Ii Sarqon - Wikipedia
II Sarqon (assuriyaca Şarrum-ken, mənası "Həqiqi padşah"; təq. e.ə. 765, Nimrud – e.ə. 705) — Assuriyanın çarı, 722 — 705, III Tiqlatpalasarın kiçik oğlu.
II Sarqon | |
---|---|
Assuriya çarı[d] | |
e.ə. 721 – e.ə. 705 | |
Sonrakı | Sennaxerib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. e.ə. 765 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 705 |
Fəaliyyəti | suveren[d] |
Atası | III Tiqlatpalasar |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyəti
redaktəUllusunu taxt-tac uğrunda çəkişmələrdə öz iradəsinin əksinə olaraq, Urartu təmayüllü siyasət yeritməyə məcbur olur. O, hətta Assuriya ilə həmsərhəd olan bir neçə vilayətini də Urartuya güzəştə gedir. Hadisələrin bu cür dönüşündən qəzəblənən Assuriya Manna üzərinə hücuma keçir. Assuriya şahı II Sarqon Baqdattunu tutaraq onun dərisini soymağı əmr edir. Baqdattunun dərisini soyur, cəsədini isə mannalara görk olmaq üçün nümayiş etdirirlər. Assuriyalılar Mannanın paytaxtı İzirtu şəhərini yandırır, bir çox qalalarını zəbt edirlər. Ullusunu tabe olmaqdan başqa yol görmür. Elə bu vaxt II Sarqon Ullusunuya bir məktub göndərir. Burada Ullusunudan tələb edilir ki, "öz hörmətli aqsaqqalları, qoşun başçıları, məsləhətçiləri, tayfasının özəyi olan adamlar, canişinləri və ölkəsini idarə edən digər rəhbərlərlə birliklə onun qarşısına çıxsın". Bundan əlavə həmin məktubda Ullusunudan "öz böyük oğlunu qiymətli hədiyyələrlə" Sarqonun yanına göndərməsi də tələb olunur. Ullusunu II Sarqonun şərəfinə yazılmış bir daş sütun ucaldır. Sarqon dönüklüyünü Ullusunuya bağışlayır və onu öz taxtından məhrum etmir.
B. e. ə. 714-cü ildə Sarqon Urartu üzərinə yürüşə gedərkən iki şah arasında Sirdakka şəhərində müqavilə imzalanır. Şahlar müəyyən olunmuş yerdə görüşürlər və Ullusunu Sarqonun qoşununa döyüş atları, mal-qara və digər hədiyyələr verir. Sarqon əvəzində Urartuya güzəştə gedilmiş Manna torpaqlarını da almağı Ullusunuya vəd verir. Assuriya çarı Ullusununun şərəfinə ziyafət düzəldir. Bu ziyafətdə Ullusunu Sarqondan aşağı yerdə əyləşdirilsə də, onun oturduğu yer atası İranzunun vaxtilə əyləşdiyindən yuxarıda idi. Sarqonun salnaməçiləri bu barədə onun dilindən yazırlar: "Mən onların ağasına, şahına, Ullusunuya süfrə açdım. Onu öz atası, valideyni İranzudan yuxarıda oturtdum, onu yüksəltdim." İqor Dyakonovun fikrincə, bu, Mannanın müttəfiq dövlət kimi etiraf olunmasına bərabər idi. II Sarqon Urartu ilə müharibəni davam etdirir. Ullusunu öz müttəfiqinə hər cür yardım göstərir. Urartu qoşunları sarsıdıcı məğlubiyyətə uğrayırlar. Sarqon tutduğu əski Manna qalalarını Ullusunuya qaytarır. Sarqonun qoşunları Urartunun paytaxtına qədər irəliləyir, bir çox şəhərləri viran qoyur və xeyli qənimət ələ keçirirlər. Urartu şahı I Rusa bu məğlubiyyətinin biabırçılığına dözə bilməyərək, intihar edir, Sarqon Ullusunuya 22 qala və iki möhkəmləndirilmiş şəhər bağışlayır. Urartunun məğlubiyyətindən sonra Ullusunu vaxtilə itirilmiş Manna vilayətlərini geri qaytarmaq uğrunda müharibəyə başlayır və uğurlar qazanır. Manna öz yüksəlişinin zirvəsinə çatır. Assuriya bu dövləti özünün bərabərhüquqlu müttəfiqi kimi qəbul edir. II Sarqonun vəfatından sonra Ullusunu hətta Assuriyanın da bir sıra torpaqlarını ələ keçirir.
