Gence Medresesi - Wikipedia
Gəncə mədrəsəsi — Gəncə şəhərinin əsas meydanında vaxtilə mövcud olmuş mədrəsə binasıdır. Şah Abbas məscidini əhatə edən mədrəsə binasının dövrümüzə yalnız məscidin qərb tərəfində həyə boyunca yerləşən dörd otaq və divarlar qalmışdır.[1]
Gəncə mədrəsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Şah İsmayıl Xətai prospekti |
Memar | Şeyx Bəhaəddin |
Tikilmə tarixi | XVII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | kiçik hissələri dövrümüzə çatıb |
Tarixi
redaktəGəncə mədrəsəindən bəhs edən B.N.Zavıpkin yazır: “Məscid...hücrələrdən təşkil edilmiş bina ilə əhatə olunmuşdur. Bu hücrələrin bəzisi boşdur, bəzilərində isə məsciddə xidmət edən şəxslər yaşayırlar. Lakin, şəhərə qonaq gələn müsəlmanlar və qeyri-müsəlmanlar, o cümlədən məscidin alimlərindən dərs alan gənclər də burda sığınacaq tapırlar.”[2] Gəncə mədrəsəsinin memarlıq quruluşu və planı haqqında ətaflı məlumat Rusiya Dövlət Mərkəzi Hərbi-Tarixi Arxivində saxlanan Gəncə qalasının 1797-ci ilə aid planında verilmişdir.[3]
Memarlıq xüsusiyyətləri
redaktəMədrəsənin dövrümüzə çatmış qalıqları çox da böyük olmayan bir mərtəbəli otaqlardır. Bu otaqların hər biri böyük oxvari tağ vasitəsiylə həyə açılan müstəqil girişə malikdir. Otaqlar, aralarında inşa edilmiş kar divarlar vasitəsiylə bir-birindən ayrılmışdır. Otaqların tağvari örtüyü ara divarlara söykənir. Mədrəsənin kənar divarları onu ətraf küçələrdən tamamilə izolyasiya edir ki, bunun da nəticəsində qapalı daxili həyət yarnır.[1] Gəncə mədrəsəsi yaxınlıqda yerləşən Şah Abbas məscidi kimi bişmiş kərpic və gəc məhlulundan inşa edilmişdir.[1]
Mədrəsənin eynitipli oxvari tağlardan əmələ gələn memarlıq kompozisiyası kompleksin bütün ərazisini əhatə edən qalereya formalaşdırır (bu baxımdan Şuşadakı Aşağı Gövhər ağa məscidini əhatə edən və qapalı həyət yaradan mədrəsə Gəncə kompleksinin memarlığını təkrarlayır), kompleksin mərkəzində qalan məscid və giriş portalı isə qalereya fonunda effektiv fərqlənirdi.[4]
Məşhur müəllimləri
redaktəMəşhur tələbələri
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Алиев, 1954. səh. 672
- ↑ Завыпкин, Б. Н. Архитектура Средней Азии. Москва. 1948. 95.
- ↑ Саламзаде, 1964. səh. 28
- ↑ Алиев, 1954. səh. 673
Ədəbiyyat
redaktə- Алиев, М. Джума-мечеть в Кировабаде (Искусство Азербайджана, Т. 4). Баку. 1954.
- Л. С. Бретеницкий, А. Саламзаде. Кировабад. Москва. 1960.
- Саламзаде, А. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.