Diodor - Wikipedia
Siciliyalı Diodor (yun. Διόδωρος Σικελιώτης, lat. Diodorus Siculus, təxm. e.ə. 90-e.ə. 30-cu illər) — qədim Roma tarixçisi və mifoqraf. Siciliyanın Aqirion şəhərində anadan olmuşdur. Gənc yaşlarında Romaya köçən Diodor 40 kitabdan ibarət "Tarixi kitabxana" əsərini də burada yazmışdır. Diodorun əsərinin ilk cildləri Misir, Mesopotomiya, Midiya, İran və Hindistan tarixinə həsr olunmuşdur. Bu cildlərdə hadisələr ümumi xarakter daşısa da, onlarda başqa müəlliflərin əsərlərində olmayan maraqlı faktlara da past gəlmək olar. Əsərin beş kitabı bütöv şəkildə gəlb bizə çatmış, IX-X kitablardan fraqmentlər, XI-XX kitabları bütöv, XX-XC kitablarından isə müəyyən hissələr qalmışdır. Diodor mifoloji dövrlərdən öz zamanına qədər, demək olar ki, Aralıq dənizi hövzəsində yaşayan bütün xalqların tarixini qələmə almağa çalışmışdır. Buna görə də onun əsərində əsatirlərlə tarixi hadisələr çox vaxt bir-birinə qovuşmuşdur. Diodor Yunanıstanın, vətəni Siciliyanın və nəhayət, Romanın da tarixini qələmə almışdır. Eneyin İtaliyaya gəlişindən başlayaraq hadisələri ardıcıl deyil, ayrı-ayrı, bir növ kiçik novellalar şəklində təsvir etmişdir. Onun əsərində troyalıların Latanumda məskən salmaları, Romanın əsasının qoyulması, Romulun ölümü, Numa Popilinin hakimiyyəti, Tarkvininin hakimiyyəti ələ alması, Sekst Tarkvininin cinayəti, Brutun çıxışı və digər hadisələr ardıcıllıqla təsvir olunur. Diodor hadisələrə qiymət vermək, onları təhlil etmək imkanına malik olmadığından öz mənbələrindən birbaşa istifadə etmək yolunu seçmişdir. O, bu mənbələrin adını çəkir. Lakin həmin mənbələr bizə gəlib çatmadığından müəlliflərin adları yalnız Diodorun əsərlərində yadigar qalmışdır. Bununla belə, Diodor Romanın tarixi hadisələrini başqa tarixçilərdən fərqli şəkildə təsvir etdiyindən onun əsəri mühüm əhəmiyyət kəsb edir.
Siciliyalı Diodor | |
---|---|
q.yun. Διόδωρος Σικελιώτης lat. Diodorus Siculus | |
Doğum tarixi | təq. e.ə. 90 |
Vəfat tarixi | təq. e.ə. 30 |
Elm sahəsi | tarix |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktəMənbə
redaktə- Əlisa Nicat. Dünya tarixçiləri. Bakı,1998, səh.12.