Hans Xristian Andersen - Wikipedia
Hans Xristian Andersen (Dan. Hans Christian Andersen, 2 aprel 1805[1][2][…], Odense, Danimarka-Norveç[5][6][…] – 4 avqust 1875[2][3][…]) — danimarkalı ədib. Pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, Andersen bütün dünyada daha çox nağıllarına görə tanınır. Onun nağılları 100-dən çox dilə tərcümə edilmişdir.
Hans Kristian Andersen | |
---|---|
dan. Hans Christian Andersen | |
Doğum adı | Hans Christian Andersen |
Doğum tarixi | 2 aprel 1805[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 avqust 1875[2][3][…] (70 yaşında) |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, romançı, uşaq ədəbiyyatı yazıçısı, avtobioqraf[d], dramaturq, jurnalist, səyyah, müəllif, rejissor, librettoçu |
Fəaliyyət illəri | 1827–1875 |
Əsərlərinin dili | Danimarka dili |
İstiqamət | romantizm |
Janr | nağıl |
Tanınmış əsərləri | |
Mükafatları | |
Hans Kristian Andersen Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərləri
redaktəBir gün Kopnehagen küçələrində gəzişərkən Andersen balaca oğlanla rastlaşdı. Uşaq onun gözünün içinə baxıb onun nə qədər tənha olduğunu başa düşdü. Nağılbazın könlünü almaq üçün əlindəki qalay əsgəri ona tərəf uzatdı. Əvəzində Andersen də ona yeni "Köhnə ev" adlı nağıl əhvalatı danışdı. Onun nağıllarında öyüd-nəsihət, ibrət dərsi vermək cəhdi yoxdu. Burda yalnız arzu var. Gözəlliyi görmək istəyən insanların arzuları. Axı həyat özü gözəl bir nağıldır! Onun ən məşhur əsərlərindən biri də Qar kraliçası nağılıdır.
Ən məşhur danimarkalı
redaktəBiri vardı, biri yoxdu. Bir balaca oğlan vardı. Bir dəfə o, anasına deyir ki, "Görərsən, mən mütləq məşhur olacam!". Anası ona heç nə demir. Onun qəmli gözlərinə təccüblə baxıb köksünü ötürür. Axı bu ailədə nəinki taledən, heç bəndədən də hədiyyə almaq kimsənin ağlına gəlmirdi. Məşhur olmaq üçün heç olmasa varlı ailədə doğulmaq, ya da heç olmasa paytaxt sakini olmaq lazım idi. Gözəl görkəm və yaxşı təhsil də vacib idi. Gələcək nağılbaz Hans Xristian Andersen kasıb pinəçinin ailəsində doğulub. Amma onun sevgi payı heç vaxt əskik düşməzdi. Valideynləri heç vaxt uşağı cəzalandırmaz və öz fantaziyalarına qapanaraq bütün günü şəhəri dolaşmağa icazə verərdilər. Təbiəti müşahidə etmək, balıqlar, köstəbəklər, kəpənəklərlə, quşlarla dostluq etmək onun ən sevimli məşğuliyyəti idi. İlk dəfə şəhər teatrına ayaq basandan sonra o nağıl qəhrəmanlarının nəcib niyyətlərindən xəbər tutdu və bu da ona adi həyatdan uzaqlaşmaq üçün yeni bəhanələr verdi. Teatrda tez-tez ola bilmirdi, ona görə də özü pyeslər uydurmağa başladı. Axşamlar evdə qurulan kukla tamaşalarında kuklalar canlanır və oğlanın diliylə öz əhvalatlarını nəql edirdilər. Az sonra Hans Şekspirin pyeslərini oxuyandan onun balaca aktyorları dahi ingilisin pyeslərini oynamağa başladı. Döyüşlər, qəhrəmanların qoçaqlığı onun ürəyini sevinclə doldururdu. O, artıq teatr dramaturqu olmaq arzusula yaşayırdı. Bəyəndiyi əhvalatları musiqiyə qoşmaq adəti da vardı. Bəzən sahilə gəlib balaca bülbülün zümzüməsini dinləmək istəyənlər də tapılırdı. Məktəbdə çox pis oxuyurdu. Bir sözü də səhvsiz yaza bilməsə də dostlarına qəhrəmanı olduğu müxtəlif əhvalatları uydurub danışmağı sevirdi. Buna görə də