Ed Qin - Wikipedia
Eduard Teodor Qin (ing. Edward Theodore Gein) (27 avqust 1906 – 26 iyul 1984) — amerikalı qatil, cəsəd oğrusu və nekrofil. Cinayətləri bir çox filmə ilham mənbəsi olmuşdur: Psixo (1960), Benzin mişarı ilə Texas qırğını (1974) və Quzuların səssizliyi (1991) ən tanınan nümunələrdir.
Ed Qin | |
---|---|
ing. Ed Gein | |
Doğum tarixi | 27 avqust 1906[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyul 1984[1][2][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Fəaliyyəti | seriyalı qatil, sənətkar[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəEd Qin dörd nəfərlik bir ailədə böyüyür: alkoqolik bir ata, dominant və qatı dindar bir ana və böyül qardaşı Henri. Anasınln özünə olan təsiri çox böyükdür. Atası və qardaşından sonra 1945-də anası da vəfat edəndə Ed dünyada tək başına qalır.
Bu yalnızlıq insanların onsuz da qəribə baxdıı Qini əməlli-başlı dəliliyə itələyir. Mərhum anasını təkrardan dirildə bilmək üçün anatomiya elmini öyrənməyə başlayır və qəbirlərdən oğurladığı cəsədlər üzərində öyrəndiklərini tətbiq etməyə başlayır. Özünü xüsusiləə cəlb edən, öz sehri altına alan qadın bədənidir.
Anasını diriltməyi bacara bilmədiyini anlayanda anasının yaşında bir qadınln cəsədinin dərisini soymağa qərar verir və bəzən bu dərini (anasının köhnə paltarıyla birlikdə) paltar kimi geyinir.
Həyatı boyunca cinsi əlaqəyə girməmiş olan Qin qadınlara qarşı hiss etdiyi qarma-qarışıq duyğuları çox da anlamır və onda bir qadın olma istəyi yaranır. Əvvəllər öz-özünü xədim etməyi düşünən Qin bir qadın dərisinun özünü yetərincə qadına xas göstərdiyinə inanaraq bu fikrindən əl çəkər. Qadın bədənlərinə duyduğu istəyi get-gedə daha da böyüyən Qin bir müddət sonra sadəcə məzarlardan cəsəd çıxarmaqla qalmırr, 1954-cü ildən etibarən bir cinayət işləməyə qərar verir və qurbanını anasının öldüyü yaşdan seçir.
Dəri emalında gün keçdikcə daha da professionallaşan Qin bir müddət sonra qadın məməciyindən kəmər, kəllə sümüyündən stəkan və digər bəzək əşyaları düzəltməyə başlayır.
İlk cinayətindən sonra qəsəbənin şərifi Ed Qenin izini tapır və həbs edir. Evdə axtarış edən polis bir çox cəsəd, insan dodaqlarında düzəldilmiş qolbaqlar və digər qəribə əşyalarla qarşılaşır. Qinin birdən çox cinayət işlədiyini düşünür, amma daha sonra edilən araşdırmalarda bu cəsəd parçalarının yaxındakı məzarlıqdan çıxardılan yaşlı qadın cəsədlərindən kəsildiyi anlaşılır. Qin nekrofil və kannibal kimi günahlandırmaları şiddətlə inkar edir: özünə görə cinayətləri sadəcə evini bəzəmək üçün etmişdir.
Həkimlər Qinə xronik şizofreniya diaqnozu qoymuşdurlar. Həmçinin etdiklərindən yola çıxaraq onun gizli biseksual ola biləcəyi də düşünülmüşdür.
Dəliliyi sayəsində həbsə atılmayan Qin qalan həyatını ıslahevlerinde keçirir və 1984-cü ildə 77 yaşında uzun zamandır tutulduğu xərçəng xəstəliyindən həyatına son verir.
Haqqında kitab
redaktəSeriyalı qatillər, Fikrət Topallı (2006), İthaki Yayınevi, 400 səhifə
- ISBN: 9786053753186
İstinadlar
redaktə- ↑ 1 2 Jenkins J. P. Ed Gein // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Societies A. C. o. L., Press O. U., Schechter H. Edward Gein // Gein, Edward (27 August 1906–26 July 1984), basis for Alfred Hitchcock's classic terror film Psycho (ing.). // American National Biography Online / S. Ware [New York]: Oxford University Press, 2017. ISSN 1470-6229 doi:10.1093/ANB/9780198606697.ARTICLE.2001187