Dilqem Esgerov Ve Sahbaz Quliyevin Girov Goturulmesi - Wikipedia
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.[1] İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.[1]
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi | |
---|---|
Hücum yeri |
Şaplar, Kəlbəcər, Azərbaycan |
Vaxt |
|
Hücum üsulu | Girov götürülməsi, sui-qəsd |
Həlak olanlar | Həsən Həsənov |
Qatillər | Ermənistan Silahlı Qüvvələri |
Girov sayı | 2 |
Girovlar |
Dilqəm Əsgərov Şahbaz Quliyev |
2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir.
Zəmin
redaktəDilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.[2]
2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı.[3] Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib.[3] O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi.[3]
Hadisə
redaktə2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.[4] Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər.[5] Həsən Həsənov isə güllələnərək öldürülüb.[5]
2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.[6] Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.[6]
Ermənilər tərəfindən verilən işgəncə
redaktəQarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevə ermənilər girovluqda işgəncə veriblər.[7]
Məhkəmə
redaktəQondarma "DQR" Dilgəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurmuşdur.[8] "Məhkəmə"nin qərarı ilə Əsgərova ömürlük, Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.[8]
Azərbaycanın reaksiyası
redaktə2016-cı il noyabrın 23-də Bakıda Dağlıq Qarabağda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb.[5] Müdafiə komitəsinə 80-ə qədər üzv qəbul olunub.[5] Komitəyə Əlövsət Ağalarov sədrlik edib.[5]
Köçürülmə
redaktəAzərbaycan ordusunun əkshücum əməliyyatlarına görə 4 oktyabr 2020-ci ildə Dilgəm Əsgərov və Şahbaz Quliyev saxlanıldıqları Şuşa həbsxanasından Ermənistana aparıblar.[9] 2020-ci ilin noyabrında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının verdiyi məlumata istinad edərək, atasının Şuşa qalasından oğurlanaraq, əvvəlcə Gorusa, bir müddət sonra, noyabrın 13-də isə Şiraka aparıldığı, "Artik" adlı həbsxanada saxlanıldığı barədə açıqlama verib[10].
Azad olunmaları üçün danışıqlar
redaktəAzərbaycan tərəfi 2019-cu il sentyabrın 11-də beynəlxalq təşkilatlara Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovla Şahbaz Quliyevin Azərbaycanda saxlanılan Karen Kazaryan və Araik Kazaryanla dəyişdirilməsinə hazır olduqları ilə bağlı müraciət göndərilib. Ermənistanın müdafiə naziri David Tonoyan iki erməni əsirini iki azərbaycanlı girov müqabilində dəyişdirmək barədə Azərbaycanın təklifinin qəbul olunacağının mümkünlüyünü bəyan etmişdi. David Tonoyan onu da vurğulamışdı ki, bununla bağlı qərar Qarabağ separatçıları tərəfindən verilməlidir. Qarabağ separatçıları liderinin mətbuat katibi David Babayan isə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən Azərbaycanda "qəhrəman düzəldəcəklərindən" ehtiyat edərək sərbəst buraxılmasının əleyhinə olduqlarını bildirib.[11]
Beynəlxalq reaksiya
redaktəBeynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir. Onların məktublarını ailələrinə çatdırır. Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər, lakin bəzi hallarda məktubda bəzi cümlələr qaralanmış formada olur.[12]
- 2017-ci il 30 yanvarda Ukraynanın Milli Qəhrəmanı və deputat Nadejda Savçenko Dilqəm Əsgərov və Şahbaz Quliyevə dəstək bəyanatı yayıb və onların beynəlxalq səviyyədə müdafiəsinə qoşulacağını bildirib.[13]
Azad olunması
redaktə2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir.[14] Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşublar.[14]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Əsirlikdə olan Dilqəm Əsgərovdan məktub: "Ürəyimdə, başımda və sağ ayağımda şiddətli ağrılar var"". www.kanal13.tv. www.kanal13.tv. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ ""Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?" – Dilqəm Əsgərov Şahbaz haqda heç yerdə demədiklərini dedi // Konkret.az". 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
- ↑ 1 2 3 "Yeni Kəlbəcər videosu (VİDEO)". www.anspress.com. www.anspress.com. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ Məmmədova, Kəmalə. "Dilqəm və Şahbazın 1 illik girov həyatı". www.anspress.com. www.anspress.com. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ 1 2 3 4 5 "Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiə komitəsi yaradılıb". www.azadliq.org. www.azadliq.org. 2017-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ 1 2 "Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub". apa.az. apa.az. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ "Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi Qrupu yaradılıb". www.meydan.tv. www.meydan.tv. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ 1 2 "BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər". www.virtualkarabakh.az. www.virtualkarabakh.az. 2017-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ "Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana aparıldı". teleqraf.com. teleqraf.com. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ Gülşən Raufqızı. "Dilqəm Əsgərovun saxlanıldığı yer məlum oldu" (az.). Modern.az. 17.11.2020. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
- ↑ "Yerevan yeni oyuna başladı". 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
- ↑ "Dilqəm Əsgərov ermənilərə boyun əymədi". www.azadliq.info. www.azadliq.info. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ "Savçenko Dilqəm Əsgərovla Şahbaz Quliyevin MÜDAFİƏSİNƏ QALXDI". gecce.az. gecce.az. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ 1 2 "Dilqəm Əsgərov və Şahbaz Quliyev Bakıya gətiriliblər". www.azadliq.org. www.azadliq.org. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2020.