Caynizm - Wikipedia
Caynizm (sanskr. जैन, cayna, sanskr. जिन, cina, "qalib" sözündən) — e.ə. VI əsrdə Hindistanda yaranmış qeyri-ortodoks qədim hind dini.
|
Etimologiyası
redaktəCaynizm "qalib" mənasında olan Cina və ya "böyük qəhrəman" mənasında olan Mahavira ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır.
Mövcud olması
redaktəHindistana mənsub olan bir din olaraq, caynizm e.ə. VI əsrdə ortaya çıxmışdır. Caynizm milli bir xarakterə sahib olub, Hindistandan kənara çıxmamışdır. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar-Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 milyona çatır.[1]
Caynizm doktrinası əsasən Tirtankara deyilən keçid edən, keçid tapan və yol göstərən olaraq Mahaviraya sitayişdir. Mahaviranın Nirvanaya çatması caynist təqviminin başlanğıcı olmuşdur. Onun Budda ilə eyni dövrdə yaşadığı üçün inancları və əsərləri arasında oxşarlıqlar vardır. Hər ikisi brahmanlara, onların ayin üsullarına düşmən olub, qatı kast sisteminə və qanlı qurbanlara qarşıdırlar. Lakin buddizmlə caynizmin arasında fərqlər də vardır. Belə ki, caynistlər zühdə daha çox əhəmiyyət verərək nəfsə işgəncə edirlər. Halbuki, buddistlər bu məsələlərdə daha mülayimdirlər. Başqa bir tərəfdən isə caynistlərin insan heykəlləri çılpaqdır. Caynistlər brahmanların məbəd ayinlərdəki yerini inkar etmirlər.[1]
İnancları
redaktəCaynizmin təməlində "Ahimsa" yəni heç bir canlıya qarşı şiddət tədbiq etməmək durur. Bu səbəbdən caynistlər kənd təsərrüfatı ilə məşğul olmurlar. Onlar daha çox tədris və ticarətdə çalışırlar. Dindar caynistlər daima pəhriz saxlayırlar və yeməkdə ancaq meyvə və tərəvəz istifadə edirlər. Çox qatı vegeterian olduqları üçün hətta içdikləri suyu və havanın təmiz olması üçün ağızlarında tənzif daşıyırlar.[1]
Cayna Budda kimi tanrı üzərində durmasa da, bəzi caynist məzhəblərində tanrı inancı var. Həmçinin məbədlərdə də tanrı heykəlləri qoyulur. Lakin XV əsrdə Sthanakavasi məzhəbi bu heykəllərə qarşı çıxaraq onları məbədlərdən çıxarmışlar.
Caynizmdə əsas iki məzhəb vardır: Hava geyinənlər (Diqambara) və Ağ geyinənlər (Svetambara). Birinci məzhəb mənsubları Mahavira kimi tamamən çılpaq olmağa üstünlük vermişlər. Daha sonra müsəlmanlar onları beldən aşağı libas geyməyə məcbur etmişlər. Bu məzhəbə görə qadınlara mənəvi qurtuluş yolu yoxdur. Lakin Mahavira qadınlara da qurtuluş yoluna izin vermişdir. Digəri isə ağ libaslarda gəzirlər. Hər iki məzhəb qurtuluş yoluna inanır, hər cür maddi şeyi inkar edirlər.
Müqəddəs kitabları isə əsasən Mahaviranın vaazlarıdır. Bu vaazlar əvvəl şifahi olaraq caynistlər tərəfindən yayılırdı. Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və ya "Siddhanta" adlı bir kitab halında toplanmışdır. Bu kitabda caynizmin əsas müddəaları, əfsanələr, rahiblərin riayət edəcəyi qaydalar yer almışdır. Həmçinin əxlaq, ibadət məsələlərinə və Mahaviranın fəlsəfi görüşlərinə bu kitabda rast gəlmək olar. Hava geyinənlər məzhəbi bu kitabı müqəddəs mətn kimi qəbul etmirlər. Onlara görə bu kitab səhih deyildir.
Zühdə aparan digər şərtlər isə rahib və rahibələr üçündür. Onlar çox ciddi zühd həyatına sahibdirlər. Caynist camaat rahib və rahibələri yeyecək və geyəcəklə təmin etməlidirlər. Dindar caynistlər davamlı oruc tutmaqla özlərini ölümə məhkum edirlər.
Caynistlərə görə onlar ölümsüz və əbədidirlər. Bu aləmin qurucusu yoxdur, aləm əbədidir. Lakin cənnət və cəhənnəm anlayışı vardır. Cənnət ancaq tanrılar üçündür, cəhənnəm isə ən üst bölümün aşağısındadır. Təkrar bu dünyaya gəlmə zəhmətindən qurtaranlar göy aləminin üzərindədirlər.[1]
Əxlaq prinsipləri
redaktəCaynistlərin əxlaq prinsipləri Mahaviraya aid edilən müqəddəs mətnlərdə yer almışdır. Əxlaq şərtləri rahib olmayanlarda belə çox sərtdir. Bu şərtlər beşdir:[2]
- Öldürmə
- Yalan danışma
- Oğurlama
- Mal sevgisində olma
- Mümkün qədər cinsi əlaqədən uzaq dur.
İbadətləri
redaktəCaynistlərin ibadətləri gözəl inşa edilmiş məbədlərdə keçirilir. Burada rahib və rahibələr çılpaq, ayaqda və bardaş quraraq müqəddəs mətnlər oxuyub ruh və bədənlərini təmizləyirlər. Bundan başqa ilahilər söylənilir, tövbə edilir. Heç bir canlını öldürməməyə söz verirlər. Caynistlərin heyvan xəstəxanaları da çoxdur. Məbədlərdə çoxsaylı tanrı heykəlləri vardır. Onların önlərinə meyvə-tərəvəz və çiçəklər qoyulur. İbadətlər rahiblər tərəfindən deyil, gələn xalq tərəfindən idarə edilir.[1]
Ədəbiyyat siyahısı
redaktə- İlqar Hüseynov, Nigar Əfəndiyeva. Qədim dünya mədəniyyəti. Dərslik. Azərbaycan dilində. BAKI, 2009, 428 səh.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "DİNLER TARİHİ" (PDF). auzefkitap.istanbul.edu.tr. 23 aprel 2023 tarixində arxivləşdirilib (PDF).
- ↑ "AHLÂK VE DİN Disiplinlerarası Bir Yaklaşım" (PDF). isamveri.org. 2021. 23 aprel 2023 tarixində arxivləşdirilib (PDF).
Xarici keçidlər
redaktə- Hindoloji.com - Cainizm (Türkçe)
- Caynizm mövzusunda İnternetdəki qaynaqlara bağlantılar (İngilizce)
- DünyaDinleri.com - Janizm (Caynacılık) (Türkçe)
- Jaindharm.net - Caynizm mövzusunda məşhur bir sayt Arxivləşdirilib 2005-09-20 at the Wayback Machine (İngilizce)
- Jainworld.com
- AtmaDharma.com - Orijinal Jain mətnlərinin toplusu (İngilizce)