Ev - Wikipedia
Ev (ing. Home ) — istirahət və yaşamaq yeri. Ev bir şəxs və ya ailənin yaşaması üçündür. Ümumiyyətlə evdə hamam, mətbəx, yataq otağı, vanna otağı, oturma otağı və s. mövcud ola bilər.[1]
İndiki zamanda evlər üçün torpaq azlığı problemi mövcud olduğundan, mənzillər və binalar çoxmərtəbəli inşa edilir.
Dairəvi evlər
redaktəYaxın Şərq ölkələrində, habelə Cənubi Qafqaz və Orta Asiyada Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan yaşayış binaları. Azərbaycanda Kültəpə, Şomutəpə, Töyrətəpə və s. qədim yaşayış yerlərində aşkar edilmişdir. Daşdan və çiy kərpicdən tikilirdi. Dairəvi evlərə bitişik tikilən dördkünc otağı çox vaxt arakəsmə divarla iki hissəyə bölərək ondan anbar kimi istifadə etmişlər; evlərin divarları və torpaq döşəməsi saman qatışdırılmış gillə suvanırdı. Konusvarı və ya günbəz formalı damı saxlayan mərkəzi dirəyi bərkitmək üçün Dairəvi evlərin ortasında kiçik çuxura, ya da yastı daşa təsadüf olunur. Evi qızdırmaq üçün gil manqal, ocaq və ya kürədən istifadə etmişlər. Dairəvi evlərdə əkinçi-maldar tayfalar yaşamışlar.
İstinadlar
redaktə- ↑ American Shelter: An Illustrated Encyclopedia of the American Home By Les Walker. Overlook Press, July 1, 1998