Esvatini - Wikipedia
Esvatini Krallığı (ing. Kingdom of Eswatini, svati Umbuso weSwatini)və ya Esvatini[3], 2018-ci ilədək Svazilend Krallığı — Afrikanın cənubunda Mozambik və CAR-ın arasında uzunluğu 200, eni isə 130 kilometr olan kiçik bir ölkədir. Afrikanın son mütləq monarxiyasıdır. Paytaxtı rəsmən Mbabane olsa da, kralın sarayı və ondan asılı olan parlament Lobamba şəhərində yerləşir. Kral III Msvati 19 aprel 2018-ci ildə dövlətin adını Svazilend Krallığından Esvatini Krallığına dəyişmişdir(Kralın açıqlamalarına görə, bu dəyişikliyin səbəbi ölkəninin "İsveçrə" ilə qarışdırılmasıymış.
Esvatini | |||||
---|---|---|---|---|---|
Kingdom of Eswatini Umbuso weSwatini | |||||
| |||||
svati Siyinqaba (Biz qalayıq) | |||||
Himn: Nkulunkulu Mnikati wetibusiso temaSwati(Ey, nemətlərini svatilərə verən Allah) |
|||||
Tarixi | |||||
• Elan olunub | 6 sentyabr 1968 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | |||||
İdarəetmə forması | diarxik Mütləq Monarxiya | ||||
Kral | III Msvati [ 25.IV.1986 ] | ||||
Baş Nazir | Russell Dlamini [ 3.XI.2023 ] | ||||
Sahəsi | Dünyada 153-cü | ||||
• Ümumi | 17364 km² | ||||
• Su sahəsi (%) | 0,9 | ||||
Əhalisi | |||||
• Əhali | 1 119 000 nəfər (154-cü) | ||||
• Siyahıyaalma (2007) | 1 018 449 nəf. | ||||
• Sıxlıq | 68.2 nəf./km² (135-ci) | ||||
• Ümumi | 4.748.702.401 $[1], 4.854.167.638 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 11.061 milyard dollar | ||||
• Adambaşına | 9,768 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2016) | 3,430 milyard dollar | ||||
• Adambaşına | 3,029 dollar | ||||
İİİ (2015) | 0.495 | ||||
Valyuta | Svazilend lilangenisi | ||||
İnternet domeni | .sz | ||||
ISO kodu | SZ | ||||
BOK kodu | SWZ | ||||
Telefon kodu | +268 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəÖlkənin adı olan Esvatini (keçmişdə Svazilend), Svazilərin yaşadığı ölkə mənasını daşımaqdadır. Ölkə müstəqilliyinə qovuşmazdan əvvəl fikirləşilən ilk ad olan Ngwane adı isə Esvatininin ilk kralı kimi qəbul edilən III. Ngwanedən gəlir. XVIII əsrdə yaşayan və 1780-ci ildə qədər hökmdarlıq etmiş III. Ngwane hökmdarlığı altındakı bölgələrə kaNgwane adını vermişdir. Ngwanenin sahib olduğu ölkə mənasını verən bu ifadəni əsas götürərək verilməsi planlaşdırılan ölkə ad daha sonra reallaşdırılmamışdir. Hazırda da Esvatinidə bir çox adam öz millətini bildirmək üçün Ngwane adından istifadə edir.
Əhalisi
redaktəÖlkə əhalisinin 90%-i özünü Bantu etnik qrupunun cənub qrupu üzvü olan Svazi etnik qrupuna üzv hesab edir. Nguni birliyin bir alt qolu olan Svazilərdən başqa ölkədə çox az da olsa soto, Zulu, Tsonqa etnik qrupuna daxil üzvlər ilə ağlar və qaradərili yaşamaqdadır.
Esvatini gənc əhalidən ibarət olub, 2016 təxmini məlumatlarına görə 57,69%-i 0–24 yaş aralığındadır. Ölkənin yalnız 3,9%-i 65 yaş və yuxarıdır.
0–14 yaş: 35,5% (kişi 260,507 / qadın 254,811)
15–24 Yaş: 22,19% (kişi 162,880 / qadın 159,229)
25–54 Yaş: 34,12% (kişi 256,696 / qadın 238,471)
55–64 Yaş: 4,28% (kişi 24,758 / qadın 37,399)
65 Yaş və yuxarı: 3,9% (kişi 21,842 / qadın 34,835)
Şəhərdə yaşayanların nisbəti 2015-ci ilin məlumatlarına görə 21,3% təşkil edir.
Əhalinin illik artım nisbəti 2016-cı ilin təxmini məlumatlarına görə 1,1% səviyyəsindədir.
Dil
redaktəÖlkədə əhalinin çox böyük bir nisbəti ana dil kimi Nguni dilinin bir qolu olan Svazi dilində danışır. Bu dilidən başqa az da olsa ana dili kimi Tsonga və Zulu dillərində danışan qruplarda var. İngilis dili ölkənin təhsil dili olması ilə bərabər, ikinci rəsmi dil funksiyasını da daşıyır.
Din
redaktəÖlkə daxilində hakim olan din Xristian dinidir. Əhalinin 40% -i protestant, xristianlıq və Afrika yerli dinlərinin qarışığı ilə meydana gələn Afrika Sionizm inanclarına etiqad edirlər. Xristianlığın bir digər məzhəbi olan katolik məzhəbinə görə yaşayan əhalinin nisbəti 20% səviyyəsindədir. İslami dəyərlərə görə yaşayanların nisbəti 10% səviyyəsində olub, bu qrupun əksəriyyətini cənub Asiyadan gələn immiqrantlar təşkil edir. Əhalinin geri qalan 30%-i isə Hinduizm, Bahailik, Yəhudilik və Afrika yerli dinlərinə inanır.