II Sarqonun təntənəli yazısı
redaktə<…> Mənim boyunduruğumu daşıyan sadiq qul, mannalı İranzunu tale aparanda mən onun taxtına onun oğlu Azanı əyləşdirəndə urartulu Ursa Uişdişin adamına, Zikertunun adamına, Misandiyanın adamına, Mannanın böyük canişinlərinə öz sözünü göndərdi və onlarla yalançı danışıqlar apardı; onlar öz ağaları Azanın meyitini əlçatmaz Uauş dağından atdılar. Öz atasının taxtına oturan mannalı Ullusunu urartulu I Ursaya arxalandı və özünün 22 qalasını ona təslim etdi. Ürəyimin qəzəbi ilə mən Aşşur allahının saysız-hesabsız qoşunlarını yaraqlandırdım; mən şir kimi nərildədim və üzümü bu ölkələrin fəthinə yönəltdim. Mannalı Ulusunu mənim ordumun yaxınlaşdığını görüb, öz şəhərindən çıxdı və qorxu içərisində əlçatmaz dağdakı gizli yerə yerləşdi. Onun hökmdar şəhəri İzirtunu, onun möhtəşəm qalalarını İzbiya və Armedi mən fəth etdim və alovla yandırdım. Mən əlçatmaz Uauş dağında urartulu Ursa ilə qanlı döyüş keçirdim. Ətrafına divar çəkilən 55 möhkəmləndirilmiş şəhəri, 9 əlçatmaz qalası ilə birlikdə onun 8 vilayətini fəth etdim və odda yaxdım. Mannalı Ulusunuya məxsus 22 qalanı mən onun əlindən aldım və Assuriya hüdudlarına daxil etdim. Andiyalı Telusinanın vilayətinə qədərki Tuaya ölkəsinin 8 qalasını mən fəth etdim, 2400 sakinini onların sürüləri ilə birlikdə mən əsir etdim. Zikertulu Mitatti mənim silahımdan bərk qorxdu və öz ölkəsinin adamları ilə birlikdə meşəlik dağlara qaçdı və onların yeri tapılmadı. Onun hökmdar şəhəri Pardanı mən alovda yandırdım və onun ətrafında 23 möhkəmləndirilmiş şəhəri fəth etdim və onların qoşunlarını əsir etdim. Mannalılar ölkəsinin Mitattiyə bel bağlayan Şuandahul və Zurukku şəhərlərini mən fəth etdim və onların qoşunlarını əsir etdim. Mən uişdişli Baqdattinin dərisini soydum; Dayukkunu ailəsi ilə birlikdə mən köçürtdüm və Amattu vilayətində yerləşdirdim; əlçatmaz dağlar arasındakı mannalı Ulusunu mənim etdiyim işlər haqqında eşidərək, quş kimi uçub gəldi və məni ayaqlarımı qucaqladı. Onun saysız-hesabsız günahlarını mən bağışladım, onun cinayətlərini unutdum, ona mərhəmət etdim və onu öz hökmdar taxtına əyləşdirdim. Ursa və Mittatidən aldığım 22 qala və 2 möhkəmlənirilmiş şəhəri mən ona verdim və onun əzilmiş ölkəsini bərpa etdim. Mən öz hökmdar təsvirini hazırlatdım, onun üstündə mənim hakimim Aşşurun qələbələri haqqında yazdırdım, onu gələcək zamanlar üçün onun hökmdar şəhəri İzirtuda dikəltdim.[1]
İstinadlar
redaktə- ↑ VDİ, 1951, №3, s. 209-210