinin hərəkatında fədai başçısı kimi iştirak edib.[3] Bu hərəkat da yatırıldıqdan sonra Bakıya gedib. Təhsilini artırmaq üçün partiya kursuna daxil olur.[3] 1924-cü ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə Naxçıvanda yerləşən Dağ-Mədən Fəhlə Həmkarlar İttifaqının sədri təyin olunur. [3]
Üç il sonra üçüncü Kominternin tapşırığı ilə yenidən İrana göndərilən Məşədi Cəfər Təbrizdə, Rəştdə, Mazandaranda və Tehranda gizli inqilabi iş aparır.
1930-cu ilin sonlarında ajanlar onu həbs edir. Məhkəmənin 3472/14 nömrəli qərarının surəti oğlu Marksda qalır. Onun mətni belədir: "Cəfər Kavian ona görə məsuliyyətə alınır ki, Bir may münasibətilə intibahnamələr nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur. İrandakı və xaricdəki kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə də Cəfər Kavianın yoldaşları İran qanun məcəlləsinin iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi səkkizinci maddəsi ilə mücazat olunub həbs olunurlar. Hökm yerinə yetirilir." Altı il yeddi ay Qəsri-Qacar zindanının uça və qalın divarları, dəmir qapıları mərd Azərbaycan oğlu Cəfər Kavianın mübarizə əzmini qıra bilmir.
1937-ci ildə həbsdən azad olunduqdan sonra Zəncan şəhərinə sürgün edilib.[4]
AMH dövründə
redaktəO, Sovet ordusu İrana gəldikdən sonra, 1941-ci ildə sürgündən azad olunur.
Cəfər Kavian 1944-cü ilin ortalarında yenidən təşkil olunan Tudə partiyasının Təbriz şəhər komitəsinə seçilən 17 nəfərdən biri olub.[5][6]
1945-ci il dekabrın on ikisində Cənubi Azərbaycanda silahlı üsyan nəticəsində xalq Azərbaycan Demokratik firqəsinin banisi Seyid Cəfər Pişəvərini milli hökumətin baş naziri təyin etdi. Onlar İran çərçivəsində milli muxtariyyət aldılar. Azərbaycan dili rəsmi dövlət dili oldu. Ana dilimizdə orta və ali məktəblər açıldı. Səkkiz saatlıq iş günü bərpa olundu. Səttarxana və Bağırxana heykəl ucaldıldı. Həmin gün tarixə "21 Azər hərəkatı" kimi daxil oldu.
Fədailər Azərbaycanın şəhər və kəndlərini istilaçı İran qoşunlarından təmizlədilər.
Cəfər Kavian Azərbaycan Milli hökumətinin qərarı ilə general-mayor rütbəsi ilə təltif olunub.[7] 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, Xalq qoşunları naziri təyin olunub.[8][9]
"General Kavian hal-hazırda Azərbaycanın həm qoşun hissəsinə, həm də Azərbaycan milis idarələrinə başçılıq edir. Bu şəxs qədim mübariz İran azadxahlarından biri olub və Azərbaycan Demokratik hərəkatında, eyni halda İran Demokratik hərəkatında iyirmi beş il qabaqdan ta indiyə kimi iştirak edibdir.
O, Rza şah dövründə illərlə həbsdə olmuş və həyatının çox dövrünü zindanda keçirmişdir. "21 Azər hərəkatı"nda Cəfər Kavian canfəşan fədai olmuş və Azərbaycanın bütün fədai dəstələrinin rəhbərliyini öz əlinə almış, gözəçarpan dərəcədə fədakarlıq göstərmişdir. Ona görə də Azərbaycan Demokratik hökuməti Cəfər Kavianı hərbi vüzarətxananın vəziri təyin etdi. O, öz silahdaşları – azadxah Seyid Cəfər Pişəvəri, Şəbüstəri, doktor Cavid və başqaları ilə Azərbaycan Demokrat Partiyasını, milli hökumətin fəaliyyətini yüksəklərə qaldıraraq mürtəce irticanı çıxılmaz vəziyyətdə qoymuşdur".
Təbrizdəki fədailərə başçılıq edib.[10]
Milli hökumətin süqutu
redaktə1946-cı il noyabrın axırlarında İran hökuməti iyun müqaviləsini pozdu. Cənubi Azərbaycanı yenidən fəth etmək üçün onun üzərinə hücum etdi. Zəncanda, Sərabda, Ərdəbildə, Təbriz və başqa şəhərlərdə qanlı cinayətlər törətdilər.
Dekabrda şah idarə üsulu bərpa olundu. İranın baş naziri Qəvamülsəltənə ilə Stalin, Azərbaycanın milli mənafeyini sarsıdan təkliflər irəli sürdülər. Onlar Azərbaycanın İrandan ayrılmaq və onun torpağına sahib olmaq istədiyini iddia etdilər.
Bu hadisələrfən sonra Əbdülqasım Əzimi güllələndi. O, son nəfəsindədemişdi:
— Xatircəm olun, hər bir azadxah azərbaycanlı sabah bir general Əzimi olacaqdır. Xalqın intiqamını gözləyin! Tökdüyünüz qanlara, etdiyiniz vəhşiliklərə görə gələcək nəsil sizdən intiqam alacaq!
