Ceyms Cedvik - Wikipedia
Ceyms Çadvik (20 oktyabr 1891[2][3][…] – 24 iyul 1974[4][2][…], Kembric) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1927). Nobel mükafatı laureatı (1935). Ernest Rezerfordun şagirdi.[7]
Ceyms Çadvik | |
---|---|
ing. James Chadwick | |
Doğum tarixi | 20 oktyabr 1891[2][3][…] |
Vəfat tarixi | 24 iyul 1974[4][2][…] (82 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fizika[1], Neytron[1], Radioaktivlik[1] |
Elmi dərəcələri |
|
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Ernest Rezerford |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMançester və Kembric universitetlərini bitirmişdir. Kembric Universitetində dərs demiş və Kavendiş laboratoriyasının direktor müavini (1923– 35), Liverpul Universitetinin professoru (1935–48) olmuşdur. Əsas işləri atom nüvəsi fizikasına aiddir. 1914-cü ildə beta-şüalanmanın kəsilməz enerji spektrini kəşf etmişdir. İlk işləri radioaktivliyə həsr olunmuşdur.[7]
Fəaliyyəti
redaktə1920-ci ildə eksperimental olaraq nüvənin yükünün elementin sıra nömrəsinə bərabər olmasını təsdiq etmişdir. Alfa-zərrəciklərin təsiri altında elementlərin çevrilməsini (Ernest Rezerfordla birlikdə) və qamma-kvantlarla elektron-pozitron cütünün əmələ gəlməsini öyrənmişdir (P. Blekket və C. Ok kialini ilə birlikdə). Çedvikin ən böyük xidmətlərindən biri, berillium hədəfi alfa-hissəciklər seli ilə şüalandırarkən neytronu kəşf etməsidir (1932). 1934–35-ci illərdə əməkdaşı M. Qoldhaberlə birlikdə qamma-kvantların təsiri altında deytronun neytron və protona fotodissosiasiyasına aid təcrübələr qoymuşdur. 1943–45-ci illərdə Los-Alamos (ABŞ) laboratoriyasında atom bombasının layihəsi üzərində işləyən ingilis alimləri qrupuna rəhbərlik etmişdir.[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Chadwick, James // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 James Chadwick // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Чедвик Джеймс // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 www.pas.va (ing.).
- ↑ 1 2 3 4 NNDB (ing.). 2002.
- ↑ 1 2 3 Çedvik // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 483. ISBN 978-9952-441-10-9.