Intel 4004 - Wikipedia
Intel 4004 – fərdi kompyuterlərdə "beyn" adlanan, riyazi və məntiqi əməliyyatları yerinə yetirən qorğu.
1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraq Intel özünün i4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olan mikroprosessorların inkişafının əsası qoyuldu.[1]
i4004 mikroprosessoru 4 bitli idi və 2300 tranzistor üzərində qurulmuşdu. O, 750 kHs takt tezliyi, 10,8 mks əmr dövrü üzunluğu ilə işləyirdi. i4004 cəmi 16 ayaqlı plastmas və ya metal-keramik korpus içərisində yerləşdirilmişdi.
Bu mikroprosessorun əmr sistemini 46 təlimat təşkil edirdi və funksional tərkibinə görə onlar kifayət qədər universal idi. Bu, prosessorun tətbiq sahəsini xeyli genişləndirdi. Bununla yanaşı prosessorun əmr sistemi məlumatlar üzərində VƏ (AND), VƏYA (OR) kimi məntiqi əməliyyatları həyata keçirmək üçün təlimatlara malik deyildi. Bu əməliyyatları aparmaq üçün xüsusi alt proqramlardan istifadə olunması nəzərdə tutulurdu, bu da proqram təminatını xeyli mürəkkəbləşdirirdi. Bundan başqa prosessor Halt (Dayan) əmrinə və kəsilmələrin emalı inmkanına malik deyildi.
Müasir mikroprosessorla müqayisədə görünən bu çatışmazlıqlar i4004-ün ilkin təyinatından irəli gəlirdi. Əslində ilkin olaraq, i4004, kalkulyatorlarda tətbiq olunacağı nəzərdə tutulmaqla layihələndirilmiş və hazırlanmışdır. Bu səbəbdən də çox məhdud giriş-çıxış vasitələrinə malik idi.
Mənbə
redaktə- M.A.Camalbəyov, R.Ə.Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H.Əliyev adına AAHM, 2009. – 307 səh.
İstinadlar
redaktə- ↑ "The Story of the Intel® 4004". 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-19.