Siyasi sistem
redaktəİngilis Millətlər Cəmiyyəti ölkələri içərisində mütləq monarxiya ilə idarə olunan bir ölkə olan Esvatinidə Ngwenyana (Dilimizdə: Aslan) ünvanına sahib kral siyasətdə çox əhəmiyyətli bir təsirə malikdir. Ndlovukati (Dilimizdə: Dişi fil) ünvanına sahib kralın anası kraliça olaraq kralın yerinə icra dövlət rəhbərliyi vəzifəsini icra edə bilər. Ndlovukati olmaq üçün kralın anası olma əsas sayılmayıb, başqa bir adam da bu vəzifəyə gətirilə bilər. 1986-cı ildən bu yana III. Mswatinin anası olan Ntombi bu vəzifəni icra etməkdədir. Kral sarayı ölkənin iki böyük şəhəri olan Manzini və Mbabane arasında yerləşən Lobambadadır. Kral və Ndlovukatinin ölkədə bir çox pul və markalarının üzərində şəkilləri var.
Çoxpartiyalı sistem mövcud olsa da, siyasi partiyalar leqal fəaliyyət göstərə bilmir. Krala qarşı müxalif fikir söyləyənlərə qarşı sərt cəza tədbirləri gerçəkləşdirilir.
Parlament
redaktəLobambada Libandla olaraq adlandırılan parlament binası yerləşir. İki palatalı Parlament Senatdan (30 kürsü; 20-si kral tərəfindən təyin olunur, 10 üzv isə parlamentin digər palatası olan Milli Assambleya (House of Assembly) tərəfindən müəyyənləşdirilir) və Milli Assambleyadan (65 kürsü; 55 üzv Tinkhundla olaraq adlandırılan seçki bölgələrindən seçilir, 10 üzv kral tərəfindən təyin edilir) ibarətdir. Hər beş ildən bir keçirilən seçkilər ilə həm Senat, həm də Milli Assambleya üzvləri seçilir və təyin edilir. Sonuncu dəfə 2013-cü il Avqust / Sentyabr aylarında keçirilən seçkilər ilə parlament üzvləri seçilmişdir. Seçkilər qeyri-partiyalı əsaslarla keçirilmişdir.[1]
1973-cü ildə etibarən qadağan olan siyasi partiyaların vəziyyəti 2006-cı ildən bu yana naməlum bir vəziyyətdədir. Ölkədə çox partiyalı bir sistemi dəstəkləyən People’s United Democratic Movement (PUDEMO) (Dilimizdə: Birləşmiş Demokratik Xalq Hərəkatı) kimi müxalif hərəkatı ilə Ngwane National Liberatory Congress (NNLC) (Dilimizdə: Ngwane Milli Qurtuluş Konqresi) və Communist Party of Swaziland (Dilimizdə: Svaziland Kommunist Partiyası) kimi partiyaların 2006-cı ildə kralın mütləq gücünü təsdiq etməklə birlikdə yeni qanun ilə partiyaların seçkilərdə iştirakı qadağan edilmir.
Məhkəmə
redaktəÖlkədəki mütləq güc kralın əlində olub, məhkəmə, icra və qanunvericilik onun sərəncamindadır. Kral diplomatik toxunulmazlığa malikdir. Ölkənin ən yüksək məhkəmə orqanı Supreme Court (Ali məhkəmə) olub, ondan aşağı səviyyədə High Court (Yüksək Məhkəmə) və Industrial Court (sənaye məhkəməsi) məhkəmə orqanları var.
Xarici siyasəti
redaktəEsvatini Krallığı Birləşmiş Millətlər Təşkilatı, Millətlər Birliyi, Afrika İttifaqı, Şərqi və Cənubi Afrika Ümumi Bazarı və Cənubi Afrika İnkişaf birliyinin üzvüdür.
İqtisadiyyat
redaktəEsvatini dünyanın ən yoxsul ölkələrindən biri sayılır. Ölkə əhalisinin çox hissəsinin gündəlik qazanc bir Avrodan azdır. 2005-ci ilin məlumatlarına görə ölkə əhalisinin az qala beşdə birinə bərabər olan 200.000 adam beynəlxalq təşkilatların həyata keçirdiyi qida yardımına möhtac vəziyyətdədir. Ölkə əhalisinin 60%-i şəxsi istehlak və istifadəsi üçün kənd təsərrüfatı məhsulları əkirlər. Bu əkilən məhsullar əksəriyyətini şəkər qamışı, qarğıdalı, darı, düyü, sitrus, pambıq və fıstıq təşkil edir. Əhali arasında heyvandarlıqla da məşğul olanlar var ki, onlar inək, qoyun və keçi kimi heyvanlar saxlayırlar.
Esvatini, Cənubi Afrika Respublikası, Lesotho, Botsvana və Namibiya ilə ortaq pul vahidi bölgəsini təşkil edir. Rand Monetary Area olaraq adlandırılan bölgədə Cənubi Afrika Respublikasının pul vahidi Rand yerli pul vahidləri ilə bərabər ortaq pul vahidi kimi istifadə edilməkdədir. 1980-ci ildən bu yana Esvatinidə istifadə Lilangeni ilə Rand 1:1 nisbətidə deyişdirilir. 2011-ci ilin məlumatlarına görə 7,2% inflyasiya nisbətinə sahib ölkə, ortaq pul vahidi bölgəsini təşkil edən ölkələr ilə birlikdə Southern African Customs Union (SACU) yəni Cənubi Afrika Gömrük Birliyini təşkil edir.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "Swaziland king changes the country's name". 19 April 2018. 22 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2018 – www.bbc.com vasitəsilə.