həmişə gülüş mənbəyinə çevrilirdi. Fikri uzaqlarda olduğundan müəllimlərin danlağı əskik olmurdu. Bəzən məktəbdən sonra uşaqlar onu təqib edərək "Baxın, komediya qoşan gəlir!" deyib ələ salırdılar. Hans evə qaçıb küncə soxulur və Allaha dua edirdi. Ata oğluna İncil ilə bərabər "1001 gecə nağılları"nı oxuyurdu. Uşağa su pəriləri, trollar və başqa personajlarla dolu nağıllar danışardı. Ailə idilliyisı bitəndə uşağın 11 yaşı vardı. Atasını itirmiş oğlan əvvəl dərzi yanında şəyidliyə gedir, sonra siqaret fabrikinə işə düzəlir. Özünə ər tapmış anası 14 yaşlı uşağa Kopenhagenə gedib öz həyatını qurmaq icazəsi verir. Nədənsə anası əmin idi ki, bu yaşda uşaq böyük şəhərdə çox davam gətirə bilməyəcək. Ona görə də poçtalyonla danışmışdı ki, 3 gündən sonra uşağa geri qayıtmağa kömək etsin. Andersen öz doğma şəhərinə bir də yarım əsrdən sonra qayıtdı. Burda bir həftə duruş gətirə bilməyib yenə də getdi. Bioqraflar deyir ki, məşhur nağılbazın anası dilənçilik etməyə məcbur idi və kasıblar üçün ayrılmış qəbirsanlıqda basdırılıb. 14 yaşında Daniyanı fəth etməyə gəlmiş uşaq öz sözünün üstündə durdu və dünyanın ən məşhur daniyalısı oldu.
Müəllifi tam savadsızdır!
redaktə13 riksdaler toplayaraq Hans dünyanı fəth etməyə yollanır. Yolu Kopenhagenə, Kral teatrına- onun arzular qəsrinə idi. Kopenhagen Anderseni soyuq qarşıladı. Köməksiz, tanışlıqsız, pulsuz qalaraq gənc özünü çox tənha duyurdu. Şəhərə ayaq basan kimi əlində olan pulun yarıdan çoxunu verib teatra bilet almışdı. Aclıq və naümidlik onun daimi yol yoldaşı olduğundan ölüm haqqında fikirlər oğrun-oğrun ürəyinə girirdi. Onu ələ salırdılar, onu sanki görmürdülər, onun başına ağıl qoyurdular və dəyişdirməyə çalışırdılar. İlk əsərini "Müəllifin tam savadsızlığı üzündən qaytarmaq!" məktubu ilə birlikdə qaytardılar. Bu Andersenin qarşısını ala bilmədi. O, əmin idi ki, mütləq yazmalıdı. Pyeslər, şeirlər, hekayələr, opera librettoları, vodevillər – Hans tez və rahatlıqla yazırdı deyən mətnlər su kimi axırdı. Tənqidçilərsə onun hər sözünü araşdırır, qrammatik səhvlərini gözünə soxur, adətlərini, əsil-nəslini lağa qoyur, məsğərəyə çevirirdilər. Andersen göz yaşına qədər kədərlənsə də əlini saxlamırdı. Hər şeyə baxmayraq Kopenhageni və onun sakinlərini də sevməkdə davam edirdi. Axı ilk dostlarını bu şəhərdə tapmışdı. Onların sayəsiində təhsil ala, əsərlərin çap etdlirə və səyahət edə bilmişdi. Səfərlər isə yeni əsərlərin yaranması demək idi. Sevimli İtaliyası barədə yazdığı "İmprovizator" romanı işıq üzü görən kimi bütün Avropa ondan danışırdı. Bircə Daniya həqarətlə susurdu. Hans isə soyuq ürəklərin fəthini davam etdirirdi. Hər dəfə oxu daşa dəyəndə onun qeyd dəftərçəsində kiçik bir əhvalat yaranırdı. Amma o, hələ bilmirdi ki, bu hekayətlər tezliklə onun yaradıcılığının özəyinə və əsil nağıllara çevriləcək. Bu nağıllar yarandıqca Əlahəzrət Daniyanın da ürəyinin buzu əriməyə başladı. İndi çox az adam bilir ki, 170 nağıldan əlavə Andersen 20-yə qədər pyes, 5 roman, çoxlu oçerk və şeirlərin müəllifidir. İlk nağıl toplusu ucuzlu kağızda Milad bayramı ərəfəsində çap edilmişdi. Elə bil sehirli çubuğun hərəkətilə yeni yaranmış nağıllar alındı və hər şey rəngli kaleydoskopdakı kimi fırlanmağa başladı.
