Ix Konstantin Monomax - Wikipedia
IX Konstantin Monomax (yun. Κωνσταντίνος Θ΄ Μονομάχος; 1000[1], Konstantinopol – 11 yanvar 1055, Konstantinopol) — Makedonlar sülaləsindən olan Bizans imperatoru (11 iyun 1042–11 yanvar 1055). O, imperator taxt-tacını VIII Konstantinin qızı Zoya Porfirogenet ilə evlənərək əldə etmişdir.
IX Konstantin Monomax | |
---|---|
yun. Κωνσταντίνος Θ΄ Μονομάχος | |
| |
11 iyun 1042 – 11 yanvar 1055 | |
Əvvəlki | V Mixail |
Sonrakı | Feodora |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1000[1] |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 1055 |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Fəaliyyəti | siyasətçi |
Atası | Feodosi Monomax |
Həyat yoldaşları |
Elena Sklirena Zoya |
Uşağı | müb. Monomaxiya |
Dini | Pravoslav xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Bizans imperiyası IX Konstantinin hakimiyyəti dövründə Kiyev rusları və Səlcuq türkləri ilə müharibə aparmışdır. Onun ölümündən bir il əvvəl Avropadakı xristianlıq Şərqi pravoslav kilsəsi və Roma-Katolik kilsəsinin yaranması ilə iki yerə bölünmüşdür.
Mənşə
redaktəMonomaxlar sülaləsinin mənşəyi naməlumdur. Sülalənin adı yunan dilindən tərcümədə «tək güləşçi» deməkdir. Sülalənin adı X əsrin axırlarından bəri qeyd olunur. Sülalənin müxtəlif sərkərdə üzvləri olmuşdur. Bir mənbəyə görə, Monomaxlar Konstantinopol şəhərinə yerləşmiş erməni aristokratiyasından gəlirlər.[2] Başqa bir mənbəyə görə onlar yunan əsillidirlər. Dövrün Bizans tarixşünası Mixail Psell sülalə haqqında təməl məlumatlar verir.
Monomaxlar sülaləsinin bilinən ilk üzvü Evstafi imperator Feofil (828–842) hakimiyyəti dövründə yaşamış və hakim olmuşdur.[3] Konstantinin atası Feodosi Monomax II Vasili Vulqarokton (976–1025) hakimiyyəti dövründə yaşamış və inzibati iyerarxiyada yüksək yer tutmuşdur. XI əsr erməni tarixşünası Arisrakes Lastivertsi yazır:
Onun atası sarayda ali hakim vəzifəsini daşıyırdı. Buna görə də o, ölkə boyunca hakimlər təyin edirdi.[4] |
Bu mətn tam olaraq aydın deyil. XI əsr Bizansında ali hakim vəzifəsi mövcud deyildi. Ehtimal olunur ki, erməni müəllif imperiyanın hüquq sistemini yaxşı araşdırmayıb. Müasir tarixçilər güman edir ki, Feodosi Monomax Konstantinopol hakimlərinin ən ali hüquq şurasının üzvü idi.[5] Beləliklə, Monomax sülaləsinin tarixən hüquqi vəzifələr daşıdığı fərz edilir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Kōnstantínos IX o Monomáchos // AlKindi.
- ↑ J-C Cheynet & J-F Vannier, Etudes prosopographiques, Paris: Sorbonne, 1986, pp. 75-115.
- ↑ Tredqold, U. T. The Byzantine revival, 780-842 (ingilis). Stanford: Stanford University Press. 1988. səh. 278.
- ↑ Yüzbaşyan, K. N. Повествование вардапета Аристакеса Ластивертци (rus). 1968. səh. 78.
- ↑ Okonomides, N. Les listes de préséance byzantines des IXe et Xe siècles : introduction, texte, traduction, commentaire (fransız). Editions du Centre national de la recherche scientifique. 1972. səh. 322.
Ədəbiyyat
redaktə- Michael Psellus, Fourteen Byzantine Rulers, trans. E.R.A. Sewter (Penguin, 1966). ISBN 0-14-044169-7
- Thurn, Hans, redaktorIoannis Scylitzae Synopsis historiarum. Berlin-New York: De Gruyter. 1973.
- Blaum, Paul A. "Diplomacy Gone to Seed: A History of Byzantine Foreign Relations, A.D. 1047-57". International Journal of Kurdish Studies. 18 (1). 2004: 1–56.
- Bréhier, Louis. Le monde byzantin: Vie et mort de Byzance (PDF) (French). Paris, France: Éditions Albin Michel. 1946. OCLC 490176081.
- Kaldellis, Anthony. Streams of Gold, Rivers of Blood: The Rise and Fall of Byzantium, 955 A.D. to the First Crusade. New York: Oxford University Press. 2017. ISBN 978-0-1902-5322-6.
- Kazhdan, Alexander, redaktorOxford Dictionary of Byzantium, Oxford University Press, 1991, ISBN 978-0-19-504652-6
- Laiou, Angeliki E. Economic History of Byzantium. Washington, D.C.: Dumbarton Oaks. 2002. ISBN 0-88402-288-9.
- Norwich, John Julius, Byzantium: The Apogee, Penguin, 1993, ISBN 0-14-011448-3
- Treadgold, Warren T., A History of the Byzantine State and Society, Stanford, CA: Stanford University Press, 1997, ISBN 0-8047-2630-2
- Angold, Michael. The Byzantine empire 1025–1204 (Longman, 2nd edition, 1997). ISBN 0-582-29468-1
- Harris, Jonathan. Constantinople: Capital of Byzantium (Hambledon/Continuum, 2007). ISBN 978-1-84725-179-4
- Finlay, George. History of the Byzantine Empire from 716 – 1057, William Blackwood & Sons, 1853.
- Garland, Lynda. Conformity and Non-conformity in Byzantium, Verlag Adolf M. Hakkert, 1997. ISBN 978-9-02560-619-0