Sizofreniya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şizofreniya (yun. σχίζω — yarmaq və φρήν - ağıl, düşüncə)— psixoz xarakterli bir psixi pozuntu növüdür. Şizofreniya sözünün mənşəyi iki yunan sözü — "parçalanma" və "fikir"ə dayanır, çünki şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma vardır. İnsanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Şizofren şəxslərdə müxtəlif şəxsiyyət dəyişkənliyi müşahidə edilmir: onların sadəcə bir şəxsiyyəti vardır. İnsanlarda müxtəlif şəxsiyyət dəyişkənliyi olan hal əlaqəsiz şəxsiyyət pozğunluğu adlanır. Bir şəxsin şizofreniyadan əziyyət çəkdiyini müəyyənləşdirən xüsusi tibbi testlər yoxdur, beləliklə diaqnoz xəstədə özünü göstərən simptomlara uyğun olaraq qoyulur. Bu həmçinin xəstə ilə söhbət edən həkim yaxud psixoloqdan da asılıdır. Bu xəstəliyə tutulan şəxslər adətən qeyri-normal sosial davranışlar göstərir və reallığı təyin etməkdə çətinlik çəkirlər. Problemlər şəxsə diaqnoz qoyulmazdan əvvəl ən az 6 ay davam edir.
Şizofreniya | |
---|---|
| |
XBT-10 | F |
XBT-10-KM | F20, F20.9 |
XBT-9 | |
XBT-9-KM | 295.9[1], 295.90[1], 295[1] |
OMIM | 181500 |
DiseasesDB | 11890 |
MedlinePlus | 000928 |
eMedicine | med/2072 |
MeSH | D012559 |
Vikianbarda əlaqəli mediafayllar |
Şizofreniya — düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Ümumi simptomlar paranoid, eşitmə hallüsinasiyaları, nitqdə əks olunan düşüncə pozğunluğu və əqli çatışmazlığın da daxil olduğu yanılmalardır. İlkin səciyyəvi simptomlar gənc yaşlarda özünü göstərir. Diaqnoz müşahidə olunan davranışlara və xəstənin şikayət etdiyi təcrübələrə əsaslanır. Genetik faktor, ətraf mühit, nevrobiologiya, psixi və sosial proseslər köməkçi amillər hesab olunur. Bəzi reseptsiz və ya reseptlə istifadə edilən dərmanlar da simptomların artmasına, çoxalmasına səbəb ola bilər. Heç bir izolyasiya edilmiş üzv tapılmasa da hazır ki, araşdırmalar nevrobiologiya üzərində cəmləşib.
Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulmasıdır.[2] Kişilərin və qadınların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec baş verir.
=== Kor olanlar şizofreniya olmur[mənbə göstərin] === ABŞ və İngiltərədən olan psixiatrlar qəribə qanunauyğunluq müşahidə ediblər: kor doğulanlarda anadangəlmə korluq psixozların və şizofreniyanın inkişafının qarşısını alır. Məqalə müəllifləri ehtimal edirlər ki, doğulandan görmə qabiliyyətindən məhrum olan adamlar digər hisslərə istiqamətlənməyə məcbur olurlar. Bu məsələ beyni o qədər yükləyir ki, psixi xəstəliklərin inkişafı üçün sərbəst ehtiyatlar qalmır. Tibbə xəstəliklər arasında digər "rəqabətli" qarşılıqlı münasibətlər də məlumdur. Belə ki, revmatik artrit psixozlardan müdafiə edir.
İstinadlar
redaktə- ↑ 1 2 3 Disease Ontology (ing.). 2016.
- ↑ Castle D, Wesseley S, Der G, Murray RM. "The incidence of operationally defined schizophrenia in Camberwell 1965–84". British Journal of Psychiatry. 159. 1991: 790–794. doi:10.1192/bjp.159.6.790. ISSN 0007-1250. PMID 1790446. 2011-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-05.
1. Mənbə: Наука и жизнь. 2020, № 4. 2. NKPİ.az saytı 2021–01–26
Simptomlar
redaktəÜmumi simptomlara qəribə inamlar, anlaşılmaz yaxud dolaşıq düşüncə və dil, səslər eşitmək, zəif sosial fəaliyyət, hisslərin zəif ifadəsi və süstlük daxildir. Simptomlara "müəyyən zaman kəsiyində baş verən qeyri-mütəşəkkil nitq" daxildir. Qeyri-mütəşəkkil nitqin dəqiqliklə nə və hansı dərcədə qeyri-mütəşəkkil olması barədə razılığa gəlmək çətindir. Həmçinin "müəyyən zaman kəsiyi"nin nə demək olduğu barədə də razılığa gəlmək çətindir. Nəticə budur ki, adətən iki həkim yaxud psixoloq diaqnoz qoymağa çalışarkən razılığa gələ bilmir. Biri deyəcək ki, şəxs şizofrendir, digəri isə onun şizofren olmadığını iddia edəcək.