Hər əhvalat bir nağıldır
redaktəOnun laylaları altında uşaqları yatızdırırdılar, teatrlarda qoyulmuş tamaşalar uğurla gedirdi. Amma hamı onu nağılbaz kimi tanıyır. "Su pərisi", "Çaxmaq daşı", "Noxud üstündə şəhzadə" barədə bir qədər qəmli əhvalatları hamı sevdi. Kitabların üzü nazik olardısa deşilənəgən oxunardı. Şəklli kitablar və şeirlər piştaxtaya qoyulmağa bəndmiş alınardı. Tənqidçilər isə onu ələ salıb gülərdi. Kasıbçılıqdan çıxmış oğlan təhsilini davam etsə də ömrünün sonuna kimi qrammatik səhvlərlə yazırdı. Tale Andersenə qiymətli bir keyfiyyət bəxş etmişdi, o hər şeydə sehirli məqamları görürdü. Nağılların süjeti əksəriyyəti ona uşaqlığından gəlib, Axı onun doğulduğu şəhər Odensdə o qədər maraqlı şeylər vardı. Şəhər qəribə adətlərilə, qəhrəmanlar haqqında əfsanələrilə, nağıl qəhrəmanlırı — su pəriləri, sirenlər, elflər, qnomlarla birgə yaşayırdı. Burda xalq bayramlar olurdu və hələ də çox sirrləri bilən ustadlar yaşayırdı. Onun uşaqlığı elə bir vaxt idi ki, küləyin yarpaq altında oxuduğu nəğməni dinləyir, hər bir günəş şüasının dalıyca düşüb ilişib qaldığı gölməçənin saatlarla gözdən keçirir, hər ay işığında elflərin seluetini görə bilirdi. O, şeh dənəcikləriylə dostluq edir və bütün bunları ürəyinin dəftərçəsinə yazırdı. O hələ tələbə olarkən bir qaranquş onun yaşadığı otağa soxulub öz əhvalatını ona danışdı. Bir neçə il sonra bu əhvalat "Düyməcik" nağılında yazılıb hamıya əyan oldu. Qalay əsgərin nağılı da bir qədər avtobiorrafikdir. Müəllifə irad tutulurdu ki, onun nağılları böyüklər üçün çox bəsiddir, uşaqlar üçünsə kifəyət qədər ibrətamiz deyil. Kimsə sağlığında Andersenə yazılarının nağıl ruhunda olmasını desəydi cavabında nəsə kəskin bir şey eşidərdi. O, nağıllarını dəyərləndirmir, və onlarla fəxr etmirdi.
Qalay əsgər və qızıdgül ləçəkləri
redaktəO, kasıb pinəçi və paltaryuyanın ailəsində doğulmuşdu. Amma ömrünün əsas hissəsini Avropanın ən gözəl otellərində keçirib. "Səyahət həyat deməkdir" deyən yazıçı çox səyahət edirdi. Uşaqlığı Odin şəhərinin əyalət xarabalıqlarında keçsə də paytaxt Kopenhagen onu sevdi və əsərini şəhərin simvoluna çevirdi. Əsilli-nəsilli olmasa da Daniyanın ən adlı-sanlı ailələri onu evinə dəvət etməkdən qürür duyurdu. Məktəbdə cəmi bir neçə ilə təhsil ala bilmişdi. Çünki anasını itirmişdi və 11 yaşından fabrikdə tam əmək günüylə işləməli idi. Amma 20 yaşında Andersen Kopenhagen universitetində təhsil almaq hüququ qazandı. Uşaqlıqdan zəif, xəstəhal olmasına baxmayaraq dövrünə görə uzun və aktiv həyat sürüb. Çəlimsiz və kifir olmasına baxmayaraq indi o, Daniyanın siması sayılır. Hələ sağlığında Andersenə özünə qoyulmuş abidəni görmək qismət oldu. Bu faktı anasına bir falabaxan Hans hələ uşaq olarkən demişdi. O, abidəyə baxıb gülümsəyirdi. Amma balaca oğlanın verdiyi qalay əsgər və mavi gözlü qızın bağışladığı qızılgül ləçəkləri onun üçün daha qiymətli idi. Həmin bu hədiyyələri o, mücrüdə saxlayırdı, arabir ləçəkləri tərpədib qoxusunu içinə çəkirdi.
