Cefferson Siti - Wikipedia
Cefferson-Siti (ing. Jefferson City) – ABŞ-nin mərkəzi hissəsində şəhər. Missuri ştatının inzibati mərkəzi.[1]
Şəhər | |
Cefferson-Siti | |
---|---|
ing. Jefferson City | |
38°34′36″ şm. e. 92°10′25″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Region | Missuri |
Başçı | Karri Terqin |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1821 |
Sahəsi | 37.58 km² |
Mərkəzin hündürlüyü | 630 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 43,079 nəfər (2010) |
Sıxlığı | 1,198.3 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 573 |
Poçt indeksi | 65101-65111 |
Digər | |
jeffersoncitymo.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhalisi 43,1 min (2011; aqlomerasiyada təqribən 150 min).[1]
Coğrafiyası
redaktəMissuri çayının sağ sahilində yerləşir. Avtomobil yolları qovşağı, Sent-Luis–Kanzas-Siti dəmiryol xəttində stansiya Çay portu. Kolumbiya regional aeroportu (Cefferson-Sitidən şimalda).[1]
Tarixi
redaktəƏsası 1821-ci ildə ştatın inzibati mərkəzi kimi qoyulmuşdur. Tomas Ceffersonun şərəfinə adlandırılmışdır. 1839-cu ildən şəhərdir. 1830-cu illərdən burada Almaniyadan gəlmələr sürətlə məskunlaşmışlar. 1993-cü ildə baş vermiş daşqın nəticəsində güclü dağıntılara məruz qalmışdır.[1]
Memarlığı
redaktəLinkoln Universiteti [ 1866, əsası Amerika Birləşmiş Ştatlarında Vətəndaş müharibəsi (1861–65) veteranları – afroamerikalılar tərəfindən qoyulmuşdur], Missuri ştatı muzeyi (italyan renessansı üslubunda tikilmiş Kapitoli binasında, 1911–18), Missuri ştatının hərb tarixi muzeyi, Kristofer Mausun evi (1854) var. Hər il caz festivalı keçirilir (1994-cü ildən, sentyabrda).[1]
Sənayesi
redaktəCefferson-Sitinin işləyən əhalisinin 60%-dən çoxu (təqribən 17 min nəfər; 2005) ştatın inzibati idarələrində, aqlomerasiyada işləyənlərin təqribən 10%-i sənayedə çalışır. Ayaqqabı, avtomobil detalları və ləvazimatları (oturacaq, radiator və s.), elektro-texnika avadanlığı və kosmetika istehsal edilir; poliqrafiya müəssisələri var. Kənd təsərrüfatı rayonunun ticarət-bölüşdürücü mərkəzidir (qarğıdalı, buğda, soya paxlası və s.).[1]
Qalereya
redaktə-
Caption1Cefferon-Siti 1860-cı illərdə
-
Cefferson-Siti məhbusxanası
-
Cefferon-Siti 1924-cü il paradı
-
Harri Truman ofis binası
-
Con Kristi bələdiyyə binası
-
Missuri ştat kilsəsi
-
Beynəlxalq Kosmos Stansiyasının çəkdiyi Cefferson-Sitinin kosmosdan görünüşü
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Cefferson-Siti// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 211. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.