Gefle If - Wikipedia
Gefle IF — 1882-ci ildə yaradılan İsveç futbol klubu. 2004-cü ildə birinci divizionda ikinci olan 130 yaşlı komanda 2005-ci ildən yüksək liqada çıxış edir. "Gefle"nin ölkə miqyasında ən böyük uğuru 2006-cı ildə İsveç kubokunun finalına yüksəlməsidir. Ev oyunlarını "Strömvallen" stadionunda keçirən klub əsasən göy və ağ rəngli formalardan istifadə edir. Stadion 7,302 min tamaşaçı tutumuna malikdir.
Gefle IF | |||
---|---|---|---|
Klubun tam adı | Gefle Idrottsförening | ||
Ölkə | |||
Yaranma tarixi | 5 dekabr 1882 | ||
Stadionu | Strömvallen | ||
Tutumu | 7,302 | ||
Liqa | Superettan (II) | ||
2023 | 9. | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Avrokuboklar
redaktə"Gefle" Avrokuboklarda ilk dəfə 2006/2007 mövsümündə iştirak edib. Avroliqanın I təsnifat mərhələsində Uelsin "Llanelli" klubu ilə qarşılaşan "Gefle" ümumi hesabda rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. 2010/2011 mövsümündə Farer adalarının "Runavik" klubunu 2:1, 2:0 hesabları ilə keçən İsveç təmsilçisi II təsnifat mərhələdə Gürcüstanın Dinamo Tbilisi klubu ilə bacarmır. Hər iki oyunda 1:2 hesabı ilə məğlub olan "Gefle" mübarizəni dayandırır.
Bu mövsüm ilk duelində "Trans Narva" klubu ilə qarşılaşan "Gefle" rəqibini çox rahatlıqla keçir. Evdə 5:1, səfərdə isə 3:0 hesabı ilə məğlub edən "Gefle" növbəti mərhələdə Anortosis Famaqusta klubu ilə üz-üzə gəlib. Səfərdə rəqibinə 0:3 hesabı ilə məğlub olan "Gefle" doğma azarkeşləri önündə Kipr təmsilçisinə heç bir şans verməyib - 4:0.[1]
İstinadlar
redaktə- ↑ ""Qarabağ"ın rəqibini yaxından tanıyaq". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-26.
Futbol klubu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |