Iii Henri Kastiliya Krali - Wikipedia
Kastiliyalı III Henri və ya Yaslı Henri (isp. Enrique el Doliente) (4 oktyabr 1379[1], Burqos, Kastiliya və Leon[2] – 25 dekabr 1406[2], Toledo[2]) – Kastiliya kralı. Kastiliya kralı I Con və ilk xanımı Araqonlu Eleonoranın ən böyük oğlu idi və atasının vəfatının ardından Kastiliya kralı olmuşdur.
III Enrike | |
---|---|
9 oktyabr 1390 – 25 dekabr 1406 | |
Əvvəlki | I Con |
Sonrakı | II Con |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 1379[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 dekabr 1406[2] (27 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | I Con (Kastiliya kralı)[2][4] |
Anası | Araqonlu Eleonora[2][4] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Trastamar sülaləsi |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illəri
redaktəHenri 1379-cu ildə Burqos şəhərində dünyaya gəldi. Yenicə Kastiliya kralı olan I Conun və xanımı Araqonlu Eleonoranın ilk övladı idi. Gələcəkdə Araqon taxtına oturan kiçik qardaşı Ferdinandla birlikdə böyüdü.
Uşaqlıq illəri kralın yaxın adamlarından Don Ninonun xanımı İnes la Veqanın himayəsində keçdi. Dövrün önəmli din adamlarından dərslər aldı və gələcəkdə Sevilya yepiskopu olan Dieqo Maldonado onun dini təhsilindən məsul idi.
Evliliyi
redaktəDoğumundan qısa zaman sonra Portuqaliya taxtının varisi Beatrislə evlənməsinə qərar verildi. Bu evlilik uzun zamandır davam edən Portuqaliya-Kastiliya müharibəsinə son vermək məqsədilə planlaşdırılmışdı ancaq baş tutmadı. Bunun yerinə Beatris onun atası ilə evləndi və nəticədə Portuqaliya ilə davam edən münaisbətlər daha da pisləşdi.
1388-ci ildə Bayonna sülhünün bir parçası olaraq Palensiya sarayında Lankasterli Ketrinlə evləndirildi. Ketrin Zalım Pyotrun qızı Konstansanın və Gentli Conun qızı idi. Bu evlilik nəticəsində Kral Pyotrun vəfatından bu yana davam edən nəsillərarası münaqişə sona çatdı və İngiltərə ilə sülh təmin olundu.
Asturiya şahzadəsi kimi
redaktəEvləndiyi əsnada Asturiya şahzadəsi ünvanını da alan Henri bu ünvanla Kastiliya taxtının varisi elan edildi. Özündən öncəki infantalardan fərqli olaraq bu ünvanla vəliəhd elan edilən ilk şəxs idi.
1390-cı ildə atası onun lehinə taxtdan çəkilməyi istəsə də, parlament tərəfindən bu təklif qəbul edilmədi. Ancaq həmin ilin oktyabrında Kral Con Madrid yaxınlığında atdan düşərək öldü və Henri onun yerinə Kastiliya kralı elan edildi. Ancaq hələ 11 yaşında idi və bu səbəblə ölkə yaradılan bir naib məclisi tərəfindən idarə edildi. 3 il davam edən çalxantılı naiblik dönəminin ardından 2 avqust 1393-cü ildən etibarən iqtidarı ələ aldı.
Səltənət illəri
redaktəTəxəllüsündən fərqli olaraq, III Henri XV əsrin əvvəllərində güclü xarici və daxili siyasət yeritdi. Ölkədəki əsilzadələrin nüfuzunu qıraraq mərkəzi hakimiyyəti yenidən gücləndirdi. Aristokratların dəstəyini qazanan III Henri dövlət idarəsindəki nüfuzlu qohumlarının (bibisi Eleonora və onun qardaşıoğlu Alfonso Enrikes kimi) nüfuzunu azaltdı. Kastiliya sarayında sələfləri tərəfindən verilən bəzi vergi imtiyazlarını ləğv edərək krallığın iqtisadiyyatını dirçəltdi. Bölgədə yəhudilərə qarşı edilən zülmləri azaltdı və bununla bağlı 1391-ci ildə bəzi cəza qərarları aldı.