"Bülbül"ün nağılı
redaktəOnun həyatında 3 sevdiyi qadın olub. Onların heç biri Andersenin hisslərinə cavab verməyib. Onlardan birincisi Riborq Voyqt, ikinci qadın 18 yaşlı Luiza Kollin, sayca üçüncü və sonuncu isə Cenni Lind idi. Bu hündür, sarısaç , iri göz və əzəmətli bədən quruluşlu qadını Avropada "isveç bülbülü" adlandırırdılar. Kopenhagenə konsertlərə gələn gündən Andensen onu hədiyyə və güllər içində batırırdı. Cenni Lindin xarici səfərlərində Andersen onu müşayiət edirdi. Aktrisaya olan məhəbbəti günəş kimi ürəyini işıqlardırdı. Müğənninin ecaskar səsi həyatına soxularaq dünyanın rənglərini dəyişdirmişdi. Əlbəttə ki, o, Cenniyə nağıl həsr etməyə bilməzdi. "Bülbül" nağılı belə yarandı. Sevgisi Andersenə çoxlu gözəl günlər bəxş etsə də onu ömürlük tənha qoydu. Andersen dəfələrlə sevgisini izhar edib, amma əvəzində dostluqdan başqa bir ciddi təklif almamışdı. Bir dəfə isə Cenni zarızarafat, yarıgerçək "Andersen, mənim qardaşım olmaq istərdiz?" soruşdu. Qəlbinin dərinliyində o, başa düşürdü ki, ailə üçün yaranmayıb. Lind də karyerasına ailə həyatına qurban verən deyil.
Çılpaq qadınlarla nədən danışmaq olar?
redaktəDünyanın bütün uşaqlarının ləzzətlə oxuduğu nağılların yaradıcısı özü tarixin qəribə tapmacalarından biri idi. Çünki təbiətcə uşaqlarla əhatə olunmuş xeyirxah nağılbaza qətiyyən bənzəmirdi. Ömrünün sonuna yaxın Kopenhagendə Andersenə abidə qoymaq istəyəndə heykəltaraş ona öz eskizlərini göstərdi. Burada uşaqlarla əhatə olunmuş Andersen nağıl deyərkən təsvir edilmişdi. Hans Xristian uşaqların əhatəsində bir cümlə də deyə bilsəyəcəyini çığırıb heykəltaraşı evindən qovdu. Nəticədə nağılbaza oturan yerdə kitab üzərində əyilmiş şəkildə abidə yarandı. Bu həqiqətə daha yaxın idi, çünki o, adamlardansa kitablara üstünlük verirdi.
Ünvanına tənqidi heç qəbul edə bilmirdi. Onu tənqid etmiş qəzet parçası əlinə düşəndə çığıraraq özünü yerə çırpmış, az qala bir saat həyətdəki otu qucaqlayaraq ağlamış və isterik çığırışlarla özünü yerə sürtmüşdü. Səfərə çıxanda özüylə həmişə ip aparardı. Çünki yanğından ölməkdən qorxurdu. Yanğın olarsa bu iplə özünü xilas etmək fikrindən idi. Yaşı artdıqca qəribəlikləri də artırdı. Yazıçı fahişəxanalara getməyi adət halına salmışdı. O, oturub çılpaq xanımlarla söhbət etməyi çox sevirdi. Amma iş söhbətdən o yana keçmirdi. Çünki başqa qadınlara toxunmağı Lində xəyanət kimi sayırdı. Ömrünün sonuna yaxın o, yazmağın daşını atmışdı. Nağılbaz düşünürdü ki, yazmaq qabliyyəti ağzındakı dişlərin sayı ilə əlaqədardır. Sonuncu dişini çıxardandan sonra yazmağın daşını tamamilə atdı. Sonra süni diş qoyduran kimi yenidən qələmi əlinə aldı.
Andersen həmişə şikayətcil və qorxaq olub. O, qarət edilməkdən, sifarişlə öldürən qatillərdər və dəli olmaqdan, itlərdən və pasportu itirməkdən qorxurdu. Bilet ya da kitab üçün artıq pul verdiyini düşünəndə çox narahat olurdu. Ömür boyu diş ağrısından əziyyət çəkib, amma onları çəkdirməkdən qorxurdu. Çünki bunun yaradıcılıqla birbaşa əlaqəsi olduğunu düşünürdü. Ona yeni süni dişlər qoyan kimi yazıçılığı yerinə qayıdır. Amma az sonra süni dişləri də ağrımağa başlayır. O, zəhərlənməkdən də qorxurdu. Skandinav uşaqları pul toplayıb ona dünyada ən böyük şokolad qutusu göndərəndə o, qorxusundan həmin qutunu bacısı uşaqlarına göndərir. Sonra hər şeyin yaxşı olduğunda əmin olub qutunu geri tələb edərək şokoladın hamısını təklikdə yeyir. Öz görkəmindən də çox narahat idi və sevgililəri qarşısında dizləri əsirdi. Bəlkə də ona görə onun nağıllarının sonu kədərli olurdu.
Nağılbaz tam tənhalıqda Roliqxed villasında vafat etdi. O, çox qorxurdu ki, onu ölməmiş basdırarlar. Ona görə də dostlarından xahiş etmişdi ki, onu tabuta qoymazdan əvvəl damarını kəsib həqiqətən öldüyündən əmin olsunlar. Bu qorxusuna görə də hər ehtimala qarşı yazıb məktubu masanın üstünə qoymuşdu: "Kənardan baxanda adama elə gəlir ki, mən ölmüşəm".
Onun nağılları qəmlidir. Böyüklər də onları vərəqləsə ibrətamiz fikirlər əxz edə bilərlər. Əsrlər keçib, amma çılpaq krallar hələ də aramızda utanmadan gəzişir. Sevgini duya bilməyən qızlar Qar kraliçəsinə çevrilir. Hələ də çirkin quş balaları gözəl qu quşlarına çevrilir və kiçik duyməciklər öz sevgilərini tapırlar. Qardaşlarını qu quşundan yenidən adama çevirməkçün gicitkandan köynək toxuyan Elizalar da var. Bəlkə ona görə də hamı inanır ki, kötüklər gül aça bilər və gecələr əşyalar dilə gəlib sevgi, ümid, və məyuslud dolu əzhalatlar danışar…
"Qanla yuyulan günahlar"
redaktəYaxud "Sənə qurban olum" deyənlərin təmizlənmə mərasimi.
İnsan qəddardı. İnsan hələ də qan tökməyindədi. İnsan hələ də düşünür ki, başqasının qanını tökməklə günahları bağışlanacaq. Min il bundan əvvəl də beləydi, 3 min il əvvəl də. Qurban vermə prosedurunun dizaynı, tərtibatı dəyişib, amma mahiyyəti həmən cür qalıb. Qurban bayramı ərəfəsindəyik. Minlərlə qoyun kəsiləcək və insanın günahlarını yuyacaq. Qurban vermə mərasimi çox qədimdi. Yunanlar Troya divarları altında qekatomba yuraşdırırdılar ki, bu da onların görünməz zənginliyindən danışırdı. Burda eyni vaxta yüz öküz qurban verilirdi. Ona görə də hələ ki, ən qiymətli qurban mərasimlərindən sayılır. Orta əsr səyahətçilərin yazılarında ruslar və slavyanlarda ər ölərkən arvadı, ya da kənizinin qurban vermə mərasiminin təsvirini oxuya bilərik. Yəhudilərdə günahın bağışlanması üçün, qərəzlə edilməmiş qətlin günahını yumaq üçün qurban vermə mərasimi ən vaciblərindən biri sayılır. Qurban onu verənin maddi durumundan asılı idi. Kasıblar göyərçin, toyuq verməklə canını qurtara bilərdi, amma varlı mütləq xərc çəkib buğa almalı idi. Bəlkə ona görə, yəni varlı olmadıqlarına və kasad təbiətdə yaşadıqlarına görə çukçalar qar, piy və söyüd yarpaqlarından xüsusi kolbasalar hazırlayıb onu bıçaqlayırlar. Guya ki, maral bıçaqlayırmış kimi. İnsan ev tikəndə də qan tökməyini saxlamır. Qədimdən bəri təzə tikilmiş evin bünövrəsinə quban qoymaq adəti vardı. Çox vaxt at kəlləsi, kasıblarçün isə toyuq qoyulurdu. Ona görə də ruslar indiyədək daxmalarını "toyuq ayağı üstə koma" adlandırırlar. Serbiyada qəsr tikərkən eyni adlı əkiz bacı və qardaşı diri-diri divara hörmək adəti vardı. Beləsi tapılmasa ustalardan birinin qardaşı arvadını divara hörür və yalnız uşağına süd vermək üçün bir dəlik saxlayırdılar. O da ki əgər qadının uşağı oğlan idisə.
