Hovard Baskervil - Wikipedia
Hovard Baskervil (tam adı: Hovard Konklin Baskervil, ing. Howard Conklin Baskerville; 10 aprel 1885, Nort-Platt[d], ABŞ – 19 aprel 1909, Təbriz, Qacar dövləti) — Təbrizdəki Amerikan Memorial Məktəbinin (presviteriyan missiya məktəbi) amerikalı müəllimi. O, Məşrutə hərəkatı zamanı konstitusiya uğrunda apardığı mübarizə zamanı qətlə yetirilmişdir. Hovard "İranın amerikalı Lafayeti " adlandırılır.
Hovard Baskervil | |
---|---|
ing. Howard Conklin Baskerville | |
Doğum tarixi | 10 aprel 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 1909 (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Amerikan |
Dini | Xristian |
Təhsili | Prinston Universiteti |
Fəaliyyəti | müəllim |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHovard Paskervil 10 aprel 1885 -ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olmuşdur. Onun atası və babası presviteriyan rahibləri idilər. O, 1907-ci ildə Prinston Universitetindən məzun olmuşdur, bununla yanaşı dini və boks təhsili almışdır. O, ABŞ prezidenti Vudro Vilsonla birlikdə hüquqşünaslıq və konstitusiya hökuməti barədə birlikdə kurs keçmişdir.[1]
Hovard Paskervil 19 aprel 1909-cu ildə Təbriz şəhərində vəfat edib.
Cənubi Azərbaycandakı fəaliyyəti
redaktə1907-ci ildə Hovard İrana missioner fəaliyyətinə gəlmişdir. O, Təbrizdəki missioner məktəbi olan Amerikan Memorial Məktəbində işləməyə başlamış, tarix, ingilis dili və coğrafiya elmlərini tədris etmişdir. O, həmçinin qızlarla oğlanların birlikdə təhsil aldığı məktəbdə tennis və at sürmə peşəsini də tədris etmiş və şagirdlərə "Venesiya tacirləri"ni əsərini öyrətmişdir.
1909-cu ildə İranda konstitusiya inqilabı gedən zaman o, konstitusiyalı demokratiyanı müdafiə etmək üçün könüllü qüvvələr toplamaq qərarına gəldi. Təbrizdəki amerikan konsulu Uilyam F. Doti onu bu işdən çəkindirməyə çalışsa da, Hovard yüz nəfərdən ibarət dəstə düzəldərək Qacar royalistləri tərəfindən mühasirəyə alınan Təbriz şəhərinin mühasirədən azad edilməsi üçün döyüşdü. Bir qrup şagirdlə şəhəri mühasirədən çıxarmaq üçün etdiyi hücum zamanı Məhəmmədəli şahın ordusu tərəfindən snayper atəşi ilə qətlə yetirildi.[2] Öldürülən zaman Hovardın 24 yaşı var idi.
Hovard demişdi:
Mənimlə bu insanlar arasındakı yeganə fərq doğum yerimdir, bu da böyük fərq deyildir.[3] |
Hovardın dəfn mərasiminə minlərlə azərbaycanlı qatılmış və o, insanlar tərəfindən qəhrəman kimi qəbul edilmişdir. Hovard Təbrizdəki xristian qəbirstanlığında dəfn edilmişdir. Hovardın ölümündən 5 gün sonra Təbriz royalistlər tərəfindən ələ keçirilmişdir.
Dəfn mərasimində çıxış edən Həsən Tağızadə bu sözləri demişdi:
Gənc Amerika gənc Barkervillin timsalında gənc İran konstitusiyasına öz qurbanını verdi.[4] |
Təbriz xalçaçıları Hovardın Amerikada yaşayan anasına göndərilməsi üçün üzərində onun şəkli əks etdirilən xalça toxusa da, bu xalçanı Amerikaya göndərmək mümkün olmadı. Xalça Hovardın cəsarəti və qurbanlarına həsr edilmişdi.
Xatirəsi
redaktəABŞ-İran münasibətlərinin ən pis olduğu dövrlərdə belə Hovard Baskervillin xatirəsi istisna olaraq qalmışdır. 1979-cu il girov böhranı zamanı münasibətləri yumşatmaq üçün bir qrup amerikalı ruhani İranı ziyarət etmişdi. Qrup məscidi ziyarət edən zaman ortayaşlı bir iranlı ayağa qalxmış və "bugünkü amerikan baskervilləri haradadır?" deyə qışqırmışdı.[5]
Hovardın xatirəsi bir çox İran millətçisi tərəfindən mütəmadi olaraq yad edilmişdir. Onun adı küçələrə və məktəblərə verilmişdir.[6]}} İnsanlar sərbəst formada onun məzarını ziyarət edirlər. Özünü "sehirli heyran" olaraq təqdim edən bilinməyən şəxs onun məzarının üzərinə sarı qızılgül əkir.[7] Təbrizdəki Konstitusiya Evində onun büstü vardır. Büstün üzərində "vətənpərvər və tarixin yaradıcısı" sözləri yazılmışdır.
Həmçinin bax
redaktəMənbə
redaktəİstinadla
redaktə- ↑ Kinzer, Stephen. Reset: Iran, Turkey, and America's Future. New York: Times Books. 2010. səh. 2. ISBN 978-0-8050-9127-4.
- ↑ Calafi, Farnaz; Dadpay, Ali; Mashayekh, Pouyan. "Iran's Yankee Hero". New York Times. 18 April 2009. 30 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2020.
- ↑ Kinzer, 2010. səh. 5
- ↑ Kinzer, 2010. səh. 14
- ↑ "An American hero in Iran". www.webcitation.org. 2016-03-05 tarixində arxivləşdirilib.
- ↑ Kinzer, 2010. səh. 6
- ↑ Molavi, Afshin. The Soul of Iran. New York: Norton. 2005. səh. 218. ISBN 0-393-32597-0.
Ədəbiyyat
redaktə- Kinzer, Stephen. Reset: Iran, Turkey, and America's Future (ing. ). New York: Times Books. 2010. ISBN 978-0-8050-9127-4..
Əlavə ədəbiyyat
redaktə- Lorentz, John H. Historical Dictionary of Iran. Lanham, Maryland: Scarecrow Press. 1995. ISBN 0-8108-2994-0.
Xarici keçidlər
redaktə- A very detailed discussion of his life and efforts from Princeton University:
- Princeton.edu
- Tribute to Howard Baskerville (Persia's American Hero) — YouTube platformasında
- Images of Revolution. The Constitutionalist Revolution: 1906–1909. [1]
- Article on Iranian.com
- "I am Persia's" — American wife of a missionary in Tabriz writes on Baskerville's death.
- Image of a carpet made by people of Tabriz for his mother as a sign of appreciation
- NYTimes profile