Dolomit - Wikipedia
Dolomit CaMg [CO3]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
Dolomit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
CaMg(CO₃)₂[1] |
Strunz təsnifatı | Vb/A.03a[2] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəDəmir-, manqan- və qurğuşunlu dolomitlər.
Xassələri
redaktəRəng – rəngsiz, ağ, boz, sarı, qonuru, yaşılımtıl, qırmızımtıl, qəhvəyi, nisbətən az hallarda – cəhrayı, yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, xırdadənəli və gizlikristallik aqreqatlarda–tutqun, kristallarda–sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,85-3,00; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli, farforabənzər əmələgəlmələrdə – qabıqvari, pizolitlərdə – qınabənzər; Lüminessensiya – katod şüalarında narıncı-qırmızı; Morfologiya – kristallar: adətən yəhərvarı əyilmiş üzlərlə səciyyələnən rombik; İkiləşmə: {0001}, {1010}, {1120} və {0221} üzrə tez-tez rast gəlir; qarşılıqlı nüfuzetmə və polisintetik; Mineral aqreqatları: kobud- və incədənəli, sıx, farforabənzər kütlələr, pizolitlər.
Mənşəyi və yayılması
redaktəƏsas etibarilə dəniz hövzələrində xemogen-çökmə yolla əmələ gəlir. Böyük qalınlıqlı dolomit qatları çox vaxt əvvəl çökmüş əhəngdaşlarının maqnezial duzlarla əvəzlənməsi nəticəsində formalaşır. Mineralın iri yığınları həmçinin bir çox karbonatitlərlə bağlıdır. Dolomitin başqa karbonatlar, sulfidlər, kvars, barit, flüorit və s. ilə assosiasiya təşkil edən hidrotermal əmələgəlmələrinə nisbətən az rast gəlinir. Hidrotermal-dəyişilmiş hiperbazitlərdə qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, maqnezit, gips, anhidrit, kvars, qalenit, sfalerit və b. Mineralın tapıldığı yerlər: Moskva və Perm vilayətləri, Kunqur hövzəsi, Tuva (Rusiya); Balxaş gölü (Qazaxıstan); Stromberq, Xunsryuk (Almaniya); Celfa (Əlcəzair); Nyu-York və Yuta şt. (ABŞ); İsveçrə və b. Azərbaycanda bir sıra dolomit və dolomitləşmiş əhəngdaşı yataqları məlumdur: Nehrəm (Naxçıvan MR, Babək r-nu), Binəqədi (Abşeron y-ad.), Təgircal (Qusar r-nu); Boyanata və Qələndərtəpə yataqlar qrupu, Keçiqaya (Qobustan r-nu). Kiçik Qafqazın dəyişilmiş ultraəsasi süxurlarında, Mehmana qrupunun qurğuşun-sink yataqlarının filizlərində və b. rast gəlir.
Tətbiqi
redaktəTikinti işlərində, metallurgiya, kimya, keramika, şüşə sənayesində, kənd təsərrüfatında istifadə edilən çoxsahəli təyinatlı xammaldır. Şəffaf gözəl rəngli növ müxtəliflikləri bəzən zərgərlikdə tətbiq olunur.
Qırıntı dolomitlər
redaktəQırıntı dolomitlər, karbonat və ya gilli karbonat sementlə sementləşmiş dolomit qırıntılarından təşkil olunmuş süxur. Dolomitli konqlomeratlar, konqlomerat-brekçiyalar, brekçiya-qravelitlər və qumdaşları məlumdur. Mənşəyinə görə konsedimentasion və ya törəmə ola bilərlər.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.