Gence Muselman Xeyriyye Cemiyyeti - Wikipedia
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti — 1904–1919-cu illərdə fəaliyyət göstərmiş qeyri-hökumət humanitar qurumu.
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti | |
---|---|
| |
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 1904 |
Sədr | Məşədi Əli Rəfizadə |
Haqqında
redaktəGəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmışdı. Nizamnaməsi 1906-cı il iyunun 30-da Gəncə qubernatoru tərəfindən təsdiq edilmişdi.
İdarəetmə
redaktəCəmiyyət İdarə Heyəti və ümumi iclas tərəfindən idarə olunurdu. Nizamnaməyə görə, idarə heyəti sədr, onun müavini, xəzinədar, katib və cəmiyyət üzvləri sırasından ümumi iclasda bir il müddətinə seçilən 3 üzvdən ibarət idi. Cəmiyyətin 4 nəfər ömürlük-fəxri üzvü vardı.
1914-cü ildən 1919-cu ilə kimi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi:
- Sədr: Məşədi Əli Rəfizadə
- Sədr müavini: Hacı Ələkbər Hacızadə
- Katib: Mirzə Məhəmməd Axundzadə
- Xəzinədar: Hidayət Niyazov
- Üzv: Kərbəlayi Həmzə
- Üzv: Hacı Hilal İbrahimov
- Üzv: Ağa Tağıyev
- Namizəd: İsmayıl Tağıyev
- Namizəd: Məşədi Rza Tağıyev
- Namizəd: Məmməd Mirabov
Nəzarət-Təftiş Komissiyası:
- Ələsgər bəy Xasməmmədov
- Abuzər bəy Rzayev
- Məmmədbağır Şeyxzamanlı
Cəmiyyətin fəxri üzvləri (ömürlük üzvlər ayda 200 manat, digər üzvlər 20 manat üzvlük haqqı ödəyirdilər):
- Hacı Məhəmmədhüseyn Rəfizadə (ömürlük)
- Hacı Əli Hüseynzadə (ömürlük)
- Hacı Ələkbər Hacızadə (ömürlük)
- Hacı İmamqulu Ağazadə (ömürlük)
- Hacı Usub Rzayev
- Məşədi Əli Abbasəliyev
- Hacı Əli Kərbəlayi Qasım oğlu
- Hacı Hilal İbrahimov
- Mirzə bəy Qazıyev
- Kərbəlayi Həmzə Hacı Hüseyn oğlu
- Hidayət Niyazov
- Məşədi Əli Rəfiyev
- Ağa Tağıyev
- İsfəndiyar bəy (Şəmkirli)
- (Bala) Məşədi Kərbəlayi Qasım oğlu
Sadəcə üzvlər (ayda 5 manat üzvlük haqqı ödəyirdilər):
- Müseyib bəy Hacı Zeynal oğlu
- Məşədi Səməd Kərbəlayi Məhəmmədhəsən oğlu
- Məhəmməd Pişnamazzadə
- Mirzə Abbas Abbaszadə
- Abbasqulu Ağahüseynzadə
- Həsən bəy Ağayev
- Həsən bəy Adıgözəlov
- Məmməd ağa Əliyev
- Cahangir bəy Əliyev
- Mirzə Cəfər Əsgərzadə
- Mirzə Məhəmməd Axundzadə
- Cavad bəy Cavanşirski
- İsaq Muxtar oğlu Hüseynov
- Müseyib Zazalıyev
- Həmzə bəy Zeynalov
- Məmmədəli Zeynalov
- Adil xan Ziyadxanov
- İsmayıl xan Ziyadxanov
- Adil bəy Zülqədərov
- Abuzər bəy Rzayev
- Axund Molla Musa İsmayılzadə
- Muxtar bəy Qazıyev
- Kərbəlayi Dəmir Kərbəlayi Məhəmməd oğlu
- Əbdülhəlim Kərimov
- Mehdi Qurbanov
- Məşədi Məmməd Məsimov
- Əliş bəy Məmmədov
- Məşədi Musa Kərbəlayi Allahyar oğlu
- Miryusif Mirzəcəfərov
- İlyas Mollazadə
- Mehrəli Muradov
- Yəhya Nəbiyev (F.Əhmədovun ana babası)
- Məşədi Süleyman Nağıyev
- Axund Hüseyn Pişnamazzadə
- Mirzə Yusif Rəhimzadə
- Ələkbər bəy Rəfibəyli
- Bağır bəy Rəfibəyli
- Məşədi Əsgər Rəfibəyli
- Xudadat bəy Rəfibəyli
- Abbas Rəfizadə
- Mürsəl Rüstəmov
- Ağalar bəy Səfikürdski
- Aslan bəy Səfikürdski
- Məşədi Abdulla bəy Sultanov
- Sultan bəy Sultanov
- Məşədi İsmayıl Tağıyev
- İsmayıl Umudov
- Abbas bəy Usubbəyov
- Həsən bəy Fəttahov
- Ələkbər bəy Xasməmmədov
- Ələsgər bəy Xasməmmədov
- Həmid bəy Xasməmmədov
- Xəlil bəy Xasməmmədov
- Hüseynqulu xan Xoyski
- Mürsəl bəy Şahmalıyev
- Məmmədbağır Şeyxzamanlı
- Məşədi İsmayıl Rza oğlu
Faəliyyət
redaktəNizamnamədə cəmiyyətin kasıb müsəlman uşaqlarının Rusiya və onun hüdudları xaricindəki orta və ali təhsil müəssisələrinə daxil olub oxumalarına, habelə xəstəxana və başqa səhiyyə ocaqlarında müalicə olunanlara yardım etmək məqsədilə yaradıldığı göstərilirdi.
Cəmiyyətin vəsaiti üzvlük haqlarından, habelə şəhər sakinlərinin köçürdüyü ianələrdən, cəmiyyətin təşəbbüsü və iştirakı ilə keçirilən tamaşalardan, konsert və rəqs gecələrindən və s.-dən əldə edilən gəlirlərdən ibarət idi. Xeyriyyə məqsədilə keçirilən hər bir konsert və ya digər tədbir üçün əvvəlcədən Gəncə qubernatorundan icazə alınmalı idi.
Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və konsertlər təşkil edirdi.
Cəmiyyət Novruz bayramında Gəncənin 18 məhəlləsində ehtiyacı olan 2163 nəfərə 5292 manatlıq, Mövlud bayramında isə 2748 nəfərə 5496 manatlıq miqdarında yardım göstərmişdi. Cəmiyyət Gəncədə əhalinin kasıb təbəqələri üçün xüsusi ərzaq mağazası açmışdı.
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti əsasən, 1918-ci ildə Qərbi Azərbaycandan olan on minlərlə qaçqına yardım göstərmiş, onlara yurd yerləri ilə təmin etmişdir.
Əlaqələr
redaktəGəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Bakının, Tiflisin, Şuşanın və İrəvanın Müsəlman Xeyriyyə Cəmiyyətləri ilə sıx əlaqə saxlayırdı.