Qədim çinlilər panda qurban verərdi. 4 min il əvvəl pandaları ölən adamla birgə basdırırdılar ki, o dünyada günahlarını yuya-yuya onu müşayiət etsin. Prosedurlar içində inklərin Allaha körpə uşaqları qurban verməsi xüsusi qəddarlığıyla fərqlənir. Bura Hindistan və Yaponiyada dini baxışlarna görə öldürülən, Rusiyada və Orta Asiyada özünü axtalayan adamları da əlavə edək. Atsteklərin "Ketselkoatl qanadlı ilan" adlı qaniçən ilahı da həmişə qanpərəst olmayıb. Vaxt vardı ona kəpənəkləri qurban verirdilər. İnsanların işi fırıq olduqca tökülən qanın miqdarı, verilən qurbanların dəyəri artmağa başladı. İnsan ona qiymətli olan əşyanın qurban verilməsinə dəyər verir. Hələ nəfəs alan canlı üçün qan hər şeydən qiymətlidir. Ona görə də qurban rituallarında suda boğmaq, asmaq kimi qansız mərasimlər keçirilmir. Əgər əşya qandan qiymətlidirsə onu qurban vermək olardı, çinlilərin kağızı qurban verdiyi kimi.
Yaxşı ki, İbrahim peyğəmbər oğlunu qurban vermək istəyəndə Allah onun əlini saxlayıb qoyun qurban verməyi tövsiyə etdi. Yoxsa ki, biz hələ də afrikanın daqomey, aşanti xalqları kimi yüzlərlə qulun qanını tökərdik, ya da qədim Misirdəki kimi qulları öldürüb padşahlara yol yoldaşı edərdik. Ya da assuriyalılar, filistinlilər kimi padşahın günahlarını uşaq qanı ilə yuyardıq. Kütləvi şəkildə insan qurbanı verməkdə ad çıxarmış mayalılar düşünürdü ki, Günəş insan qanı ilə qidalanır. Çin insan qurbanı verməkdən 17-ci əsrdə, yaponlar isə orta əsrlərdə əl çəkiblər. Yunan divar freskalarında qurban mərasimlərinin çəkilməsi də əlbəttə ki, estetik baxımdan gözəgəlimli olmaq üçün deyildi, onalar real hadisələri əks etdirirdi. Romalıların da qladiator döyüşləri əvvəllər şou xətrinə düzənlənmirdi, ritual xarakterli olurdu. Sonralar insanlar kütləvi şəkildə qan tökülməsindən ləzzət almağa başladı. Bəşər sivilizasiyası abidələrinə nəzər salsaq salamat qalmış divarlar qurban mərasimlərinin təsvirləriylə doludur. İnsanlar Allahdan qorxduğundan günahdan əl çəkməkdənsə onu qanla yumağa üstünlük veriblər. Tədqiqatçılar deyir ki, insan Allaha dua etməyə başladığı dövrdən, yəni əlini açıb ilahi qüvvələrdən kömək, xilas, imdad diləməyə başladığı zamandan qurban verməyə, yəni başqasının qanını öz məqsədlərinə görə axıtmağa başlayıb. Peruda ink xəstələnirdisə böyük oğlunu öldürərək göy yaşları içində bu qurbanı qəbul etməyi yalvarıb xahiş edirdi. Spartalılar zəif xəstə uşaqları öz güc və əzəmətlərinə qurban verərək qayadan tullayırdılar. Axı xəstə uşaqdan nə döyüşçü çıxacaqdı? İnsan qurbanı verən mayalılarda adi vaxtda adam öldürmək çox böyük günah sayılırdı. Bəzən qurban özü qurban olmaqdan ləzzət alırdı. Atsteklərdə kiminsə seksual günahına görə qurban verilmiş qızın dərisindən kahin üçün gözəkcə tikilərdi. Kahin Allahın dərisini geydiyini zənn edərək fəxr duyardı. Yalnız insan qəddarlığından ləzzət ala bilir. Milyonlarla insanın qorxulu filmlər, qan və ölüm olan kadrlar üçün ürəyi gedir. Hətta dindar xristianlar da evlərində çarmıxda qan tökülən, əzabdan qovrulan insanın şəklini saxlayıb bəlkə də hər gün ona baxıb dua edirlər. Müsəlmanlar isə heç olmasa ildə bir dəfə ailə rifahı naminə qoyun qanı tökməyi arzulayır. Görəsən hələ nə qədər qan tökülməlidir ki, insan günahları tam yuyulub təmizlənsin?
