Entoni Perkins - Wikipedia
Entoni Perkins (ing. Anthony Perkins; 4 aprel 1932, Nyu-York, ABŞ — 12 sentyabr 1992, Hollivud, ABŞ) — ABŞ aktyoru.
Entoni Perkins | |
---|---|
ing. Anthony Perkins | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, ABŞ |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Hollivud, ABŞ |
Vəfat səbəbi | QİÇS |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı | Berri Berenson |
Uşaqları |
Oz Perkins Elvis Perkins |
Atası | Osqud Perkins |
Fəaliyyəti |
aktyor rejissor |
Fəaliyyət illəri | 1953-1992 |
Təhsili |
|
Boyu | 187 sm |
Mükafatları | |
IMDb | ID0000578 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEntoni Perkins 4 aprel 1932-ci ildə anadan olmuşdur. Onun atası aktyor Osqud Perkins 1930-cu illərdə Brodveyin sahibi idi. O vəfat edəndə, oğlunun 5 yaşı var idi. Özünün biseksuallığını gizlətməyən zəif, utancaq aktyor televiziya aktyoru kimi fəaliyyətə başlayır. İlk kino rolunu isə rejissor Corc Kyukorun "Aktrisa" filmində ifa etmişdi.
Perkins 1957-ci ildə ilk dəfə olaraq Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatına namizəd olmuşdur. Onun ifa etdiyi bu rol Uilyam Uaylerin "Qızıl Palma Budağı"na layiq görülmüş "Dostluq nəsihəti" filmindəki Coş Börduell idi. O, eləcə də Sofi Lorenlə bir neçə filmdə çəkilmiş, Orson Uellslə işləmiş və 1961-ci ildə "Brahmsı sevirsinizmi?" filmindəki roluna görə Ən yaxşı kişi roluna görə Kann kinofestivalının mükafatına layiq görülmüşdür.
Onun ən uğurlu ifası "Psixo" filmindəki məşhur və unudulmaz Norman Beyts rolu oldu. Maraqlıdır ki, bu filmdən sonra onun karyerası enişə doğru getdi. O, öz istedadının qurbanı oldu. Tamaşaçılar artıq onu hər hansı başqa rolda təsəvvür edə bilmirdilər. Perkins bu filmin davamı olan daha 3 filmdə də çəkildi. Bu filmlərdən birinin rejissoru o özü idi. 1988-ci ildə o, kannibalizm mövzusunda "Şanslı" filmini çəkir. Qara komediya janrında çəkilmiş bu film onun ikinci və sonuncu rejissor işi idi.
Entoni Perkins 60 yaşında QİÇS xəstəliyindən vəfat etmişdir.
Şəxsi həyatı
redaktəAktyorun həyat yoldaşı Berri Berenson olmuşdur. O, 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktlarında təyyarələrin birində həlak olmuşdur[1]. Perkins və Berensonun övladları: Oz Perkins aktyor, Elvis Perkins isə musiqiçi kimi fəaliyyət göstərirlər.
Filmoqrafiya
redaktəAktyorluq fəaliyyəti
redaktə- Aktrisa (1953) / The Actress
- Dostluq nəsihəti (1956) / Friendly Persuasion
- Çimərlikdə (1959) / On The Beach
- Yaşıl məkanlar (1959) / Green Mansions
- Psixo (film, 1960) / Psycho
- Brahmsı sevirsinizmi? (1961) / Goodbye Again
- Mühakimə (1962) / Le Procès
- Füsunkar səfeh qız (1964) / Une ravissante idiote
- Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il?
- Şirin zəhər (1968) / Pretty Poison
- Hiylə-22 (1970) / Catch-22
- Qapı arxasında kimsə var (1971) / Quelqu’Un Derriere La Porte
- Həyat və hakim Roy Binin vaxtları (1972) / The Life and Times of Judge Roy Bean
- Şərq ekspressində qətl (1974) / Murder in the Orient express
- Mollini sevərkən (1974) / Lovin' Molly
- Qara oyuq (1979) / The Black Hole
- Şimal dənizində işğal (1979) / North Sea Hijack
- Qış qətli (1979) / Winter Kills
- Psixo 2 (1983) / Psycho 2
- Psixo 3 (1986) / Psycho 3
- Napoleon və Jozefina (1987) / Napoleon And Josephine: A Love Story
- Zülmət qızı (1989) / Daughter Of Darkness
- Psixo 4: Başlanğıc (1990) / Psycho 4: The Beginning
- Qalın meşədə (1992) / In the Deep Woods
Rejissorluq fəaliyyəti
redaktə- Psixo 3 (1986) / Psycho 3
- Şanslı (1988) / Lucky Stiff
İstinadlar
redaktə- ↑ "«48 Hours: And Then There Were Two»". 2013-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-23.
.
Xarici keçidlər
redaktə- Entoni Perkins — IMDb səhifəsi