Şizofreniyalı xəstələrdə hallüsinasiya (adətən səs eşitmə), yanılmalar (təbiətdə qəribəliklər və izlənmələr), şüur və nitq pozuntusu müşahidə olunur. Digər ağır hallarda fikir yayınması, qeyri-ardıcıl sözlər və ya mənaca sıx bağlı olmayan cümlələrin işlədilməsi halları da olur. Sosial mühitdən uzaqlaşma, geyimlərin səliqəsizliyi və gigiyenası, ruh düşkünlüyü və ittiham etmə şizofreniya üçün ümumi səciyyəvi xüsusiyyətlərdir. Paranoidin simptomlarından olan qavrama pozuntusu şizofreniya ilə əlaqəlidir; sosial mühitdən təcrid olunma da baş verir. İşləmək, yaddaş, diqqət, icraedici funksiyalar və proseslərin sürətində çətinliklərə də tez-tez rast gəlinir. Belə insanlarda uzun müddətli susqunluq, qəribə vəziyyətlərdə hərəkətsiz qalmaq, məqsədsiz hərəkətlilik və ya katatoniyanın bütün əlamətlərinə rast gəlinə bilər. 30–50% insanlar şizofren olduğunu qavramırlar, başqa sözlə ifadə etsək onlar bu situasiyanı və müalicəni qəbul etmirlər. Müalicənin qavramaya müəyyən təsiri ola bilər. Şizofreniyalı insanlarda üz ifadələrinə az rast gəlinir. Şizofreniyanın simptomları 3 əsas kateqoriyaya ayrılır: müsbət simptomlar, mənfi simptomlar və koqnitiv simptomlar.
Müsbət simptomlar
redaktəŞizofreniya tez-tez müsbət və mənfi (və ya çatışmazlıq) simptomlarla təsvir olunur. Müsbət simptomlara digər şəxslərlə bölüşülməyən hisslər, düşüncələr və davranışlar daxildir, məsələn səslərin eşidilməsi real deyil. Onlar xoşxassəli olduqları üçün deyil, üst-üstə gəldikləri üçün müsbət adlanır. Yanılmalar, nitq və şüur pozuntusu, mənasız qəribə düşüncələr (xülya), qeyri-mütəşəkkil düşüncə və nitq və mövcud olmayan məfhumları hiss etmək, eşitmək, görmək, iyləmək yaxud dadmaq bu simptomlara daxildir. Adətən müsbət simptomlar dərman müalicəsinə və idrak-davranış terapiyasına cavab verir. Həmçinin antipsixotik dərmanların qəbulunun dayandırılması bu simptomlara səbəb ola bilər. Müsbət simptomlar çox vaxt kənardan hiss edilmir. Hallüsinasiyalar adətən yanılmaların məzmunu ilə əlaqəli olur.
Mənfi simptomlar
redaktəBir qayda olaraq, daha az, yaxud, ümumiyyətlə, heç bir ruhi xəstəliyi olmayan sağlam insanlarda da müşahidə edilən düşüncələr, davranışlar və emosiyalar mənfi simptomlardır. Minus işarəsi (-) həmçinin mənfi sözünü ifadə edən işarədir. Mənfi simptomlara "süst təsir" daxildir; abuliya, apatiya, simada boş, ifadəsiz görünüş, qəti və kobud təsirli emosiyalar, nitq pozuntusu (afaziya), ləng monotonda danışılan təkhecalı nitq, jestlərin azlığı, heç nəyə və heç kəsə qarşı marağın olmaması (asosiallıq), yaxud zövq ala bilməmək (anhedoniya), motivasiya azlığı (avolisiya). Bu problemlər həmçinin antipsixotik dərmanların yan təsirləridir. Onlar həmçinin aşağı metabolizma kimi digər tibbi problemlərin simtptomları da ola bilər. Mənfi simptomlar adi emosional cavabların, digər düşüncə proseslərinin çatışmazlığıdır və müalicəyə müsbət cavab vermir. Araşdırmalar göstərir ki, mənfi simptomlar həyat keyfiyyətinin aşağı salınmasına, fiziki əlilliyə gətirib çıxarır və müsbət simptomlardan daha çox yüklənmə olur. Mənfi simptom daşıyıcılarının xəstəlik başlamazdan əvvəl nizamlama tarixləri olur və müalicəyə cavab məhdudlaşır.