Real uydurmalar
redaktəYiyəsiz qalmış personajlar nağıla çevrilir
redaktəUşaqlıqda biz inanırdıq ki, nağıl personajları əslində olublar. Nəinki, olub, hətta sadalanan qəhrəmanlıqları ediblər ki, nağıllara düşüblər. Sonralar biz böyüdük və anladıq ki, hamısı uydurmadır. Nağıllar yazı masasında, ağ kağızda ən adi qələmlə yazılır. Onda marağımızı itirdik. Nağıl yarada bilmədiyimizi etiraf etməsək də hər nağıl eşidəndə, uzaqbaşı dodağımız qaçır. Nağılların "Uydurmadır" deyib hamısının üstündən xətt çəkəndə heç kim düşünmədi ki, bu personajların çoxu həyatda da olublar. Nağıllar yiyəsiz qalaraq sonradan xalqın malına çevrilib və qəhrəmanların kimliyi unudulub. Buratino haqqında nağıldakı Duremar əslində həyatda da olub. Jak Bulemard adlı fransız həkimi 19-cu əsrin sonralırda Moskvada çox məşhur idi. Bu ekzotik şəxsiyyət zamanında lətifə və zarafatlar üçün çoxlu bəhanələr verirdi. O, zəli ilə müalicəni çox sevir və zəlidən qorxanları inandrmaq üçün öz üzərində təcrübələr göstərirdi. Zəliləri özü tuturdu və ona görə də ağcaqanadlardan qorunmaq üçün uzun ləbbadə geyərdi. Rus uşaqları fransız familini dəyişdirib Duremar kimi deyərək onu ələ salırdılar. Bir suyu Pinokkioya oxşayan Buratino haqqında film çəkiləndə bu obraz ora əlavə edildi.
Robin Qud adında da personaj olub. Amma Robin varlılardan qopardığı pulları kasıblara vermirdi. O, adi soyğunçu idi. Şahzadə Merilin də onu maraqlandırmırdı. Çünki əvvəla o, şahzadə deyil, çoban qız idi. İkincisi, yəqin ki, ən vacibi o idi ki, Robin müasirlərinin dediklərinə görə homoseksual idi və nə şahzadələrə, nə də çoban qızlara baxırdı. Robin Qud əfsanəsində onun yanında olan daha bir obraz, monax Tuk ata əslində Robin Quddan yüz il sonra yaşayıb. Xalq sevimli personajlarının birlikdə olmasını istəyərək onları bir əfsanəyə salıb.
Əlinə kitab alıb macəralar oxuyan uşaqların beyinlərinə hakim kəsilmiş "Xəzinələr adası" da əslində olub. Kubaya məxsus olan Karib dənizində yerləşən bu adalar elə də adlanır. Adanın xəritəsini götürüb Pinos adası ilə müqayişə etsək böyük uyğunluqlar taparıq.
"Batmış gəmilər adası" da əslində var. Yeni Şotlandiya yarımadasının şərq sahilləri boyunca Seybl adası var. Bu ada 10 ildə 20 kilometr sürətiylə hərəkət edir. Bu xasiyyətinə görə dənizçilər onu "Məhv olmuş gəmilər adası" adlandırır. Burda dayazlığa düşmüş gəminin məhv olması qaçılmazdır. Çünki qarşı-qarşıya axan iki cərəyanın burulğanı gəmini özünə çəkib bataqlıqdakı kimi buraxmır. 100 il ərzində burda 500-dən artıq cəmi batıb qalıb.