Sərdari milli Səttarxanın və salari milli Bağırxanın heykəlləri uçuruldu. General Mirzə Rəhbini Kəbiri, Əzimi, mayor Raşitin Məmmədəli oğlu, polkovnik Mürtəzəvi, Qazi, Cövdətü Dəbirniya, Zəhiri, Ehsani, Şeyxi kimi öldürüldü. Vəziyyətin ağırlığından digərləri kimi general Cəfər Kavian da Sovet Azərbaycanına gəldi. Ömrünün axırınadək – 1975-ci ilədək vətən həsrətilə yaşadı.
Haqqında yazılanlar
redaktəGeneral Cəfər Kavianın ölumündən bir ay sonra Hizbi-Tudeyi İranın – Azərbaycan Demokrat Partiyasının orqanı "Azərbaycan" qəzeti 1975-ci il, iyirmi səkkiz fevral tarixli nömrəsində şəkli ilə birgə onun haqqında nekroloq vermişdir. Azərbaycan oğlunun azadlıq yolunda çəkdiyi əziyyətlər qəzetdəki bu yazıda da öz əksini tapıb:
"Cəfər Kavian gənc yaşlarından ölkənin əsarətdə olmasını və xalqın məşəqqətli həyatını müşahidə etmiş, minlərlə gözüaçıq Azərbaycan oğlu kimi mübarizəyə qoşulmuşdur. O, Azərbaycan Demokrat firqəsinin müəssisələrindən biri idi. Xalqmilli hökuməti Kaviana generallıq dərəcəsi verərək onu xalq qoşunları vəziri təyin etmişdir. "21 Azər" nehzətinin nailiyyətlərini qoruyub saxlamaq uğrunda geniş mübarizədə Cəfər Kavianın da böyük xidmətləri vardır. Azərbaycanda milli demokratik hərəkat qan dəryasında boğulduğu zaman minlərlə demokrat və fədai kimi Cəfər Kavian da mühacirət etməyə məcbur olub. Lakin mühacirat illərində də Kavianın bütün, fikri Vətənin və xalqın həyatı ilə bağlı, olmuşdur. O, xalqın qalib gələcəyinə, azad, xoşbəxt İranın yaranacağına dərin inam bəsləyirdi. Bu yolda da inamla mübarizə aparırdı. Kavianın ölümü ilə azadlıq nehzəti və İran zəhmətkeşləri sabiqədal yoldaşlarımızdan birini itirdi".
Ailəsi
redaktəAtası Məhəmmədəli və qardaşı İsrafil Məşrutə hərəkatının iştirakçısı olublar.[11] Hərəkat yatırıldıqdan sonra atası həbs olunub və həbsxanada ona verilən işgəncələrdən sonra dünyasını dəyişib.[11]
Generalın üç oğlu və üç qızı Bakıda yaşayıb.
Xatirəsi
redaktə2014-cü il mayın 16-da Cəfər Kavianin arxivi, mükafatları, hərbi forması və digər şəxsi əşyaları oğlu Marks Kavian tərəfindən Azərbaycan İstiqlal Muzeyinə verilib.[12] Bu eksponatlar Azərbaycan İstiqlal Muzeyinin Cənubi Azərbaycana həsr olunmuş bölməsində nümayiş olunur.[13] 2015-ci il aprelin 3-də Azərbaycan İstiqlal Muzeyində Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş “İşıqlanan yaddaş” adlı tədbir-sərgi keçirilib.[14]
İstinadlar
redaktə- ↑ Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 167. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Tərtib edən və məsul redaktor: Səməd Bayramzadə. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 76. ISBN 978-9952-8285-3-5. Archived from the original on 2022-03-09. İstifadə tarixi: 2022-03-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 Sarıyeva, İradə. İran rejimi ilə sonadək vuruşdu, həbslərdə yatdı - məşhur generalın Bakıda bitən ömür yolu... (PDF) (az.). Bakı: Bakı xəbər qəzeti. 2023. 11.
- ↑ İsmayıllı, Sevda. "21 Azərin görünməz üzü – general izi..." Azadlıq Radiosu. 2015-12-23. İstifadə tarixi: 2024-12-11.
- ↑ Həsənli, 2006. səh. 48
- ↑ Çeşmazər, 1986. səh. 114
- ↑ Nəzirli, 1999. səh. 257
- ↑ Rəhimli, 2003. səh. 76
- ↑ Həsənli, 2006. səh. 167
- ↑ Rəhimli, Əkrəm. "Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 13-cü yazı". Xalq Cəbhəsi qəzeti. 2019-09-19. İstifadə tarixi: 2024-12-12.
- ↑ 1 2 Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri Cəfər Kavian haqqında bilmədiklərimiz (PDF) (az.). Bakı: Aydın yol qəzeti. 2015-07-10. 4–5. (#first_missing_last)
- ↑ "İstiqlal Muzeyində "İşıqlanan yaddaş" adlı tədbir-sərgi". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2015-04-01. İstifadə tarixi: 2024-12-11.
- ↑ "Azərbaycan İstiqlal Muzeyində yeni eksponatlar". Mədəniyyət qəzeti. 2014-07-11. İstifadə tarixi: 2024-12-11.
- ↑ Hüseynov, Fariz. ""İşıqlanan yaddaş" - o taydakı tariximizdən". www.medeniyyet.az (az.). 2015-04-08. İstifadə tarixi: 2024-12-11.
Ədəbiyyat
redaktə- Nəzirli, Şəmistan. Arxivlərin sirri açılır (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1999. səh. 384.
- Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207.
- Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121.
- Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5 – 91017 – 012 – 0.