Koqnitiv simptomlar
redaktəKoqnitiv simptomlara diqqət, yaddaşın müəyyən tipləri, zaman anlayışı, plan qurma bacarığı və təşkilatçılıqla bağlı problemlər daxildir. Şizofreniyaya səbəb olan koqnitiv çatışmazlığı da xəstəliyin göstəricisi kimi qəbul etmək çətin ola bilər. Onlar xəstəni əmək qabiliyyətindən məhrum edən ən təhlükəli simptomlardır, çünki koqnitiv problemlər gündəlik fəaliyyətə mənfi təsir göstərir. Bu problemlər həmçinin antipsixotik dərmanların, antidepressantların, yuxu və narahatlıq əleyhinə dərmanların yan təsiri də ola bilər.
Adətən şizofren xəstələr delüsinasiya və hallüsinasiyalardan əziyyət çəkirlər. Hallüsinasiyalar bir qayda olaraq, digər insanların eşitmədiyi səslərin eşidilməsi ilə müşahidə edilir. Bu səslər adətən həmin şəxsə mənfi şeylər söyləyir. Şizofren olmayan çox insan bu cür səslər eşidə bilər, məsələn, yatmazdan öncə. Bu hipnaqoqik hallüsinasiya adlanır. Beyin onlara eşidilən normal səslərdən başqa heç nə deyə bilmir. Elm bu fenomeni hələ də tam anlamır.
Başlanğıc
redaktəGec və ya erkən yetkinlik şizofreniyanın başlanğıcı üçün əhəmiyyətli mərhələdir. Son zamanlarda şizofreniyanın inkişafını ləngitmək üçün xəstəliyin ilkin mərhələsini (ilk simptomlardan 30 ayadək aşkar olunan) müəyyənləşdirmə və müalicəsi ilə əlaqədar bir çox işlər görülmüşdür. Şizofreniya diaqnozlu qadınların 23%-i, kişilərin isə 40%-ində bu hal 19 yaşından əvvəl özünü büruzə vermişdir. Şizofreniyanın inkişafı davam edirsə, əvvəlki dövrdə həmin insanlarda müvəqqəti psixotik simptomlar və sosial mühitdən uzaqlaşma, həyəcan, disforiya və kobudluğun qeyri-spesifik simptomları müşahidə oluna bilər.
Müalicəsi
redaktəMüalicənin əsası ilk öncə dopaminin (bəzən serotonin) reseptor fəaliyyətinin qarşısını alan antipsixi müalicədir. Psixoterapiya, peşə, sosial reabilitasiyası da müalicədə əhəmiyyətlidir. Özünə və başqalarına xəsarət yetirmə halları olanda ilk dəfədən fərqli olaraq xəstənin qısa müddət xəstəxana qalmasına baxmayaraq o, mütləq xəstəxanaya yerləşdirirlir. Şizofreniyanın müalicəsinə simptomların müalicə etməyə kömək edən dərmanlar, idrak-davranış terapiyası kimi müxtəlif psixoterapiya növləri və idrak təmizlənməsi terapiyası kimi bir sıra reabilitasiya terapiyaları daxildir. İdrak-davranış terapiyası şəxsin qəribə fikirləri haqqında daha real yolla fikirləşməsinə kömək edən söhbət terapiyasıdır. Hallüsinasiyalara gəldikdə isə, idrak terapiyası normallaşdırmağa adaptasiya olur: bir çox şəxs stress vəziyyətində olmadan səslər eşidə bilir və biz hamımız düşüncə formasında səslər eşidirik, siz isə sadəcə bu səsləri əksər insanlardan daha aydın şəkildə eşidirsiniz. Bu xəstəliyin əsasən şüura təsir etdiyi düşünülür, amma bu, davranış və emosiyalarda xroniki problemlərə səbəb olur. Şizofreniyalı xəstələrdə bundan başqa depressiya və narahatlıq olur.
Mənbə
redaktəXarici keçidlər
redaktə- Şizofreniya Merck Manual Maddə
- Forum "Şizofreniya və Me" Arxivləşdirilib 2013-05-13 at the Wayback Machine Şizofreniya və digər iğtişaşlar, onların həkim və yaxınları ilə dialoq Forumu.
- Schizophrenia Research Forum Şizofreni Araşdırma Forum.