7 qnomun evində xanımlıq edən Ağca xanım da əslində olub. 1553-cü ildə qerman qrafı Filippin xanımı doğuş zamanı vəfat edir. Doğulan qızın adını Marqaret qoyurlar. Qraf ikinci dəfə evlənir. Analığı həqiqətən də qızı zəhərləyir. Amma ona zəhərli alma yox, su baldırğanı dəmləməsini verir. Amma şüşə tabutda uzanmış Ağca xanımı nağıldakı kimi şahzadənin öpüşü oyada bilmir. Qatil analıq isə qızı öldürdüyünə görə türmədə çürüyür. 7 qnoma gəlincə onların da real olduğunu deyirlər. Mif və nağılların tarixini araşdıran professor Zanderin bu yaxınlarda çap olunmuş tədqiqatında deyilr ki, çox balaca boylu şaxta işsiləri barədə danışırlarmış. O, kitabında bunu sübuta yetirən sənədlər nümayiş edib. Balacaboy işçilər Qessen şaxtalarında işləyirmişlər.
Qaniçən Drakulanın da real prototipi olub. Drakulanın yaradıcısı yazıçı Brem Stoker əslində real hadisələri təsvir edirdi. Vlad Yepinış adlı qraf 15-ci əsrdə Unqrovlaxiliyada yaşayırdı. Amma o, qəddarlığı ilə ad çıxarsa da hərfi mənada qan içmirdi.
Daha bir qatil, Otello da real personajdı. Maurisio Otello adında italyan olub. O, 16-cı əsrdə balkanlarda gedən müharibədə Venesiya qoşunlarına başçılıq edib. Şekspir onun qısaldırılmış adını Mauronu mavr sözü ilə qarışdıraraq əsərində onu qaradərili həbəş kimi verib. Amma əhvalatın qalan detallarını eşitdiyi kimi qələmə alıb.
Arvadlarını öldürməklə ad çıxarmış Göy Saqqal isə əslində onları öldürmək fikrində olmayıb. Bu obrazın prototipi fransız marşalı Jil de Re olub. Onun çoxlu yox, cəmi bir arvadı olub, o da ərindən sonra bir xeyli yaşayıb. Marşalın pis reputasiyası apardığı əlkimya təcrübələrindən qidalanır. O, təcrübələr apararkən qəribə qurban ritualları icra edirdi ki, bu da camaatda vahimə yaradırdı. Amma onun məqsədi qızıl almaq idi. Adını bəddam etsə də de Ri qızıl əldə edə bilmədi, borca düşdü. Borc aldığı kreditorlar ondan şikayət edəndən sonra inkvizisiya işə qarışaraq Göy Saqqalı təbbi ki, edam etdilər. Yerdə qalan işi, yəni bədbəxt de Riyə arvadların qatili böhtanını yapmaq vəzifəsini xalq öz üzərinə götürdü. Xalqın yaradıcı potensialı belə əfsanələrdə çox aydın görünür. Kim bilir, bəlkə bir az sonra hökumətin qorxusudan həbs etdirdiyi jurnalist, ya da villalarda yatan ağlagəlməz xəzinələr, ya da şərlənmiş, varidatı əlindən alınmış adamlar prototipə çevrildi və yeni nağıllar yaratdı?
Mənbə
redaktə- Xoşbəxtliyin reseptini bilən yazıçı — Hans Xristian Andersen [1] Arxivləşdirilib 2016-12-28 at the Wayback Machine
- Gülnarə Rəfiq. "Məşhur nağılbaz uşaqları heç sevmirdi. Hans Xristian Andersen…"
- New Fiction — Hans Christian Andersen
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 89. ISBN 978-2-221-06888-5
- ↑ 1 2 Hans Christian Andersen (nid.).
- ↑ RKDartists (nid.).
- ↑ 1 2 Андерсен Ханс Кристиан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://www.telegraph.co.uk/technology/google/7546807/Hans-Christian-Andersen-honoured-in-Google-doodle.html.