Generator - Wikipedia
Generator - elektrik maşını olub mexaniki enerjini elektrik enerjisinə çevirir və quruluşca elektrik mühərriki ilə oxşardır. Generatorlar ingilis fiziki Maykl Faradeyin 1831-ci ildə elektromaqnit induksiyası qanununu kəşf etdikdən sonra düzəldilməyə başlanmışdır.
Generatorların hamısının işləmə prinsipi eynidir. Mexaniki enerji generatorun valını fırlatmağa sərf olunur.
Çevrilmə lorens qüvvəsinə əsaslanır. Lorens qüvvəsi elektrik yükünün maqnit sahəsində hərəkəti zamanı ona təsir edən qüvvəni izah edir. Əgər keçirici maqnit sahəsində eninə hərəkət edərsə onda lorens qüvvəsi keçiricidə olan yükləri bu keçirici boyunca hərəkətə gətirir. Yükün hərəkəti keçiricinin uclarında gərginlik fərqi yaradır. Gərginliyi artırmaq üçün dolaq şəklində olan keçiricilərdən istifadə edirlər. Generatorda rotor gövdəyə nisbətən fırlanır. Üzərində maqnit olan stator maqnit sahəsində fırlanan zaman lorens qüvvəsi elektrik cərəyanı yaradır.
Əldə edilmiş elektrik gücü mexaniki gücə bərabər olur. Əlbəttə ki, bu prosesdə müəyyən itkilər də yaranır. Belə ki, elektrik generatorunun gücü
bərabərliklə müəyyən olunur.
Burada yaradılmış elektrik gücü, tətbiq olunmuş mexaniki güc. isə itkiyə sərf olunan gücdür.
Geneartorun ixtiraçısı Verner fon Simens sayılır. O 1866-cı ildə dinamoelektrik prinsipini kəşf etmiş və ilk dinamo maşınını düzəltmişdir. Bundan sonra əlavə cərəyan mənbəyinə ehtiyac olmadan bir başa mexaniki enerjidən elektrik enerjisinin alınması mümkün olmuşdur.