III Henrinin səltənətində Kastiliya donanması ingilislərə qarşı bir neçə dəfə qələbə qazandı. 1400-cü ildə göndərilən bir donanma ilə İngiltərənin şimali Afrikadakı quldur mərkəzi olan Tetuan qalası darmadağın edildi. 1402-ci ildə onun əmriylə göndərilən fransız səyyah Jan de Betenkur tərəfindən Kanar adaları müstəmləkəyə çevrildi. 1396-cı ildə III Henrinin rəhbərliyi ilə Estremaduraya edilən hərbi səfərlə portuqalların işğal siyasətinin önü kəsildi və qaynı olan Portuqaliya kralı I Conla 15 avqust 1402-ci ildə sülh bağlandı. 1403-cü ildə Əmir Teymurla Osmanlıya qarşı bir ittifaq qurmaq məqsədilə bir neçə səfir göndərildi.
III Henri o dönəmdə anti-papa olan XIII Benedikti dəstəklədi. Əndəlüsün Ubeda yaxınlığında qazandığı qələbəylə Qranadaya qarşı yenidən mübarizəyə başladı ancaq bu qala 1406-cı ildə müsəlmanlara tərk edildi. Belə ki, III Henrinin ölümü bu hərbi əməliyyatın yarım qalmasına səbəb oldu. Ölümündən qısa zaman öncə III Henri burada yeni bir ov köşkü inşa etdirdi. Gələcəkdəki nəvələrindən V Karl bu köşkü böyütdü və kral sarayına çevirdi.
III Henrinin pisləşən səhhəti səbəbilə səltənətinin son dönəmində dövlət idarəsi qardaşı Ferdinand tərəfindən aparıldı. Kral isə 25 dekabr 1406-cı ildə Qranadaya qarşı yeni bir yürüşə hazırlaşarkən Toledo şəhərində anidən vəfat etdi. Ancaq ölümünün ardından qardaşı Ferdinand Kastiliya taxtından imtina etdi və bunun mərhum qardaşının oğlu olan Conun haqqı olduğunu dedi. Beləcə, oğlu Con taxta çıxarıldı və anası Lankasterli Ketrin və əmisi Ferdinand onun naibləri olaraq ölkəni uzun müddət idarə etdi.
Ailəsi
redaktə17 sentyabr 1388-ci ildə Bayonna sülhünün bir parçası olaraq Palensiya sarayında Lankasterli Ketrinlə evləndirildi. Ketrin Zalım Pyotrun qızı Konstansanın və Gentli Conun qızı idi. Yəni anası Kastiliya krallarının, atası isə İngiltərə krallarının şəcərəsindən idi. Bu evlilik nəticəsində Kral Pyotrun vəfatından bu yana davam edən nəsillərarası münaqişə sona çatdı və İngiltərə ilə sülh təmin olundu. Bu evlilikdən cütlüyün 3 övladı dünyaya gəldi:
Mənbə
redaktə- González Dávila, Gil: Historia de la vida y hechos del rey don Henrique tercero de Castilla (The life and times of King Henry III of Castile) (1638)
- López de Ayala, Pedro: Crónicas de los Reyes de Castilla Don Pedro, Don Enrique II, Don Juan I, Don Enrique III. 2 v. Editorial Órbigo, S.L. ISBN 84-96966-50-X
- Previte-Orton, C.W. (1912). The Shorter Cambridge Medieval History. Volume 2. Cambridge at the University Press.
- Suárez Bilbao, Fernando: Enrique III. Diputación Provincial de Palencia 1994 ISBN 84-8173-013-0
- Veas Arteseros, Francisco de Asís: Itinerario de Enrique III. Editum: Ediciones de la Universidad de Murcia 2003 ISBN 84-8371-400-0
İstinadlar
redaktə- ↑ 1 2 Memorias de la Real Academia de la Historia, vol. 2. Madrid: Royal Academy of History, 1796. C. 2. S. 450.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ 1 2 Ayala P. L. Crónicas (isp.). Madrid: Imprenta de D. Antonio de Sancha, 1779. P. 280.
- ↑ 1 2 3 4 Kindred Britain.
- ↑ Lundy D. R. Enrique III, Rey de Castilla y León // The Peerage (ing.).