Cekson Seher - Wikipedia
Cekson (ing. Jackson) – ABŞ-də şəhər. Missisipi ştatının inzibati mərkəzi və ən iri şəhəri.[1]
Şəhər | |
Cekson | |
---|---|
ing. Jackson | |
32°17′56″ şm. e. 90°11′05″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Tabesində | Missisipi ştatı |
Region | Missisipi |
Başçı | Toni Yarber |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1822 |
Sahəsi | 276.7 km² |
Mərkəzin hündürlüyü | 85 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 176,014 nəfər (2010) |
Sıxlığı | 627 nəf./km² |
Aqlomerasiya | 351,478 |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | [https://en.wikipedia.org/?q=Area_codes_601_and_769 |
Poçt indeksi | 39200-39299 |
Digər | |
Cekson şəhəri | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhalisi 173,5 min (2010; şəhərətrafı ilə 539,0 min (2010).[1]
Coğrafiyası
redaktəŞtatın mərkəzi hissəsində, Perl çayı sahilindədir. Avtomagistrallar və dəmiryolları qovşağı. M. Evers adına beynəlxalq aeroport.[1]
Tarixi
redaktəƏsası 1821-ci ildə Missisipi ştatının inzibati mərkəzi kimi qoyulmuşdur. E. Ceksonun şərəfinə adlandırılmışdır. 1863-cü ildə, Amerika Birləşmiş Ştatlarında Vətəndaş müharibəsi (1861–65) gedişində general U.T. Şermanın başçılığı ilə şimallıların qoşunları tərəfindən şəhərin böyük hissəsi yandırılmışdı. 19-cu əsrin 2-ci yarısında dəmiryollarının çəkilməsi (1840-cı ildə çəkilmiş ilk dəmiryol xətti şəhərin içərisindən keçirdi) ilə əlaqədar Cekson cənubun iri ticarət mərkəzinə çevrilmişdi. 1930-cu illərdə Cekson yaxınlığında təbii qaz yataqlarının aşkar olunması sənayenin inkişafına təkan vermişdir.[1]
Memarlığı
redaktəŞəhərin mərkəzi hissəsi Perl çayının sağ sahilində yerləşir. Klassisizm üslubunda binalar saxlanılmışdır: köhnə Kapitoli (1833–40, memar U. Nikols, 1961-ci ildən Missisipi ştatının tarix muzeyi), qubernatorun iqamətgahı (1839–42, memar Nikols), Şəhər məclisi binası (1846). İşgüzar mərkəzin göydələnləri arasında “Am-Saut-Plaza” (1920–1970-ci illər) ən hündür binadır (97 m, 1975). Missisipi Universitetinin tibb mərkəzi (1955), Cekson Universiteti (1877), bir sıra kollec və s. var.
Muzeyləri: Missisipi incəsənət muzeyi (1903, müasir adı 1978-ci ildən), Missisipi təbiyyat elmləri, Missisipi meşə və kənd təsərrüfatı və s. Şəhər məclisinin binasında Şəhər incəsənət qalereyası, Smit Robertson mədəniyyət mərkəzi və muzeyi, Missisipi incəsənət mərkəzi yerləşir. “Yeni səhnə” teatrı, Missisipi operası (1945), Missisipi baleti, Missisipi simfonik orkestri (1944) fəaliyyət göstərir. Zoopark, Cekson Universitetinin Botanika bağı və s. var. Balet artistlərinin beynəlxalq müsabiqəsi (1979-cu ildən, 4 ildən bir, iyunda); Missisipi ştatı yarmarkası (hər il oktyabrda) keçirilir.[1]
Sənayesi
redaktəİşləyən əhalinin təqribən 80%-i xidmət sferasında çalışır. Ştatın ən mühüm ticarət və maliyyə mərkəzi olan Ceksonda “Cal-Maine Foods”, “EastGroup Properties”, “Knobias”, “Parkway Properties”, “Trust mark Corporation” və s. ticarət şirkətlərinin ofis və mənzil-qərargahları yerləşir.
Aparıcı sahələr: maşınqayırma (elektrik maşınları və avadanlıqları), metallurgiya və yeyinti sənayesidir. Kənd təsərrüfatı xammalı (Cekson maldarlıq, quşçuluq, soya, pambıq becərilməsi rayonu mərkəzidir) emal edilir.[1]
Qalereya
redaktə-
Mississipi qədim kapitolu
-
Hava limanı
-
Jatran avtobusu
-
Yunion stansiyası
-
Mississipi şəhər kapitolu
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Cekson// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 212. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.